Vasif Əlihüseyn - Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!
24.04.18

Haçandı başımda bu fikir dolaşır. Elə bilirəm ki, yaşa dolduqca ölüm daha da adama yaxın olur. Adam yaşa dolduqca daha çox yaxınlarını itirir. Ən son iki yaxınımı itirəndən sonra oturub bu yazını yazmaq haqda düşündüm. Çünki çoxdandır ki, bu mövzuda heç nə yazmıram. İlk dəfə gənc yazar Şəhriyar Del Gəraninin anası xərçəng xəstəliyində dünyasını dəyişəndə, çox pis olmuşdum. Fikirləşirdim ki, bu adam bu boyda itkiyə necə dözəcək. Sonra elə oldu ki, oxşar hadisə mənim də başıma gəldi. Və dözdüm. Elə indi də dözürəm. Amma həyatımda hər şey yarımçıqdı.

Bayaq feyzbuku açanda gördüm ki, gənc yazar Yusif Nazim Ərəbsoy başını anasının dizinə qoyub foto paylaşıb. Fotoya da belə bir status yazıb: “Əziz ana, sabah sənin 40 mərasimindir. Sən mənim toy mərasimimi görməyi arzu edirdin. Mənim üçün səni heç kəs əvəz etməyəcək. Yoxluğuna dözdüm, dözəcəm də. Təki ruhun şad olsun. Amma, sənin xatirəni həmişə əziz tutacam. Hər ana sənin kimi övlad sevməz. Övladlarının hamısını sevdin, məni isə bir başqa əzizlədin. Mən başımı qoymağa diz, saçlarımı sığallamağa əl  axtaracam. Və bu şəkillə təsəlli tapmağa çalışacam. Yanına gələnədək hələlik, Ana!”.

Bu, mənə çox pis təsir etdi. Anam da mənim toyumu görmədi. Toyumuz günü həyat yoldaşımın qoluna girib evlərindən çıxanda onu yox, məni ağlamaq tutmuşdu. Çoxu da çaş-baş qalmışdı ki, qız gəlin köçür, bəs oğlan niyə ağlayır?!

Oturub düşünəndə anlayıram ki, yazarların çoxunun gənc yaşda valideynlərindən biri yoxdu. Nə bilim. Bəlkə də bu da alın yazısıdı. Yusif tanıdığım üçüncü yazar dostumdu ki, anası xərçəngdən dünyasını dəyişib. Nəsə bu hadisələrdən sonra haram ağrıyır elə bilirəm ki, xərçəngəm. Nəsə bu xəstəlik anamdan sonra daha da yaxın oldu bizə.

Bu yaxında kəndə getmişdim. Gördüm ki, ailəvi dostluq etdiyimiz Mirzə dayı da dünyasını dəyişib. Qəbristanlıqda Mirzə dayının da məzarını ziyarət etdim. Soruşdum dedilər ki, xərçəng oldu. Axırıncı dəfə Mirzə dayıyla anamın qırx mərasimində həyətimizdə görüşdük. Qoluma girib məni qırağa çəkib dedi ki:

-Ağlama, əlinizdən nə gəlir etdiniz. Bu xəstəliklə bacarmaq mümkün deyil. İndi yeri burdakından daha rahatdı ananın.

Mirzə dayının ölüm xəbərini eşidəndən bu günə kimi həmin sözləri başımda dolaşır. Kiməsə təsəlli verəsən və iki il sonra özün bu xəstəliklə dünyanı dəyişəsən. Doğrudan da dəhşətdi. Həm də alın yazısıdı. Elə aprelin 6-da Rusiyada öldürülən əmim oğlu 21 yaşlı Babək kimi. Adam bir yumruğa ölən oğul deyildi. Amma düşdüyü davada kimsə yandan onu gicgahından “beşbarmaq”la elə vurub ki, uşaq yerində keçinib. Neçə vaxtı bu ölümlərin təsirindən çıxa bilmirəm.

Səhər açılan kimi yenə kiminsə ölüm xəbərini eşidəcəm deyə fikirləşirəm. 

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.