Haydar Ergülen - Səsin yayda qalsın sinifdə qalmış bir uşaq kimi
20.11.17

Niyə şeir yazıram?
 
 
Bilmirəm. Düzü, hesab edirəm ki, heç kəs bilmir. Bu mövzuda izahlı nəzəriyyə və ya əsaslı bir fikrim də yoxdur… Mən artıq orta yaşlı "gənc” şair olduğuma görə, 40 yaşımdan sonra uşaqlığıma və gəncliyimə qayıtmaqda qəbahət görmürəm. Böyük xatirə dəftərini açdım, orada özümə aid məsələləri bir-bir yada saldım… Fəqət əgər oxuyub bitirməmişəmsə, hələ demək olar təzəcə açmışamsa, deməli, bu xatirə dəftəri "başıma yeni şeirlər açacaq…” Belədirsə onda demək olar ki, insanlara və xatirələrimə bağlılığıma görə şeir yazıram.
Eşq şairiyəmmi? Bilmirəm, amma eşqlə yazdığımı bilirəm.
 
Haydar Ergülen
 

 
 
Yaşıl köynəkli uşaq
 
 
Mən şair deyiləm, bu da şair deyil,
o yaşıl köynəkli uşağın yerinə yazıram,
onun yaşıl köynəyini görmürlər,
yaşıl köynəyinin altındakı qəlbini
göstərə bilmir deyə qəm yeyir,
"qəm yemə” deyirlər,
Dünyanın axırı deyil, nolub,
yenə geyinərsən yaşıl köynəyini,
çalış qəlbini təmiz saxla.
Ən çox bu axırıncı cümləni
deyən adam maraqlıdı mənə:
"Qəlbini təmiz saxla!”
 
Qəlbini təmiz saxlayır,
özü də elə təmiz saxlayır ki,
hamı ona gülür,
yaşıl köynəkli uşağın qəlbi
köynəyinin içindən belə görünür.
İndi də qəlbini götürüb gizlətmək istəyir,
bilmir harda gizlətsin,
əvvəllər heç vaxt qəlbini gizlətməyən
uşaq hardan bilsin belə şeyləri.
Ovcunda tutmaq istəyir,
lap balaca olanda bir sərçə tutmuşdu,
ovcunda onun ürəyinin döyüntüsünü duymuşdu,
bəlkə qəlb elə bir şeydir,
ovcun boydadır o da,
ovcunda saxlaya bildiyin qədərdir.
Heç kəs hədiyyə kimi də istəmir onun qəlbini,
əgər hədiyyə kimi də verə bilməsə,
o qəlblə necə yaşaya bilər?
Özü də bu sualın cavabın bilmir...
elə mən də.
 
Yaşıl köynək geyinməyən
bəzi dostlarından "qəlbim qırıldı”
sözlərini eşidib:
yaşıl köynək yerinə
bu sözləri geyinmək istəyir,
yaşıl köynəyini bağışlaya bilər
bu sözləri deyə bilmək üçün
heç kəs onun qəlbini qırmır,
heç kəs onun ürəyindəkiləri bilmir.
 
Olmaya yaşıl köynəkli uşağın
qəlbi yoxdur,
varsa hanı,
yaşıl köynəkli uşaq,
qəlbini göstər bizə.


 ...
Uşağın adı Bəşirdi,
bir köynəyi var yaşıldı,
Turqut Uyarından yadigar bir şeirdi
...
Həmişə o yaşıl köynəyi
geyər, dəyişər,
ancaq həmişə əvvəlki adam ola bilərmi?
Uşağın yaşıl
köynəyin altındakı qəlbi
elə bilirlər ki, həmişə belə qalacaq
yaşıl olmasa mavi ilə
bir təhər keçinər deyirlər.
...
 
Bax bilmirəm izah edə bildimi,
bu şeiri niyə yazdım
o yaşıl köynəkli oğlanın yerinə.
Təbii ki, mən ondan yaşda xeyli böyüyəm,
yəni mən şairlik yaşını çoxdan keçmişəm,
yaşıl köynəkli uşaqsa şeir yaşındadır.
Elə bilirlər qəlbinin böyüklüyü
köynəyinin yaşıllığındandı.
Əslində, mən onların ağızlarını payını verməliyəm,
amma heç nə deyə bilmirəm.
Onun yerinə yaşıl köynək geyinə,
onun yerinə şeir yaza,
onun yerinə dərd çəkə bilərəm,
amma bilmirəm onun yerinə
başqa neyləyə bilərəm.
 
O yaşıl köynəkli uşağı çox istəyirəm,
xeyr, istəmirəm qəlbini göstərsin,
istəmirəm onun qəlbini oğurlasınlar,
qəlbsiz yaşasın.
İndiki zamanda
qəlb çox da vacib şey deyil,
artıq mən də qəlb barədə yazmaq istəyirəm
nə onun yerinə, nə də öz adıma.
Həm də heç kəs onun yaşıl köynəyinin
altında gəzdirdiyi qəlbini görmədi.
onu şeirini bircə adam da eşitmədi,
O uşağı bu şeirdən çıxarıram,
yaşıl köynəyi o uşağın əynindən çıxarıram,
şeir də sizindi artıq,
yaşıl köynək də,
artıq o köynək
mavi də ola bilər, qara da, qırmızı da.
Kim yayda yaxası açıq gəzirsə
siz gedin ondan yazın, onu axtarın, onu sevin.
O uşağın qəlbiylə işiniz olmasın.
 
 
 Nəyəm mən?
 (Neyəm mən?)
 

 
Bazar ertəsi:                        Haydar Ergülen
Çərşənbə:                               aydar    rgülen
Çərşənbə axşamı:                     ydar      gülen
Cümə axşamı:                            dar        ülen
Cümə:                                          ar          len
Şənbə:                                            r            en
Bazar:                                                            n
 
Azalıram gün-gündən
adımdan, şeirimdən...
"n”əyəm mən?”
(neyəm mən?)
"n”ədir Haydar Ergülen?
 
 
 Mavi keçdi
 
 
Elə bir yay idi ki,
sanki göy üzündə oturmuşduq.
 
Səni öpmək göy üzünü öpmək kimi
mavi bir şey idi.
 
Cavanlıq elə yaydır ki,
nə el-oba, nə ev, nə otaq
ancaq və ancaq göy üzü
bəs edər insana.
 
Biz göy üzündə
çox oturduq
gəncliyimiz
çox mavi keçdi... çox!
 
 
Səsi yaz!
 
Səsin yayda qalsın
sinifdə qalmış bir uşaq kimi
sən də yayda qal
mən dünyadan uşaqlığıma
qayıda bilsəm
sən yay səsinlə çağırsan məni
harda qala bilərəm,
sənin yayından,
sənin səsindən başqa?

 
 
Mən kiminsə evi olsaydım
 
 
Mən başqasının evi olsaydım
Sahibim, o şorgöz, kiməsə aşiq olardı,
Deyərdim ki, qadınları evinə gətirmə,
Evin həm bədəni, həm də ruhu var.
 
Öyrəşmişdim burdan ora, ordan bura "qonamğına”
Onu qəti bağışlamazdım, qadından başqa bir evi olmayan
yekə bir uşağı aldatdığına görə,
qadının əri evidir, həyətisə dostu.
 
Mən də bir evəm, ruhumun pəncərəsi olan
gözlərim tənha qoyun, deyərdim.
Necə atıb getmişdinizsə o evlə birgə,
indi sizdən baxanda həyət görünürmü
 
Mən başqasının evi olsaydım,
sizdən başqa bir səmtə köçərdim.
 
 
 Kölgələr qəzəli
 
 
Bu kölgəni əvvəlki iyunlardan toplamışam sizə.
Eşqin kölgəsi aramızda kimsəsiz qalmasın deyə
 
Deyirlər eşq odur, gündüz də qaranlığıyla sərxoşdu,
Desinlər ki, hələ qəm var kölgəsində - nə xoşdu.
 
Onda var olsun gecəyə qanad verən bu pərvanə
Afərin eşqin önünə keçməyən kölgəyə də.
 
Eşq dənizində işıq yoxdursa aşiqə nə qəm
Eşq iqliminin işığı da, kölgəsi də nurlu axşam.
 
Ah işıqları yandıranda kölgəsini unudan insan
Kaş işıqları söndürəsiniz ki eşqi anlayaq bundan
 
Kölgələr küçə pişikləri kimi axşamın ümidinə vermək.
Savabdır bəzən iyunu üşüyən bir kölgəni üstünə örtmək.
 
Məgər axşamın kölgəsi başqaymış, tənhanın kölgəsi başqa
Sənin gözəl kölgəndən mənə bir körpə iyun bağışla.
 
Təki iyun olsun, kölgəsi belə bəsdir eşqə.
 
 
Türkiyə tükcəsindən uyğunlaşdıran: Fərid Hüseyn, artkaspi.az

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.