Azərbaycanda televiziya və radio yayımını tədqiq edən nəşr
06.12.17

Azərbaycan televiziyası kifayət qədər şanlı tarixi yol keçmişdir. Ölkəmizdə televiziyanın yarandığı 1956-cı ildən başlayaraq, bu sahə daim inkişaf olmuşdur. Rəqabətsiz şəraitdə, yalnız bir telekanalın mövcud olmasına baxmayaraq, sovet dövründə də milli televiziyamız təkmilləşmə, inkişaf mərhələlərini adlamışdır. Bu inkişaf həm texnoloji, həm də bədii aspektdə özünü göstərmişdir.

Danılmaz həqiqətdir ki, milli televiziyamız sovet dövründə xalqımızın milli adət-ənənələrinin, dilimizin qorunub saxlanmasında mühüm rol oynamışdır. Müstəqillik illərində isə televiziya sahəsi yeni çalarlar kəsb etməyə başlamış, ölkəmizdə mülkiyyətinə görə fərqlənən yeni-yeni telekanallar ortaya çıxmışdır. Dövlət televiziyası ilə yanaşı, özəl və ictimai televiziya yayımı təşəkkül tapmış və hazırda inkişaf etməkdədir. Bu gün ölkəmizdə xeyli sayda telekanal fəaliyyət göstərir. Televiziya yayımının yeni üsulları, növləri ortaya çıxır. Bütün bunların çərçivəsində, ölkədə televiziya sisteminin inkişafında əsas tendensiyaları müəyyənləşdirmək üçün, inkişafın ilkin mərhələsindən hazırkı dövrədək olan zaman kəsiyini əsaslı şəkildə tədqiq etmək, təhlillər aparmaq, mərhələləri müəyyənləşdirmək, bu mərhələlərdə əsas inkişaf xüsusiyyətlərini öyrənmək olduqca vacib məsələdir. Bu, ölkəmizdə teleradio yayımının inkişafının tarixini, keçdiyi yolu və hazırda olduğu mövqeyi müəyyənləşdirməyə imkan verir. Əlbəttə ki, bu istiqamətdə yazılan əsərlər, aparılan təhlillər daim diqqət mərkəzindədir. Məlumdur ki, müxtəlif vaxtlarda tədqiqatçılar tərəfindən müəyyən araşdırmalar aparılmış və sanballı əsərlər ortaya qoyulmuşdur. Lakin problemə müxtəlif aspektlərdən yanaşmalar, ümumilikdə, ölkəmizdə televiziya yayımının elmi-nəzəri cəhətdən öyrənilməsinə, təhlilinə yeni töhfə vermiş olur.

Bu mənada, tədqiqatçı alim Billurə Aslanovanın bir müddət öncə çapdan çıxmış "Azərbaycanda televiziya yayımının inkişaf mərhələləri” kitabı tam yerinə düşmüşdür. Kitabla tanışlıq onu deməyə əsas verir ki, müəllif burada Azərbaycanda televiziya və radio yayımının ilk illərindən müasir dövrədək bütün mərhələlərini təhlil və tədqiq etmiş, milli televiziya sistemində müxtəlif dövrlərdə baş vermiş həm bədii, həm də texnoloji yeniliklər barədə ətraflı araşdırmalar aparmışdır. Əsərdə milli televiziyanın sovet mərhələsinə müasir baxış, müqayisəli təhlil, həmçinin müstəqillik dövründə milli televiziya məkanında baş verən inkişaf meyilləri, ümumilikdə Azərbaycan KİV sistemində televiziyanın mövqeyi və s. məsələlər öz əksini tapmışdır.

Kitabla tanışlıq göstərir ki, tədqiqatçı, bu vaxtadək milli televiziyamızla bağlı yazılmış müxtəlif ədəbiyyatlarla, mövqelərlə, tədqiqat işləri ilə yaxından tanışdır. Yeri gəldikcə onların təhlilini aparmışdır. Tədqiqatçı yazmış olduğu əsərdə vaxtaşırı olaraq digər  tədqiqatçıların araşdırmalarına da istinad edir. Maraqlı bir məqam isə tədqiqatçının araşdırmanın gedişində mətbuatdan da kifayət qədər faydalanması ilə bağlıdır. Müəllif çox geniş mənbə bazasından yararlanaraq, arxiv sənədləri, elmi ədəbiyyat və daha öncə aparılan araşdırmalarla yanaşı, təxminən yarım əsrin mətbuatını da incələmişdir. Dövrünün aynası olan mətbuat isə tamaşaçı məktubları, ilk tənqidi yazılar, bu gün adları belə xatırlanmayan verilişlər haqda məlumatlar, ən önəmlisi də, o illərin yeganə telekanalının rəhbərindən illik hesabatları – televiziyanın texniki və yaradıcı inkişafının göstəricilərini özündə daşıyır. Həqiqətən, ötən illərin televiziyasının izləri video arxivlərdən daha çox mətbuatda qorunub.
 
Billurə Aslanovanın sözügedən kitabı milli televiziyamızın tarixi, inkişaf mərhələləri, müasir durumu ilə bağlı qiymətli bir əsərdir. Hesab edirəm ki, ölkəmizdə teleradio yayımının həm tədqiqi, həm də tədrisi ilə bağlı sanballı bir tədqiqat işidir. Müəllifə uğurlar arzulayıram!
 
Təvəkkül Dadaşov
MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri,
siyasi elmlər üzrə fəlsəfə doktoru

/kaspi.az/

Yenililklər
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
28.01.21
Ceyms Bond haqqında yeni filmin premyerası telefona görə yenidən təxirə salınıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.