Allahverdi Təhləli GYB-nin Azərbaycan bölməsinə rəhbər təyin edildi
19.10.17

Şair Allahverdi Təhləli Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinə rəhbər təyin edilib.



Dost uğuruna sevinmək doğrudan da gözəl hissdir. Bu günlərdə sənə göstərilən etimad bizə qürur verdi.

Əziz Allahverdi, sənin Gürcüstan Yazıçılar Birliyində Azərbaycan bölümünə rəhbər seçilməyin hamımızın ürəyincə oldu. Bu xəbər hamımızı sevindirdi. Eşidəndə, ilk dəfə ürəyimizdən keçən, dilimizdən qopan: “nə yaxşı!..” kəlməsi oldu. Çünki səni yaxşı tanıyırıq. Sənin kimi istedadlı bir qələm əhlinin oradakı yaradıcı soydaşlarımızı ətrafında birləşdirən qurumu layiqincə idarə edəcəyinə şübhəmiz yoxdu. Həm də bizə sənin  təşkilatçılıq qabiliyyətin, insanlarla tez ünsiyyət qurmaq bacarığın hələ uzaq tələbəlik illərindən məlumdu.  Bilirik ki, bu gün Gürcüstanda yaşayan, ömrünü, gününü ədəbiyyata bağlamış onlarla istedadlı şair və yazıçılarımız var. Onların belə bir qurumda bir araya gəlmələrinə çoxdan ehtiyac vardı. Göstərdiyin səylərdən, bu yöndə apardığın işlərdən həmişə xəbərimiz olub və bilmişik ki, gec-tez çəkilən zəhmət öz bəhrəsini verəcək. Elə də oldu. Yaradılmış bu bölümün orada yaşayan və ədəbiyyatın bütün sahələrində çabalar göstərən qələm əhlinin yaradıcılığına müsbət təsir edəcəyinə, impuls verəcəyinə indi daha çox inanırıq.

Əziz dost, sənə  üzərinə düşən bu şərəfli işi layiqincə yerinə yetirməkdə uğurlar diləyirik, yorulmayasan deyirik. Allahverdi Təhləli adlı gözəl bir şairin, səmimi bir insanın bu gün həm də taleyinə sənətkarlar karvanına sarvanlıq etmək kimi önəmli bir missiya yazılıb.. Qoy yollar səni və sənin timsalında oradakı yaradıcı soydaşlarımızı arzulanan üfüqlərə aparsın! Bütün bunları keçmiş tələbə yoldaşların, uzun illər dostluq etdiyin bir qrup həmkarın diləyir. Bir daha uğurlar!

Hörmətlə,
Zahid Sarıtorpaq,
Saday Budaqlı,
Səfər Alışarlı,
Murad Köhnəqala,
Etimad Başkeçid


Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.