Səxavət Sahil - Yazıçıda üslub səhvi axtaranlar
27.07.17

Yazımı qədim bir Çin pritçası ilə başlamaq istəyirəm. Günlərin bir günü hökmdar özünü tərif etdirmək üçün məmləkətdə olan bütün şairləri cəm eləyib saraya yığır. Şərti bu olur ki, təriflərin heç biri bir-birinə oxşamasın və indiyə kimi eşitmədiyim söz olsun, əks halda cəlladı çağırmalı olacam. Əlqərəz, şairləri bir yerə yığıb üç gün üç gecə vaxt verir. Vaxt, vədə tamam olanda hökmdar şairləri yenidən çağırıb onlardan şeir oxumalarını əmr edir. Birinci şeir oxuyan şair hökmdarı təəccübləndirir, buna görə hökmdar ona qiymətli ənam bağışlayır. İkinci şairi dinləyəndə hökmdar görür ki, sənətkar təkrar sözlərdən istifadə edərək canını qurtarmaq istəyir. Həmin şair cəlladın yanına getməli olur. Növbəti şair səhnəyə çıxır, hökmdar bunun da təzə heç nə yazmadığını görüb, cəlladın yanına göndərir. Bu minvalla bütün şairlər öz şeirini oxuyur, hökmdar isə onların əvvəllər yazdığı sözləri təkrarladığı üçün qəzəblənib edam etdirir. Hökmdar yenidən birinci şeir oxuyan şairdən sağ qalmağın sirrini soruşur. Şair isə deyir ki, hökmdar sağ olsun, gördüm ki, dəbdə olan bütün sözlərdən istifadə eləsəm, məni ölüm hökmü gözləyir. Ona görə də, uşaq vaxtı ata-anamdan və nənə-babamdan eşitdiyim sözlərdən seçib sizi tərif etdim. Bu sözlər mənim köməyimə gəldi, ona görə də indi sizin qarşınızda sağ-salamat dayanmışam. Mən bu gündən sonra nə yazsam o sözlərə sadiq qalacam və hər zaman onları şeirlərimdə istifadə edəcəm. Mənim başqa şairlərdən fərqim, bax, bununla bağlıdır. Hökmdar şairin fikirlərini bəyənir, ona bir at yükü qızıl verib öz şəhərinə göndərir. Digər şairlərin aqibəti isə məlum olduğu kimi, edamla nəticələnir.

  Ədəbiyyatda bir az irəli getmiş, yerini bərkitmiş sənətkarlar bir də gördün hardansa əndrəbadi termin tapır, ya da elə sözdən yapışır ki, xeyli fikirləşməli olursan. Əsas məqsəd isə oxucunu çaşdırmaq, onları anlaşılmaz ifadələrin dolaşığına salmaqdır. Belə "müqəddəs” ifadələrdən biri də üslubdu. Kiminsə bir yazardan xoşu gəlməyəndə və ya gözü götürməyəndə o qədər də dəqiqliklə bilinməyən üslub səhvi kəlməsi bu cür ağzıgöyçəklərin karına gəlir. Genələ-genələ harda gəldi həmkarının qarasına döşəyir: "Yazıçı deyil, bir abzaslıq mətnində xeyli üslub səhvi var”.

  Üslub konkret olmadığından onu adından "istifadə edənlər” bəzən məqsədinə çatmış kimi görünür. Bəs bu üslub nədir axı?

Hər hansı bir yazıçı və ya bədii əsər, cərəyan, janr üçün səciyyəvi olan dil və nitq vasitələrindən istifadə üsullarının məcmusu; hər hansı bir yazıçının, əsərin dil və ifadəüsulu üslub adlanır. Sonuncu cümləyə fikir versək hər şey aydın olur. Deməli, üslub fərdi ifadə tərzi, fərdi yazı forması, fərdi təhkiyə formasıdır.

  Məsələ burasıdır ki, üslubun nə olmasından bixəbər olan adamlar başqasında üslub səhvi axtarır. Əsas məsələ isə bu səhvi yazıçıda axtarırlar. Yazıçı necə yazırsa bu onun üslubudur. Üslub müəllifin təhkiyə, yanaşma tərzi, ifadə forması və s. nəsnələrdən formalaşır. Ən gülməlisi yazıçının öz həmkarına bu cür irad tutmasıdır. Onda belə çıxır ki, bunlar "necəgəldi” yazıb, gözə kül üfürürlər. Və bu "necəgəldi”nin də üstünə bir az da qalmaqal və sosial şəbəkədə qıcıqlandırıcı fikirləri gələndə artıq "sənətkar” imici yaranır.

  Məsələn, deyək ki, hansısa yazıçı axıcı dili və rəvan təhkiyəsi ilə könülləri fəth eləyir. Bu artıq bir trendə çevrilir, digərləri də başlayır bunu təqlid eləməyə. Bu azmış kimi bu cür yazmayanları bəyənmir, onlara dırnaqarası baxırlar. Elementar üslub anlayışı olmayan adamlara bir yerdə yaşamaq, ədəbi mühakimə aparmaq, diskussiyaya girmək mənasız vaxt ikisindən başqa bir şey deyil.

  Hər yazıçı bir üslub deməkdir. Bu fikir məşhur filosoflardan birinə məxsusdur. Yazıçı üçün üslub ciddi məsələdir. Yaradıcılığının yarısını hansısa yazıçının təqlidi ilə keçirən adam heç vaxt ciddi sənətkar ola bilməz. Yaradıcılığa başlayan adam bu nüansa ciddi fikir verməlidir. Üslubu olmayan yazıçı "Leyli və Məcnun”u yazan çoxsaylı sənətkarları xatırladırlar. /Artkaspi.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.