Cəlil Cavanşir ədəbiyyatdan və yaradıcılıqda imtina etdiyini elan edib
21.12.17

Yazar Cəlil Cavanşir ədəbiyyatdan və yaradıcılıqda imtina etdiyini elan edib.

Yazar bu qərara son kitabı olan "Sola dönmək qadağandır" kitabının təqdimat mərasimindən sonra gəlib.

Son kitabım "Sola dönmək qadağandır" çap olundu, təqdimatı və imza günü keçirildi. Üstəlik ön satış kampaniyası təşkil edilmişdi.
"Təqdimatda 38 kitab satılmışdı. Dostlardan bir neçəsinin birdən artıq kitab aldığını düşünsək, bu da real oxucu sayı deyil. Təqdimatdan sonra kitab alanları da nəzərə alsaq, 100-110 civarında kitab satıldı. Bu ola bilsin ki, nəşriyyatın çəkdiyi xərcləri ödəsin və nəşriyyat ziyan etməsin. Amma bu göstərici heç 100 oxucu demək deyil.
İndiyə qədər çap olunan bütün kitablarım 2017-ci il bu ayına qədər satılıb bitib. Hardasa, hansısa mağazanın tozlu anbarında bir-iki kitab qalıbsa, bundan xəbərsizəm. Yazılarıma, şeirlərimə və satılan kitablarıma gələn reaksiyaları nəzərə alsaq 2-3 min oxucum var.
Mən yazıçı olaraq kitab satışından pul qazanmıram. Ciddi şəkildə bəyan edirəm ki, bundan sonra bədii yaradıcılıqla məşğul olmayacağam".

Yazar onu da qeyd edib ki, bu vaxta qədər çap olunmamış hekayələr və yarımçıq bədii yazılıranı kompüterinin yaddaşında qoruyacaq:
"Ümid edirəm ədəbiyyatımız və oxucularımız bununla heç nə itirməyəcək. Tamamladığım son romanımı, çap olunmamış hekayə və şeirlərimi də arxivimdə, yəni kompyuterin yaddaşında bacardığım qədər qoruyub saxlayacam.
Eyni zamanda heç bir kitabımın, şeirimin, hekayəmin, romanımın gələcək taleyi məni narahat etmir.
Bir sözlə, əlvida, ədəbiyyat!"
/moderator.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.