"Qanun"da Den Braun, Milan Kundera, Sun Tzun və Viktor Hüqonun kitabları çap olunub

16.04.18

QANUN-dan yeni nə var?


Qanun Nəşrlər Evində dörd yeni kitab işıq üzü görüb. Bunlardan biri oxucuların uzun zamandır yolunu gözlədiyi Den Braunun “Başlanğıc” kitabıdır. Digəri Milan Kunderadan “Mənasızlığın təntənəsi”, növbəti ikisi isə “Mini Klassika” seriyamızdan Sun Tzunun “Hərb Sənəti”, Viktor Hüqonun “Ölüm məhbusunun son günü” adlı kitablarıdır.

 
Başlanğıc – Den Braun

Harvardda simvol və dini ikonoqrafiya professoru olan Robert Lenqdon “Elmin üzünü əbədi olaraq dəyişdirəcək” bir kəşfi öyrənmək üçün Bilbaodakı Quqqenhaym muzeyinə gəlir. Tədbirə ev sahibliyi edən dostu və köhnə tələbəsi olan Edmond Körş gözqamaşdıran ixtiraları və dəqiq proqnozları ilə dünyada mübahisələrə səbəb olan bir insan kimi tanınır.
Bu axşam da bir istisna deyil: o, insan mövcudluğunun əsaslarına dair böyük mübahisələrə səbəb olacaq heyrətləndirici bir elmi kəşf ortaya qoyacağını iddia edir.
Amma Lenqdon və başqa qonaqlar Körşün xüsusi həssaslıqla təşkil etdiyi tədbirdə qiymətli kəşfini elan etmədən şoka düşürlər. Həyatı təhlükə altında olan Lenqdon muzey direktoru Ambra Vidalla birlikdə ümidsiz bir yol seçirlər. Birlikdə Körşün sirrini açacaq gizli parolu tapmaq üçün təhlükəli bir araşdırma aparmaq məqsədilə Barselonaya qaçırlar.
Lenqdon və Vidal onlardan bir addım irəlidə olan qəddar düş¬məndən qurtulmaq üçün gizli tarixin və qədim dinin labirintindən keçməlidirlər. Lenqdon və Vidal, sadəcə, gizli simvollarla və çətin müasir sənətlərlə qeyd edilən bir iz üzərində səsləndirilməmiş bir dünyəvi həqiqəti ortaya çıxardan ip ucları tapırlar.
Tərcümə Rəfiqə Məmmədova və Xaliq Kazımlıya  məxsusdur.



Mənasızlığın təntənəsi – Milan Kundera

Ən ciddi problemləri işıqlandırmaq, bununla belə bir kəlmə də ciddi söz söyləməmək, müasir dünyanın reallığına heyran qalmaq, bununla belə hər cür realizmdən uzaq durmaq – Etinasızlıq bayramı məhz budur. Kunderanın digər əsərləri ilə tanış olan oxucu qətiyyən yazıçının romanlarına «qeyri-ciddilik» qatmaq istəyinə təəccüblənməz. «Ölməzlik» romanının bir neçə fəslində Göteylə Heminquey qoşa gəzir, söhbətləşir, birlikdə əylənir. «Arxayınlıq» romanında isə müəllifin həyat yoldaşı Vera ona belə deyir: «Hər kəlməsi qeyri-ciddi bir roman yazmaq istədiyini mənə çox demisən.... bax, səni xəbərdar edirəm: diqqətli ol, düşmənlərin gözü səndədir». Amma Kundera diqqətli olmur, köhnə estetik arzusunu yaradıcılığının xülasəsi hesab olunan bu romanında şövqlə həyata keçirir. Məzəli xülasədir. Epiloq da əyləncəlidir. Yumor hissini itirdiyinə görə gülünc vəziyyətə düşən dövrümüzdən ilhamlanaraq gülmək də insanı əyləndirir. Başqa nə deyə bilərik? Heç nə! Oxuyun getsin!
Tərcümə Çimnaz Vəliyevaya məxsusdur.

 

Hərb Sənəti – Sun Tzu

İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.
Qədim dünyanın müharibə texnikasına, hiyləgərliklərinə və texnologiyalarına istinad etməklə əsər məhz öz zamanının məhsuludur. Lakin onun çox yeri müasir ssenarilərə də yaxşı uyğun gəlir və bu, indiki zamanda belə onun niyə populyar klassik oxu kimi qəbul olunmasını göstərən səbəbdir. Əslində bu günkü oxucu bu kitabdakıları məhz müharibə şəraiti üçün deyil, daha çox biznes və siyasət kontekstində tətbiq edir.
Tərcümə Kazım Səlimova  məxsusdur.


Ölüm məhbusunun son günü – Viktor Hüqo

Haqqında ölüm hökmü çıxarılmış bir gəncin ölümqabağı sarsıntılarının, duyğularının, düşüncələrinin qələmə alındığı bu əsərdə həm də insan taleyinə cəmiyyətin münasibəti, onun sosial-psixoloji mənzərəsi, hüquq sistemindəki iyrəncliklər çox ustalıqla təhlil olunub.
Kitabın dördüncü nəşrinə yazıçının yazdığı müqəddimədə deyildiyi kimi, onun məqsədi ölüm cəzasının ləğv olunması barədə hüquq sistemi qarşısında vəsatət qaldırmaq, bu problemin həllinə yardımçı olmaqdır.
Tərcümə Salam Sarvana  məxsusdur. 

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.