Futuristik ədəbiyyatin texniki (nəzəri) manifesti
01.12.17

MARİNNETİ FİLİPPO TOMAZO

Mən təyyarənin benzin bakının üstündə oturmuşdum. Təyyarəçi başını qarnıma söykəmişdi. Buna görə də mənə isti idi. Birdən Homerin inkar etdiyi köməksiz və mənasız sintaksis yadıma düşdü. Mən sözləri fraza-dövrü qəfəsindən azadlığa buraxaraq bu latın köhnəliyini atmaq istədim. Hər bir axmaq kimi bu frazanın da möhkəm başı, qarnı, ayaqları və iki düz pəncəsi var. Belə nəyinki gəzmək, hətta qaçmaq da olar. Lakin o dəqiqə təng-nəfəs olub dayanmlısan!.. Onun qanadlarısa heç vaxt olmayacaq.
Bütün bunları mənə yerdən iki yüz metr hündürlükdə olarkən propellerlər (təyyarənin pəri) pıçıldamışdı. Bu cür yüksəklikdə Milan şəhərindən ancaq tüstülənən borular gönürdü, propeller isə elə uğuldamağa davam edirdi.
1. Sintaksisi məhv etmək lazımdır, ismi isə necə gəldi, harada gəldi qoymaq lazımdır.
2. Feil bilinməyən, naməlum formada olmalıdır. Beləcə o, isimlə yaxşı dil tapar. Onda isim nə yazıçı "mən"indən, nə müşahidəçi, nə də xəyalpərəst "mən"indən asılı olar. Həyatın tükənməzliyini və onun yazıçı tərəfindən necə qəbul edilməsini yalnız feilin məsdər forması ifadə edə bilər.
3. Sifəti ləğv etmək lazımdır. Onda çılpaq isim bütün gözəlliyi ilə ortaya çıxacaq. Sifətsə müxtəlif çalarlar qatır, ləngidir, düşünməyə vadar edir. Bu isə bizim dərketməmizə ziddir.
4. Zərfi ləğv etmək lazımdır. Bu paslanmış qarmaq sözləri bir-birinə sancaqlayır. Cümləsə buna görə mənasız və monoton alınır.
5. Hər bis ismin əkiz tayı olmalıdır. Yəni ki, analoji baxımdan bir-birinə bağlı başqa bir isim olmalıdır.
Onlar bir-birləri ilə heç bir köməkçi söz olmadan da birləşəcəklər. Məsələn, insan-torpeda (təyyarə bombasının bir növü), qadın-körfəz, kütlə-ləpədöyən, məkan-qıf, qapı-kran. Analogiya ilə dərketmə hava uçuşları sayəsində sanki adət halına düşür. Surət, bizə həyatın yeniliklərini açdı, buna görə də bütün bu cür ifadələrə - "buna oxşar, bu cür, eynən bu cür " və s. ilə vidalaşmaq lazımdır. Daha yaxşısı isə cismi və onun assosiasiyasını (şüurda ayrı-ayrı təsəvvürlər arasındakı əlaqə) bir-birinə birləşdirərək məntiqli bir obraz yaratmaqdır. Və onu bir söz şəklində ifadə etməkdir.
6. Dəqiqlik daha lazımsızdır. Sifət, zərf və köməkçi sözlər nə vaxt ləğv olunsa, axmaq fasilələrsiz - nöqtəsiz, vergülsüz, canlı və rahat stil yaranacaq. O zaman dəqiqlik tamamilə lazımsız olacaq. İstiqamət bildirmək və ya nəyisə qeyd ütmək üçünsə riyazi simvollardan ˗ "+ - x = > <" və ya not işarələrindən də istifadə etmək lazımdır.
7. Yazıçılar ən çox həmişə vasitəsiz assosiasiyanı sevirdilər. Onlar heyvanları insanla və ya başqa heyvanlarla müqayisə edirdilər. Bu isə demək olar ki, fotoqrafiyadır. Məsələn, bəziləri foksteryeri (ov iti cinsi) balaca cins poniylə (kiçikboylu at cinsi), bir başqaları - bir az da cəsarətliləri həmin o zingildəyən it balasını Morze aparatının səsi ilə müqayisə edirdilər. Mən isə foksteri qaynayan, coşan suya bənzədirəm. Bütün bu assosiasiya səviyyələri müxtəlif qavrama dərəcələridir. Assosiasiyalar nə qədər geniş olarsa, onların uyğunluğu da o qədər çox olar. Axı uyğunluq tamamilə fərqli, uzaq və hətta bir-birinin əksi olan şeylərin qarşılıqlı sıx cazibə qüvvəsidir. Yeni stil ən geniş assosiasiyaların əsasında yaranacaq. O, özündə həyatın müxtəlif çalarlarını əks etdirəcək. Bu, müxtəlif səsli və rəngarəng, dəyişkən, lakin harmoniyalı bir stil olacaq.
"Tripoli uğrunda mübarizədə" (Liviyada vətəndaş müharibəsi) mənim bu cür obrazlarım var: çölündə süngülərin ucu görünən xəndəyi mən orkestr çuxuru ilə, topu isə fəlakət bir qadınla müqayisə edirəm. Beləcə intuitiv assosiasiyalar sayəsində həyatın müxtəlif təbəqələri sanki kiçik Afrika döyüş səhnəsinə sığışdı.
Volter deyirdi ki, obrazlar güldür. O gülləri qoruyaraq tələsmədən toplamaq lazımdır. Bu heç də düz fikir deyil. Obrazlar poeziyanın canı, qanıdır. Bütün poeziya yeni-yeni obrazlar qatarından ibarətdir. Onlarsız o, solaraq məhv olar. Geniş masştablı obrazlar təxəyyülü insanı uzun müddət heyran edir. Deyirlər ki, oxucunun emosiyalarına rəhm etmək lazımdır. Ah-ah! Bəlkə biz başqa nəyinsə qayğısına qalaq? Axı ən yaxşı obrazlar belə zamanla yaddan çıxır. Məgər Bethoven və Vaqner bizim həddindən artıq heyranlığımızdan ruhdan düşmədilərmi? Elə buna görə də dilimizdən köhnə obrazları və tənbəlləşmiş metaforaları atmaq lazımdır, bu isə çox şeyi atmaq deməkdir.
8. Obrazların müxtəlif kateqoriyaları olmur, onların hamısı eynidir. Assosiasiyaları hündür və alçaq, incə və kobud, düşünülmüş və ya təbii kimi növlərə bölmək olmaz. Biz obrazı intuitiv qəbul edirik. Onunla bağlı öncədən hazırlanmış fikrimiz yoxdur. Ancaq obrazlı dil həyatın bütün rəngarəngliyini, onun gərgin ritmini əhatə edə bilər.
9. Hərəkəti uzun bir assosiasiya zənciri ilə ifadə etmək lazımdır. Hər bir assosiasiya qısa və dəqiq olub bir sözdə birləşməlidir. Bu da assosiasiya zəncirinə parlaq bir nümunə. Özü də ən cəsarətlisi yox, köhnə sintaksislə bağlanmış bir nümunə: "Top-xanım! Siz çox heyranedici və təkrarsızsınız! Lakin əsəbi olanda siz çox gözəl olursunuz. Sizi qeyri-adi bir qüvvə qoynuna alır, səbirsizlikdən boğulursunuz və öz gözəlliyinizlə ətrafınızdakıları təşvişə salırsınız. Sonra isə ölümün ağuşuna doğru sıçrayışla bir addım - zərbə və ya qələbə! Siz mənim coşqun madriqallarımı (qadına həsr olunan kiçik lirik şeir) bəyəndinizmi? O zaman seçim edin, mən qulluğunuzda hazıram!. Siz atəşli, coşqun natiqə bənzəyirsiniz. Sizin alovlu, ehtiraslı nitqləriniz adamın ürəyini yaralayır. Siz poladı döyüb, dəmiri kəsirsiniz. Lakin bu hələ hamısı deyil. Hətta general poqonundakı ulduzlar belə sizin yandırıb yaxan nəzakətinizin qarşısında əriyib gedir və siz amansızcasına onları bir ling kimi qoparıb atırsınız". (Tripoli uğrunda mübarizə").
Bəzən bir neçə obrazın dalbadal, sanki güclü bir pulemyot kimi oxucu idrakını dağıtması, məhv etməsi lazımdır.
Ən zirək və ələkeçməz obrazları sıx torla tutmaq, yaxalamaq olar. Assosiasiyaların sıx toru həyatın qaranlıq girdabına atılır. "Futurist Mafarka"dan bir parça misal gətirirəm. Bu obrazların sıx toxunmuş torudur, amma köhnə sintaksislə bənd edilmiş torudur: "Onun gənc kövrək səsi güclü səslənirdi və çoxsəsli uşaq əks-sədasına bənzəyirdi. Bu məktəb həyətinin cingiltili əks-sədası dənizin nəhayətsizliyinə dalmış ahıl yaşlı müəllimi narahat edirdi...
Bu da daha üç sıx toxunmuş obraz toru.
"Artezian quyularında Bumelyanlar nasosla əlləşib şəhəri su ilə təchiz edirlər. Yaxınlıqda, zeytun ağacının kölgəsində yumşaq qumun üstünə üç dəvə oturmuşdu. Sərin hava şəhərin dəmir boğazında pıqqıldadığı kimi, dəvələrin burun deşiklərində də pıqqıldayırdı. Qürub maestro kimi parlaq işıqlı çubuğunu yellətdi və bütün Yer kürəsinin orkestri fərəhlənərək hərəkətə gəldi. Orkestr çuxurunun xəndəklərindən yöndəmsiz səslər gəlirdi və səngərlərə yayılırdı. Süngülərin ucları yüngülcə tərpənirdi...
Maestronun bu böyük jestindən sonra yarpaqlar arasındakı quşların fleytası susdu, cırcıramaların uzun-uzadı səsi dondu. Daşlar budaqların quru pıçıltısıyla səs-səsə verərək yuxulu-yuxulu deyindilər... Şeir əsgər qazançalarının səsi və cəftələrin xışıltısıdır. Dirijor-qürub parlaq çubuğunu sonuncu dəfə yellədəndə öz orkestrinin səsini kəsdi və gecə artistlərini dəvət etdi. Səmanın ön səhnəsində parlaq qızılı rəngli geyimlərdə ulduzlar göründü. Səhra onlara laqeydliklə dekolteli gözəlçələr kimi baxırdı. İsti gecə səxavətlə onun əsrarəngiz qarabuğdayı sinəsinə ləl-cavahirat səpələyirdi" (Tripoli uğrunda mübarizə").
10. Obrazlara nizamsız və ahəngsiz şəkildə toxumaq lazımdır. İstənilən sistem alimliyin hiyləgər uydurmasıdır.
11. Tam və qəti şəkildə ədəbiyyatı müəllifin şəxsi "mən"indən, daha doğrusu psixologiyasından azad etmək lazımdır. Kitabxanalarda korlanmış və muzeylərə bağlanmış insan daha heç bir maraq doğurmur. O, tamamilə məntiqdə və darıxdırıcı comərdliyin, səxavətin içində batıb qalıb. Buna görə də onu ədəbiyyatdan uzaqlaşdırmaq, yerinə isə cansız materiyanı qəbul etmək lazımdır. Fiziklər və kimyaçılar heç vaxt onun ürəyini, ruhunu anlayıb aça bilməyəcəklər. Yazıçı isə bütün intuisiyasını işlədərək buna nail olmalıdır.
Müstəqil əşyaların xarici görünüşündən onun səciyyəvi xüsusiyyətlərini və maraqlarını görə bilməli, mühərriklərin əsəbi döyüntüsündən metalın, ağacın, daşın nəfəsini duymalıdırlar. İnsan psixologiyası dibinə qədər tükənib, əvəzində isə cansız materiyanın vəziyyət lirikası gələcək. Lakin diqqət edin! Ona insani hissləri əlavə etməyin. Sizə verilən tapşırıq tezləşdirmə gücünü ifadə etmək, genişlənmə və daralma, sintez və dağılma proseslərini hiss edib ötürməkdir. Siz elektron qasırğasını və molekulların güclü sıçrayışlarını qeyd etməlisiniz. Səxavətli materiyanın zəif cəhətlərindən yazmaq lazım deyil. Siz poladın niyə möhkəm olduğunu izah etməlisiniz. Daha doğrusu insan idrakı üçün əlçatmaz olan elektronlarla molekullar arasındakı bağlılığı izah etməlisiniz, o bağlılıq ki, partlayışdan da güclüdür. sti metal və ya sadəcə taxta parçası bizi indi daha çox maraqlandırır, nəyinki hər hansı bir qadının təbəssümü və ya göz yaşları. Biz ədəbiyyatda mühərrikin həyatını göstərmək istəyirik. Bizim üçün o, güclü bir heyvan, yeni bir növün nümayəndəsidir. Lakin hər şeydən əvvəl biz onun adətlərini, vərdişlərini və kiçik instinktlərini araşdırıb öyrənməliyik.
Futurist şair üçün mexaniki piano dillərinin səsindən maraqlı mövzu ola bilməz. Kinonun sayəsində biz məzəli çevrilmələri, dəyişiklikləri müşahidə edirik. İnsan əli dəymədən bütün proseslər əksinə baş verir: üzgüçünün ayaqlarını suyun üstünə çıxarırlar və o, çevik, elastiki bir hərəkətlə qüllənin üstündə dayanır. Kinoda insan saatda lap 200 km də qaça bilər. Bütün bu materiyaların hərəkət formaları idrak qanunlarına ziddir. Onlar başqa törəmədirlər.
Ədəbiyyat hər zaman əşyaların səs, cazibə qüvvəsi (uçuş) və iy (buxarlanma) kimi səciyyəvi cəhətlərinə qarşı etinasızlıq göstərirdi. Bu haqda mütləq yazmaq lazımdır. Məsələn, itlərin duya bildiyi iyi təsvir etməyə çalışmaq lazımdır. Mühərriklərin söhbətləşməsini dinləyib onların dialoqunu təkrarlamaq lazımdır. Əvvəllər əgər kimsə cansız materiyadan yazırdısa da, yenə də o daha çox özüylə məşğul idi. Yaxşı bir yazıçının diqqətsizliyi, laqeydliyi və gündəlik qayğıları əşyanın təsvirində öz əksini tapır. İnsan mücərədləşdirməyi bacarmır. Müəllif özündə biixtiyar olaraq əşyaları yaşadığı gənclik sevincinə və ya qocalıq xiffətinə, kədərinə boyayır. Materiyanın yaşı yoxdur, o, nə şad, nə də kədərli ola bilir, lakin dayanmadan surətə və susqun olmayan fəzaya doğru irəliləyir. Onun gücü, qüvvəsi sərhədsizdir, o qarşısıalınmazdır. Buna görə də materiyanı özünə tabe etməkdən ötrü, əvvəlcə ənənəvi sintaksisdən yaxa qurtarmaq gərəkdir. Materiya dərrakəli olana, dar fəaliyyətsizliklə vidalaşana mənsub olacaq.
Cəsarətli şair-xilasedici söz azadlığına çıxacaq və hadisələrin məğzinə vara biləcək. Və onda insanlarla ətrafdakı həqiqətlər arasında müharibələr sona çatacaq. Materiyanın gizli və dəyişkən həyatını biz dar qəfəsinə sığışdırmaq istəyirdik. Ancaq paxıllıqdan partlayan bambılılar bu cür perspektivi olmayan oyunu qura bilərdilər. Bu qəfəs lap əvvəldən elə heç kimə lazım deyildi. Həyatı intuitiv qəbul edib səmimi duyğularla ifadə etmək lazımdır. Məntiqdən uzaqlaşandan sonra materiyanın intuitiv psixologiyası yaranacaq. Bu fikir mənim ağlıma təyyarədə olanda gəldi. Yüksəklikdə mən hər şeyə başqa nöqteyi-nəzərdən baxırdım. Mən bütün əşyalara profildən, anfasdan (ön tərəfdən) yox, mən onlara perpendikulyar, yəni ki, yuxarıdan baxırdım. Mənə məntiq və düşüncə bayağılığı mane olmurdu.
Futurist şairlər, siz mənə inanırdınız. Siz mənimlə birlikdə assosiasiyalara qarşı hücuma keçdiniz, mənimlə birlikdə yeni obrazlar qurdunuz. Lakin metaforalarınızın incə torları məntiq riflərinə ilişdi. Mən istəyirəm ki, torlarınızı azad edib var gücünüzlə tolazlayaraq uzaq okeanlara salasınız.
Birgə əməyimiz sayəsində biz simsiz təsəvvür yaradacağıq. Biz assosiasiyanın birinci əsas hissəsini atandan sonra bir sıra ardıcıl obraz qalacaq. Bizim buna gücümüz çatanda, dahi sənətin yarandığını dilimizə gətirə biləcəyik. Lakin bundan ötrü oxucunun dərketməsini qurban vermək lazımdır. Onsuz da o bizə heç lazım da deyil. Axı yeni dərketməni köhnə sintaksislə ifadə edəndə, biz onsuz da keçinə bilmişdik. Sintaksisin köməyi ilə şairlər sanki həyatı cilalayaraq onun cizgilərini, rənglərini və səsini şifrələnmiş formada çatdırırdılar. Sintaksis pis tərcüməçi və zəhlətökən lektor rolunu oynayırdı. Ədəbiyyatınsa bunların heç birinə ehtiyacı yoxdur. O, həyata qatılaraq onun ayrılmaz hissəsi olmalıdır.
Mənim əsərlərim başqa əsərlərdən fərqlənir. Onlar assosiasiyaların gücü, obraz müxtəlifliyi və ənənəvi məntiqin yoxluğu ilə heyran edirlər. Mənim ilk futurizm manifestim özünə bütün yenilikləri hopduraraq bütün ədəbiyyatın üzərindən güllə kimi keçdi.
Uçmaq imkanı varkən arabada sürünməyin nə mənası var? Yazıçı təxəyyülü göylərdə rəvan və sərbəst şəkildə süzür. O, bütün həyatı ilk baxışdan anlayır. Müstəqil sözləri isə yığcam obrazların nizami cərgəsinə düzür.
Onda hər bir tərəfdən qəzəblə deyəcəklər: "Bu iyrənclikdir! Siz bizi sözün musiqisindən məhrum etmisiniz. Siz səsin harmoniyasını və ahəngin rəvanlığını pozmusunuz!". Əlbəttə ki, pozmuşuq. Lap yaxşı da etmişik! Əvəzində siz indi əsl həyatı eşidirsiniz: kobud qışqırıqları, qulaqbatıran səsləri. Özünüzü gözə soxmaqdan əl çəkin! Ədəbiyyat eybəcərliklərindən qorxmayın! Özünüzü müqəddəs kimi göstərməyin. İncəsənət məbədinə birdəfəlik tüpürüb intuitiv idrakın gözəlliyinə doğru addım ataq. Orada isə ağ şeirlərdən əl çəkib müstəqil, azad sözlərlə danışaq.
Həyatda mükəmməl heç nə yoxdur. Hətta snayperistlər də bəzən düzgün nişan almırlar. Onda da söz alovu düşüncələrin və izahların boş yığınına çevrilir. İdrakı, dərketməni bir zərbə ilə dağıdıb yenidən qurmaq mümkün deyil. Köhnə hüceyrələr tədricən məhv olur və onların yerində yeniləri əmələ gəlir. İncəsənət isə dünyəvi mənbədir. Biz ondan güc alırıq, o isə yeraltı sularla qidalanır və yenilənir. İncəsənət fəzada və zamanda özümüzün davamıdır, onun damarlarında bizim qanımız axır. Lakin qana xüsusi mikroblar əlavə edilməsə o, qatılaşa bilər.
Futurist şairlər, mən sizə kitabxanalara və muzeylərə nifrət etməyi öyrətdim. Anadangəlmə intuisiya romançılara xas səciyyəvi xüsusiyyətdir. Mən bunu sizdə də oyatmaq, idraka, dərrakəyə nifrət etdirmək istədim. İnsanda dəmir mühərrikə qarşı dəf olunmayan qərəz hissi yer alıb. Onları idrak yox, intuisiya barışdıra bilər. İnsanın allahlığı qurtardı. Artıq texnika əsri başlayır! Alimlər axı fiziki formullardan və kimyəvi reaksiyalardan başqa nə bilirlər? Biz isə əvvəl texnika ilə tanış olacağıq, sonra isə onunla dost olub bütün ehtiyat hissələri ilə birlikdə kompleks şəklində mexaniki insanı hazırlayarıq. Biz insanı ölüm və məntiqin son məqsədi haqqındakı fikirlərdən azad edəcəyik.

Rus dilindən tərcümə edən: Xanım AYDIN
/Kaspi.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.