“Xalqın şairi” layihəsində böyük fırıldaq – FİNAL NİYƏ TƏXİRƏ SALINDI?
05.02.18

Gənc Şair Rauf Qərib ARB telekanalında yayımlanan “Xalqın şairi” verilişi haqqında özünün Facebook səhifəsində qalmaqallı status yazıb.
 
Bildirib ki, verilişin müəllif və aparıcısı Mübariz Əsgərova ideyanı o verib. Şair iddia edir ki, mükafata Şəkidəki bağ evini qoyacağını söz verib və birinciliyin ona verilməsi üçün Mübariz Əsgərovla razılaşıb.

Lakin qısa müddət sonra Rauf Qərib Alagöz razılaşmnı pozub, müsabiqədə iştirak etməyəcəyini, evi verməyəcəyini bildirib. Ona görə də verilişin final mərhələsi mart ayına saxlanılıb:

“Bunu yazmağı özümə borc bildim, artıq dayana bilmirəm. Etiraf edirəm ki, Mübarizə “Xalqın Şairi” ideyasını mən vermişdim. Hətta Şəkidə bir bağ evimin olduğunu, müsabiqəyə o evi qoyacağımı, axırda da qalib məni etməsi gərəkdiyini demişdim, razılaşmışdıq. Həm o reklam tutub pul qazanacaqdı, həm də mən “Xalqın Şairi” olacaqdım. Müsabiqə başlayandan sonra nəsə fikrimi dəyişdim və müsabiqəyə qatılmayacağımı, evi də verməyəcəyimi dedim. Bundan sonra ev verə bilməyəcəklərini anlayıb, öz dost-tanışlarından birini birinci edib, söhbəti bağlamağa çalışdılar, amma hay-küy düşdü. Gördülər bu da olmur, ona görə şounun final mərhələsini guya mart ayına saldılar ki, unudulub getsin. Bunun üçün müsabiqəyə qatılan bütün iştirakçılardan üzr istəyirəm”.

Mübariz Əsgərov qalmaqallı ittihamlara cavab verib. O, minval.info-ya açıqlamasında bildirib ki, verilişin ideyası 3-4 il əvvəl onun ağlına gəlib:

 “Bu zamana kimi bir çox layihə həyata keçirtmişəm, hamısının da ideyaları özümə aid olub. Mənim dünya görüşüm və təhsilim o səviyyədə deyil ki, başqalarının ideyalarını oğurlayım, insanları aldadım. Aparıcısı olduğum verilişlər insanların maariflənməsinə və yaradıcı fəaliyyətlə məşğul olan şəxslərin tanıdılmasına yönəlib. “Xalqın şairi” verilişi də ucqar kəndlərdə yaşayan, heç kimin tanımadığı neçə-neçə şairi efirə çıxardıb, özünü ifadə etməsinə şərait yaradıb. Bu layihə haqqında sosial şəbəkələrdə qərəzli yazılar paylaşan şəxslərin çoxu da “Xalqın şairi”ndə iştirak edənlərdir, onları insaflı olmağa səsləyirəm. Verilişin ideyası üç-dörd il əvvəl ağlıma gəlib.”

 M.Əsgərov Rauf Qəribi səsləndirdiyi ittihamlara görə məhkəməyə verməyəcəyini də deyib:

“Hər yerindən duranı məhkəməyə versək, gərək heç bir iş görməyək”. /kulis.az/


Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.