Antonio Tabukki - Yuxular. Çexov - Debüssi
10.11.17

 YUXULAR  HAQQINDA  YUXULAR











Yazıçı və həkim Anton Çexovun yuxusu

     
    1890-ci ilin gecələrindən birində, məhbuslara baş çəkmək məqsədi ilə yollandığı Saxalin adasında, yazıçı və həkim Anton Çexov yuxu gördü. Gördüki ki, bir hospitalın palatasındaydı, əyninə də dəli köynəyi geyindirmişdilər.Yanında, öz sarsaq söhbətlərini edən iki əldən düşmüş qoca yatırdı. O özü gümrah, aydın düşüncəli və özünə inamlı idi, bir atın hekayətini yazmaq istəyirdi. Ağ xalatlı bir həkim gəldi və Anton Çexov ondan kağız və qələm istədi.
        Sizə yazmaq olmaz, çünki həddinən artıq nəzərisiniz, - həkim  dedi, - siz sadəcə zavallı bir mənəviyyatçısınız və dəlilər özlərinə bu ixtiyarı verə bilməzlər.
       Sizin adınız nədir? - deyə Anton Çexov soruşdu.
       Adımı sizə deyə bilmərəm, - doktor cavab verdi, - ancaq bilin ki, mən qələm əhlinə nifrət edirəm, xüsusilə də, həddən artıq nəzəri olanlara. Nəzəri olan hər şey dünyanı məhv edir.
       Anton Çexovun ürəyindən keçdi ki, ona bir şillə ilişdirsin, ancaq bu arada həkim dodaq boyasını çıxarıb, dodaqlarının makiyajını təzələyirdi. Sonra başına bir parik qoyub dedi: mən sizin şəfqət bacınızam, ancaq sizə yazmaq olmaz, çünki həddindən artıq nəzərisiniz, siz sadəcə bir mənəviyyatçısınız, Saxalinə də gecə köynəyində gəlmisiniz. Və bunu deyib onun qollarını açdı.
      Siz miskin bir iblissiniz, - Anton Çexov dilləndi, - ancaq hətta atların belə nə olduğunu bilmirsiniz.
       Mən atları niyə tanımalıydım, axı? – həkim dedi, - Mən yalnız bizim hospitalın rəisini tanıyıram.
       Sizin rəisiniz eşşəkdir, - Anton Çexov dedi, - heç at da deyil, - həyatında çox şey çəkmiş bir yük heyvanıdır. Sonra da əlavə etdi: imkan verin yazım!
       Sizə yazmaq olmaz, - doktor çəmkirdi, - çünki dəlisiniz!
       Yanındakı qocalar yataqlarında çevrildilər, onlardan biri gecə bardağına işəməkdən ötrü qalxıb oturdu.
       Eyb etməz, - Anton Çexov dedi, - sizə bir xəncər bağışlayacam ki, dişlərinizin arasında tuta biləsiniz; və ağzınızda bu xəncər, klinikanızın rəisini öpəsiniz, bir-birinizə polad öpüşlər bəxş edəsiniz...
       Sonra o, böyrü üstə çevrilib, at barəsində düşünməyə başladı. Bir də, arabaçı barədə. Arabaçı isə bədbəxt idi, çünki kiməsə öz oğlan balasının ölümündən danışmaq istəyirdi. Ancaq heç kim ona qulaq asmırdı, çünki camaatın vaxtı yox idi, özünü də zəhlətökən hesab edirdilər. Onda, arabaçı öz dərdini hövsələli bir heyvan olan atına danışırdı. Gözləri insan gözü kimi olan qoca bir yabıya.
        Elə bu an, Anton Çexovun tanıdığı iki xanımın minmiş olduğu dördnala çapan bir cüt qanadlı at göründü. Xanımlar aktrisa idilər, əllərində də çıçəkləyən albalı budağı tutmuşdular. Arabacı həmin iki atı öz faytonuna qoşdu, Anton Çexov oturacaqda özünə yer elədi və araba hospital palatasından  havalanaraq, iri pəncərələrin birindən adlayıb, səmaya üz tutdu. Buludların arası ilə uçarkən onlar qəzəbli əl hərəkətləri ilə lənətlər yağdıran parikli həkimi görürdülər. Aktrisalar əllərindəki  albalı çiçəyinin bir cüt ləçəyini yerə atdılar və arabaçı gülümsəyərək dedi: əzizim Anton Çexov, sizə söyləyəcək bir hekayətim var, kədərli hekayətdir, ancaq inanıram ki, məni anlayarsız.
        Anton Çexov arxalığa söykəndi, şərfini boğazına dolayıb dedi: dünyanın bütün boş vaxtı məndədir, son dərəcə sakitəm, insanlar haqqında hekayətləri də sevirəm.

___________________________
     ANTON PAVLOVİÇ ÇEXOV. 1860-1904. Rus yazıçısı və dramaturqu. Həkim idi, ancaq iş təcrübəsini yalnız aclıq və epidemiyalar zamanı tətbiq edirdi. Vərəm xəstəsi idi. 1890 – cı ildə, bir cəza koloniyasının yerləşdiyi yerə, uzaq Saxalin adasına gedib çıxmaqdan ötrü Sibirdən keçib getmiş, katorqa çəkənlərin qorxunc həyat şəraiti barədə kitab yazmışdır. Teatr aktrisasını sevirdi. Hekayə, dram əsərləri və komediyalar yazmışdır. Gündəlik məişətdən, sadə insanlardan, kasıblardan, uşaqlardan, həyatdakı böyüklü-kiçikli problemlərdən bəhs edirdi.



Musiqiçi  və estet  Aşill-Klod Debüssinin yuxusu


    1893-cü ilin iyirmi doqquzu iyun gecəsi, aydın bir yay gecəsində, musiqiçi və estet Aşill Klod Debüssi yuxusunda gördü ki bir çimərlikdəydi. Toskana sahillərində, alçaq kolluqlar və şam ağacları ilə çevrələnmiş bir çimərlik idi. Debüssi kətan şalvarda və həsir şlyapada gəldi, Pinkinin onun üçün ayırdığı kabinəyə girib paltarını soyundu. Pinkini çimərlikdə gözucu görmüşdü, ancaq əli ilə onu salamlamaq əvəzinə, sivişib kabinənın kölgəliyinə keçdi. Pinki villanın sahibəsi, gözəl bir qadındı, şəxsi çimərliyinə gələn tək-tük üzənlərlə məşğul olar, şlyapasının üstündən sallanan mavi örtüyünə bürünərək, sahil boyu gəzişərdi. O, qədim zadəgan nəslinə mənsub idi, ona görə də hamıya “sən” deyə müraciət edirdi. Bu isə, nəzakət qaydaları ilə  təqdim olunmağı sevən Debüssinin xoşuna gəlmirdi.
         O, çimərlik kostyumunu geyinməzdən əvvəl bir necə dəfə oturub-durdu, sonra bu günəşli, mavi dənizli tənha çimərliyin təəssüratı onda müəyyən ehtiraslar oyatdığından, yarı dikəlmiş fallosunu bir xeyli oxşadı. Kürəyində iki balaca ağ  ulduz olan göy rəngli, sərt  kostyumunu geyindi. Elə bu an gördü ki, Pinki, - o və onu həmişə müşaiyyət edən iki doq, - bir göz qırpımında yoxa çıxdılar və çimərlikdə heç kim yoxdur. Debüssi özü ilə gətirdiyi şampan şüşəsini götürüb, cimərlikdən keçdi.  Gəlib  sahil xəttinə yetişəndə torpaqda balaca çala qazıb, sərin qalsın deyə, şüşəni orada basdırdı, sonra dənizə cumub üzdü.
       Dərhal suyun faydalı təsirini hiss etdi. O, dənizi hər şeydən çox sevirdi və ona bir musiqi həsr etmək fikri də vardı. Günəş zenitdəydi, suyun səthi parıldayırdı. Debüssi geniş qol hərəkətləri ilə sakitcə geri döndü. Çimərliyə qayıdanda şampan şüşəsini torpaqdan çıxarıb,  təxminən yarısına qədər içdi. Ona elə gəldi ki, zaman dayanıb və düşündüyü musiqi də bunu ifadə etməli idi: zamanın dayanışını. Kabinəyə tərəf üz tutub, soyundu. Soyunarkən kolluqdan gələn səsləri eşidib boylandı.  Onun bir-iki addımlığında, kolların arasında bir favn iki nimfa ilə əylənirdi. Nimfalardan biri favnın kürəyini oxşayır, digəri isə sonsuz xumarlıqla rəqs hərəkətləri edirdi.
        Debüssi şirin bir halsızlıq duydu və yüngül bir zəriflklə özü-özünü oxşamağa başladı. Sonra kolluqla irəlilədi. Onun gəldiyini görən o üç varlıq ona baxıb gülümsədi və favn tütəkdə çalmağa başlasdı. Bu, Debüssinin bəstələmək istədiyi həmin musiqi idi və o, bu musiqini zehnində həkk elədi. Sonra dikəlmiş fallosu ilə şam ağacının iynələri üzərində oturdu. Bu vaxt, favn nimfalardan birini yanına çəkib onunla əlaqədə oldu. O biri nimfa isə yüngül rəqs addımları ilə Debüssiyə yaxınlaşıb, onun qarnını sığalladı. Günorta idi, zaman hərəkətsiz dayanmışdı.
   
     _____________________________
  AŞİLL-KLOD DEBÜSSİ. Sen-Jermen-an-Le, 1862 - Paris, 1918. Marmontel və Giro kimi ustadlarla çalışmış, üç il Villa Mediçidə qalırkən “Prix de Rome” mükafatını almış, ilk əvvəl Vaqnerin musiqisinə həvəsli olmuş, sonra həvəsdən düşmüşdür. Parisdəki Ümumdünya sərgisində ona təsir göstərmiş şərq musuqisini kəşf etmişdi. Simvolistləri, impressionistləri, dekadentistləri sevirdi. Yalnız sənətə və musiqiyə bağlı zərif və nəzərə çarpmayan bir həyat yaşamışdı.

Ardı var...
 
İtalyan dilindən tərcümə:
Cəmşid CƏMŞİDOV




Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.