Ayhan Miyanalı - Yeni şeytanlar yarat
05.07.17
Avanqard.net cənublu yazar Ayhan Miyanalının "Üsyan" yazısını təqdim edir.
(Yeni Şeytanlar Yarat!)
Tax, tax, tax....... [Qapı elə döyülür, sanki sınacaq]
– Qapı döyən...? – Kimdi gecənin bu vaxtı....? Mənəm Ayhan!
– Ayhan kimdir?
[Heh(Acı bir gülümsəyir)] Öz yaratdığın yazıq qullardan birisi.
– Tanıya bilmədim!
Səni mənə yaradanım adıyla tanıtdırmışdılar! Atalarımıza demişdilər ki səni bir dörd düvar arasında saxlayırlar; [heh] Mən buna inanmayırdım kiiii!, bu böyüklükdə dünyanın, necə yaradanının evi olarmış! həmdə bir kiçik dörd duvar. İndi sənə yaraşarmı belə yaşam? Səni mənə belənçi qorxaq tanıtdırmamışdılar kiiii. İndi qapını aça bilərsin qadası? Çoxdan olar ki, buralardan köçüb getmişəm; bilirəm, məni çətin tanıya bilərsin!
[Dilinin ucunda mizildayaraq, dönüb dedi:] – Açıram qapını, gəl içəri; vaxtım azdı, işim çox; Tez anlat mənə nə istədiyini, sonrası yolunu çək get buralardan; mənim mənə ibadət! etməyən qullarla işim yox.
[Bu anda Ayhan, içindəki öfkəni, dərin bir nəfəslə eşiyə çıxardandan sonra, deməyə başlayır:]
Canım Tanrı(m)! Çox darıxmışam; Bir eşidən qulaq axtarıram. Deyirlər ki, "artıq cəhənnəmin odun söndürübsən". Acı sevincimdən izn ver sarılım sənə. Ürəyim patlayır; hər yaşadığım kədərli axşamlar kimi. Eşitmişəm, "İnsanları daha artıq sınağa, çəkməyəcəksən".
[Gözlərindən sanki qan damlayır kimi, tövşəyə-tövşəyə, danışığına dəvam edir]
Xəbərləri oxuyursan, canı(m!)? Deyirlər, Şeytan Əmi, təbrizin yolunda, Miyananın dönümlərində(1), Trafik qəzası geçirib. Ona artıq ümid yox, eşitmişəm..... Həm üzüldüm bu xəbərdən; Həm də sevindim! Artıq biz yaratdığın qulları necə aldadacaqsan? Kimin var; Rəhəmtlik Şeytanın, rolun oynaya bizlərə......? Kimiiiiin var ? İllər boyu, Qandırmışdın bizləri..... Yasaq dodaqlar, Unudulmaz qucaqlar, Hurilər(pərilər), İçgi pınarı...!, İşləməyən anılar....., İtmiş on ikincim!, Vay..... Nələrlə qandırmışdın bizləri.....!? Nələrlə? Qoy səninlə rahat danışım. Gəl Xalqı buraxıb; Öz dərdlərimdən deyim sənə. Yaşım basır otuz doqquzu; Sanki indisə anamın qarnındayam. Öküz kimi keçirtdiyim həyat! Sənin qorxundan susmuş qucağım! Tir-tir, əsən ayaqlarım; Ağarmış saçlarım; Ümidsiz çağlarım; Dəli oluram bunları deyərkən, dəliiiiii! Nədən bizimlə bu davranış.....!? Nədəəəəən????
[Bu anlarda, Tanrı elə qəzarməşdı ki]
[Ayhan ağzının suyun udub, deməyinə, belə dəvam edir:]
Boğuluruq əlindən artıq, ölümü, yaşamdan daha artıq sevirik! Arsız gələcəklərimiz üçün, sənin yalan festivalın üçün! Bütün "bu dünyada etmə, o dünyada özgürcəsinə edəcəksin"lərin üçün! Heeeeeey!, tanrı(miz)! Eşit bunları bizdən, nə olar eşit. Keşkə uşaqlar kimi, gizlən panc oynaya bilsəydik; Sən gözünü yumsaydın; Biz qaçıb gizlənsəydik..... Özümüzə daşdan yuva qurub, səni yuvamızın dövrünə, fırlatsaydıq. Bilmirsən necə vurğunuq bu tərsə fırlantıya! Özümüzdən Şeytanlar yaratsaydıq; Sənin əlinə daş versəydik; onu əlınlə daşlatsaydıq! Bunca il Sən qullarınla oynayıbsan bu oyunu...! Hələdir axtarırıq bu axmaqlığın çərçivəsində, Sənin görünməz cənnətini! Hələdir, dinlərinin arasındaki İnsanlarla vuruşub, ikrahsiz dinin (2) qılıncıyla başlar ayırırıq bədənlərdən! Hələdir uşaqlar kimi bu yalanlara vurğunuq; hələdir hər şeyi, dualarımızda axtarırıq! Qismət səndən olub....; Ruzi(3) səndən!; Tale(4) səndən...! Hər şey sənin əlində olub.... Birisi afrıkada, qara dərisiylə, qara günlərini, çətinliklə keçirib; gecəni aclıqla, sabaha çatdırır...! Birisi avrupada qızıl rəngli saçları, rəngli gözləri, uca boyu və bütün gözəlliklərlə baş-başa keçirir..... Ədalət sənsin, mütləqsin Ərhəmərrahimin(ألرحَم الراحِمین)sin! Sən o'sin, bu'sin...! Bu yalanları, anlatdın bizlərə, tarix boyunca, yalancı kitablarla!
[Ayhanı bu anda, qəhər basıb, gözlərinin qurumuş pınarından, sel kimi yağmağa başlayaraq, ağlayıb, deyişməsinə belə dəvam edir] Qulağını aç eşit dediklərimi! Özünü o yola vurma!
[Tanrı başını, iki qolunun arasında gizlədərək, utancından başını bilə qaldırmayır]
[Tanrı utandıqca, Ayhan daha artıq, dərdlərini bağırır!]
Doğu Türküstanda, Qarabağda, Ağdamda, Xocalıda, Yada 1946-nci ilin dekabrında, Təbrizin ortasında, qana bürünmüş igitlərin meyit namazında, Sən yoxuymuşsan, yoxsa, yeni əyləncələrinə baxırmışsan! Ey qismətlərin sahibi... İndi yanındayam, insafsızların ağası...! Nədən gücün yox; bunca üz verdiyi cinayətin, acı hekayəsin, anlatmaq üçün... Nədən.....!? Bağışla bir daha döndüm sənə! Dedim deyim; Sonra gedim Bitim, Ölüm, Yox olmuş bir tarixin itgin səhifələrində yandırılım; Təbrizdə, kitablarımızla, yandırılmış Anaların ürəkləri kimi...
Şeytan Əmi, öldü artıq! Yeni Şeytanlar yarat; qulların üçün... Olmaya birdən, yer üzündə İnsanliq oynaya.....! Olmaya dünyanı yaxşıliq başına alıb, sevgi mahnısını, bütün hekayələrdə oxuya! Olmaya üzlər gülüb, Dünya sunsuzacan, bütün çağlarımızda şənlik festivalı qura! İnanırsan Şeytansız dünya qorxudur məni!? Axı bizlər onsuz dünyanı, özümüzə yad görürük!
O üzdən, utanma; dur ayağa; Qollarını yuxarıya çırma; Tez yarat! Həmən yarat...! Sevdiyin Şeytanları yarat; Ya ərhəmərrahimin(یا أرحَم الراحِمین)........ [Və..........]
------------- 1- Miyana, güney azərbaycanın böyük şəhərlərindəndir. 2- İkrahsız din deyə, bu ayəni xatırladır(لا اکراه فی الدین) (Dində heç icbar yoxdur!). 3- İnsanın tanrı tərəfindən aldığı varlılıq və yeməklər. 4- Bəxt
|