İranda Azərbaycan mədəniyyəti günləri davam edir
07.07.17

İranda başlanan Azərbaycan mədəniyyəti günləri paytaxt Tehrandakı tədbirlərlə yanaşı, İsfahan şəhərində də davam edib. İyulun 5-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nümayəndə heyəti İsfahan şəhərinə gəlib.

Nazir Əbülfəs Qarayev İsfahan vilayətinin valisi Rəsul Zərgərpur ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Ə.Qarayev 2010-cu ildə ilk dəfə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycanın mədəniyyəti günlərinin təşkil olunduğunu qeyd edərək bildirib ki, bu gün iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur. İranın bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir, konsertlər, sərgilər, filmlər nümayiş olunur.

Nazir son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib. Qeyd edib ki, ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Ölkəmizə səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Rəsul Zərgərpur bildirib ki, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da inkişafına imkanlar yaradır.

Vali onu da vurğulayıb ki, İsfahan şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış əlaqələri var və gələcəkdə bu səpkidə Azərbaycanın şəhər və rayonları ilə də müvafiq saziş hazırlana bilər. Bu da öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə zəmin yaradar.

Görüşdə iki ölkənin ticarət palataları arasında əməkdaşlıq, turizm sahəsində əlaqələr, sərgilər və digər mədəniyyət tədbirlərinin keçirilməsi məsələləri də müzakirə edilib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Heseynov da iştirak edib.

Həmin gün İsfahan şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan növbəti musiqi proqramı böyük maraqla qarşılanıb.

Azərbaycan nümayəndə heyəti İsfahanın qədim tarixi məkanları ilə də tanış olub. Məlumat verilib ki, İranın Tehran və Məşhəddən sonra üçüncü böyük şəhəri sayılan İsfahanda dünyanın ən gözəl memarlıq inciləri var. Şəhərin Nəqşicahan meydanı UNESCO-nun Dünya mədəni irsi siyahısına daxildir. /Azərtac/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.