Ərəb yazıçı Yusif Əzizi AYB sədri Anarla görüşdü
06.11.17

Ölkəmizdə səfərdə olan tanınmış ərəb yazıçı Yusif Əzizi dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anarla görüşüb.

Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə qonaq barədə məlumat verən Mərkəzin sədri, şair Səlim Babullaoğlu qeyd edib ki, Bənitorof kimi tanınan yazıçı və tədqiqatçı  Yusif  Əzizi 1951-ci ildə İranda doğulub. Tehran Universitetinin məzunudur. Hazırda Londonda yaşayan ədib 1978-ci ildən İran Yazıçılar Birliyinin üzvüdür və 2008-ci ilin yanvarından Birliyin ümumi iclasında keçirilən seçkidə, qurumun sədri olmadıqda, onun vəzifəsini yerinə yetirən katib seçilib. 2009-cu ildə Britaniya Qələm Cəmiyyətinə (English Pen) fəxri üzv qəbul olunub. Suriya Yazıçılar Birliyi Əzizini 2012-ci ildə özünün əsas üzvü kimi təqdim edib.

Yusif Əzizi Bənitorof jurnalist kimi də fəaliyyət göstərir, ərəb və fars dillərində yazır. İndiyədək 25 kitabı və yüzlərlə məqaləsi ərəbdilli və farsdilli mətbuatda dərc edilib. Məqalələrinin bir hissəsi İranın klassik ədəbiyyatına aiddir və ərəb mətbuatında işıq üzü görüb. Onun hekayə, məqalə və tədqiqatları ərəb, türk, ingilis və italyan dillərinə də tərcümə edilib. Onun tərcümə fəaliyyəti əsasən müasir ərəb yazıçı və şairlərinin ədəbi əsərlərini əhatə edir. İctimai-siyasi fəaliyyəti isə İranda qeyri-fars millətlərin, o cümlədən, ərəblərin hüquqlarının müdafiəsinə şamil edilir. 2008-ci ilin noyabrında İstanbulda “İran, Azərbaycan və Türkiyədə qadın hüquqları” seminarının və 2009-cu ildə Human Rights Watch-ın mükafatlarına layiq görülüb.

AYB sədri Anar qonağı və görüş iştirakçılarını salamladıqdan sonra Birliyin yaranma tarixi, fəaliyyəti haqqında danışıb. Sədr qeyd edib ki, son zamanlar İran-Azərbaycan ədəbi əlaqələrinin inkişafı yolunda hər iki ölkə tərəfindən mühüm addımlar atılır, əhəmiyyətli layihələr həyata keçirilir. Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşəbbüsü ilə keçilirlən bugünki görüş də həmin əlaqələrin daha da dərinləşməsində  əhəmiyyətli rol oynayacaq.

Azərbaycanı çox sevdiyini bildirən Yusif Əzizi, Bakıya gəlməyi illərdən bəri arzuladığını vurğulayıb. Ərəb yazıçı müasir dünyada ədəbiyyatın və sənətin hazırkı durumu barədə fikirlərini bölüşüb, Azərbaycan ədiblərinin yaradıcılığına maraq göstərdiyini deyib.

Görüşdə ədəbi əlaqələrin inkişafından söz açılıb, müzakirələr aparılıb.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.