Etibar Kərimli - Antik ədəbiyyat və biz
14.06.17

Esxilin, Sofoklun, Evripidin, Aristofanın, Lukretsinin, Horatsinin və daha neçə‐neçə nəhəngin ruhları toplaşıb yazdıqlarına göz qoyurlar... hər sözü yüz dəfə ölçüb‐biçməli olursan, yazdıqlarından daha çoxunu pozursan, elə bil lövhə önünə çıxmış dərsini zəif oxuyan şagirdsən... ümumiyyətlə, bu ədəbiyyatdan
yaxşı xəbərdar olanlar üçün yazmaq həmişə çətin olub və tam əksinə... hər ayda bir roman yazanlar, adətən dünya ədəbiyyatından, başlıca olaraq da antik ədəbiyyatdan xəbərsiz olanlardı...
o dahilərin yazdıqları cild‐cild əsərlərdən, yaratdıqları neçə‐neçə obrazlardan, bildirdikləri o qədər fikirlərdən sonra yenə də belə asanlıqla və sürətlə səhifələri qaralaya bildiklərinə görə...
Qədim yunan və Roma ədəbiyyatı dünyada ilk sistemli inkişaf edən, çoxpilləli, çoxnövlü ədəbiyyatdır. Әlbəttə, bunu deyərkən heç də daha öncə Şərqdə yaradılmış qədim Misir, Finikiya, Şumer‐Akkad ədəbi nümunələrini unutmuruq. Lakin antik ədəbiyyatın onlarla müqayisədə istər ideya‐məzmun, istərsə də
bədii keyfiyyətlər baxımından kifayət qədər üstün olması şəksiz‐şübhəsizdir və bunu zaman‐zaman klassik filologiya ilə peşəkar məşğul olan bir çox alim təsdiq etmişdir (O. Qruppe, M.Laqranje, D.Hoqart, B.Remsey və b.). Qədim Şərq ədəbiyyatı yazılı deyil, şifahi ədəbiyyat formasında antik ədəbiyyata müəyyən təsir göstərmiş və bunu biz sifahi xalq ədəbiyyatı nümunələrində, ilk növbədə mifologiyada görə bilərik (məs., Yaxın Şərq mənşəli finikiyalı Kadm, misirli Danay haqqında miflər və s.).
Lakin şifahi ədəbiyyat ümumən antik ədəbiyyatın yalnız ilk, alt qatıdır. Bu bünövrənin üzərində möhtəşəm, dəbdəbəli və rəngarəng bina ucaldılmışdır ki, onun tayı‐bərabərini heç bir qədim xalqın ədəbiyyat tarixində görə bilmirik. Qədim dünyada antik ədəbiyyat qədər çoxnövlü ikinci ədəbiyyat tapmaq imkansız.
Poeziyanın, dramın, nəsrin müxtəlif janrlarını və bu janrlarda yaradılmış bir‐birindən fərqli nümunələri biz ilk dəfə məhz qədim yunan və Roma ədəbiyyatında görürük. Antik ədəbiyyat heç vaxt təkrarlanmağı sevməyib, təkrarlanıbsa da, bunu köhnə mövzuya zərurət yarandığı üçün, həm də yeni dövrün tələblərinə
uyğunlaşdıraraq, yeni bədii çalarlar qataraq edib. Rəngarənglik də məhz buradan yaranırdı.
Məs, antik dramaturqların, demək olar, hamısı Çar Edip mifindən yazmışlar (Sofoklun, Evripidin dramları günümüzədək qorunub saxlanılmışdır), lakin bu əsərlərin heç birində təsvir olunan faciə digərinə bənzəmir. Başqa sözlə, müxtəlifliyə can atmaq, köhnədən bəhrələnməklə mütləq nəsə yeni fikir bildirmək, yeni obraz yaratmaq xüsusiyyəti məhz antik ədəbiyyatda ümumən yaxşı ədəbiyyatın səciyyəvi cəhətlərindən birinə çevrildi.
... Antik ədəbiyyatı mükəmməl bilən həqiqi ədəbiyyatın nə demək olduğunu doğru anlayır... ədəbiyyat nəzəriyyəsi, əlbəttə, əsas elmi bilikləri verir, fəqət... ədəbiyyatın praktik duyulması ilk növbədə mütaliədən asılıdı... dünya ədəbiyyatının mütaliəsi isə mütləq antik ədəbiyyatdan başlamalı... özü də mütaliə deyəndə dərsliklərin, yaxud müxtəlif müntəxəbatlardakı qısa parçaların oxunmasını nəzərdə tutmuram... antik mətnlər bütünlükdə oxunmalı, həm də orijinaldan mümkün qədər dəqiq tərcümədə... indi isə özünüzə sual verin ki, hazırda bunu edən çoxmu insan tanıyırsız?..
şəxsən mən, yox... hətta universitetlərin filologiya fakültələrində oxuyan tələbələr arasında antik ədəbiyyatı bütünlükdə oxuyan çox az adam tapmaq mümkündü... bu tələbələrin bir qismi isə sonradan ya yazıçı olur, ya da tənqidçi və yazdıqları istər bədii, istərsə də ədəbi‐tənqidi yazılarında qədim ədə biyyatdan xəbərsiz olduqları tez‐gec üzə çıxır... müxtəlif formada... bir də görürsən antik müəlliflərdən bir neçəsində gen‐bol rast gəlinən hansısa fikri özlərinin yaratdıqları aforizm kimi müasir oxucuya təqdim edirlər... hamı da başlayır bəh‐bəhlə tərifləməyə... az qala dövrümüzün dahisi elan edirlər... nə deyəsən?..
o adam, bəlkə, də “dahi”dir, amma... mütaliəsi zəif dahilərdəndi... yəni “çin malı”...
Qədim yunan və Roma ədəbiyyatına qədər yazılmış və dövrümüzədək gəlib çatmış yazılı ədəbi nümunələr, əsasən dini, mərasim ədəbiyyatından, bir qismi tarixi xronikalardan, yaxud texniki səciyyə daşıyan mətnlərdən ibarətdir. Bura Şumer‐Akkad gil kitabələrini də, finikiyalıların, hettlərin tarix mətnlərini da, nəhayət, qədim dünyanın ən irihəcmli yazı nümulərindən olan atəşpərəst Vedalarını da aid etmək mümkündür. Antik müəlliflər isə dünya ədəbiyyatı tarixində ilk dəfə sırf bədii ədəbiyyat nümunələri yaratdılar. Esxil, Sofokl, Aristofan, Alkey, Sapfo, Seneka və b. üçün ilk sırada əsərlərinin ideya‐məzmun xüsusiyyətləri, obrazlar aləmi, estetik gözəlliyi, dil ahəngdarlığı və s. dururdu. Xüsusilə, dini mətnlərdən ayrılması və fərqləndirilməsi ədəbiyyatın sonrakı dövrdə müstəqil sənət sahəsi kimi inkişafına misilsiz xidmət göstərdi. Әdəbiyyat getdikcə daha çox dünyəviləşdi və dünyəviləşdikcə
onun bədii imkanları artdı, forma və janr müxtəlifliyi yarandı. Antik ədəbiyyat hamıya sübut etdi ki, inkişaf etməkdə olan şüurlu insanın dini ehtiyaclarından başqa da zəruri mənəviəxlaqi, estetik ehtiyacları ola bilər və həqiqi ədəbiyyatın başlıca qayəsi məhz bu ehtiyacların ödənilməsinə yönəlməlidir.
...Son zamanlar ədəbiyyata gələn gənclər arasında dini mövzularda yazanların sayı günügündən artmaqda... xüsusilə şairlər arasında buna tez‐tez rast gəlmək mümkündür... müxtəlif məzhəblərin, təiriqətlərin, dini-fəlsəfi ideyaların daşıyıcıları insanların ədəbiyyat sevgisindən istifadə edib öz dini düşüncələrini daha çox qafiyəli formada yaymağa üstünlük verirlər... özlərindən də çox razı görünürlər... bir çoxları bu iddiadadırlar ki, Allahdan (nə az, nə çox) verilmiş istedad sahibidirlər və odur ki, qələmə aldıqları nə varsa, hamısı möhtəşəm sənət əsəridir... nə var, nə var hansısa bənddə və ya beytdə üstüörtülü formada hansısa dini şəxsiyyətə işarə vurublar, ya da hansısa məzhəb, yaxud təriqət prinsipini elə dahiyanə şəkildə açıblar ki, “adi oxucu” bunu anlamaq iqtidarında deyil, mütləq hansısa “mütəxəssis” onu şərh etməlidir... ümumi mənzərə yaransın deyə sadəcə bir bəndi misal gətirək:
 
Әzabdan həzz almaq nə sirdir eşqdə?!
Min yara bəslərəm, hər biri eşqdən!
Asini, aşiqi, kafiri eşqdən,
Mömini kitabdan məhrum eyləmə!
 
(Aqşin Yenisey)
 
Bəlkə, kiməsə qəribə görünəcək, amma yüksək bədii nümunələr kimi tez-tez sitatları verilən gənc şairimizdən gətirilmiş konkret nümunədə heç bir bədiilik görmürəm (şeirin digər bəndləri də bundan fərqlənmir), sadəcə inanc mətni, qafiyə ilə deyilmiş söz var, o qədər... üstəlik, ədəbiyyat tariximizə nəzər salsaq, “eşq”dən yazılmış bədii nümunələrlə müqayisədə çox zəifdi... əsas narahatedici cəhət isə orasıdır ki, bu tip mətnləri yazan şairlərin ardınca mərsiyələr, növhələr yazan şairlər nəsli gələcək (ayaq səsləri artıq eşidilir) və onlar da eyni uğurla “yüksək istedad sahibləri” elan olunacaqlar... hətta bu şeirlərin dini məzmunu bir kənara qoysaq, aydın olur ki, müəlliflərin çoxu ədəbiyyatın nə demək olduğunu, ümumiyyətlə, düzgün anlamır, onu bəlağətli söz demək sənəti kimi başa düşür... nə isə... deməyim odur ki, müəyyən vasitələrlə (?) özləri haqqında ictimai rəy yarada bilmiş ədəbiyyat naşılarımızın sayı günü‐gündən həndəsi silsilə ilə artır... nə etməli?.. bu minvalla ədəbiyyatımız hara gedir?.. yenə dinlə ədəbiyyatın birlikdə çıxış etdiyi “daş dövrü”nə?.. Vedalara?.. axı qədim yunan və Roma ədəbiyyatı olub, daha sonra İntibah, Maarıfçilik, Klassisizm dövrü ədəbiyyatları olub və s... hələ öz maarifçilərimizi
– “Molla Nəsrəddin”çiləri, C.Məmmədquluzadəni, M.Ә.Sabiri və b. demirəm... yəni “ilahi vergi” sahibi olan “şairlərimiz”in, görəsən, bunlardan xəbərləri varmı?.. bütün sadaladıqlarımı deyə bilmərəm, amma antik ədəbiyyatdan xəbərsiz olduqlarına yüz faiz əminəm... antik ədəbiyyat bu məsələdə də bizə yardım edir, belə ki, o, ədəbiyyatın dünyəviliyini qoruma vasitələrindən biridir... antik ədəbiyyatı yaxşı bilən şair heç vaxt ədəbiyyat nadanı və şarlatanı ola bilməz... çünki o, bədii nümunəni bəlagətli söz demək sənətindən – ritorikadan ayırır... heç vaxt ədəbiyyatdan dini təbliğat vasitəsi kimi istifadə etmir... heç vaxt qafiyəbazlığı ədəbiyyat adlandırmır!.. ya şair olur, ya mahir natiq, ya da vəəz verən ruhani...
Antik ədəbiyyat həmişə zamanla birgə addımlayır, konkret ictimaisiyasi quruluşun, hadisələrin təsirindən boyun qaçırmır, tam əksinə, onlara fəal münasibətini bildirir. Bəzən çox acımasız olur, xəstə cəmiyyəti cərrah kimi kəsib-doğrayır, çünki apardığı əməliyyatın ardınca xəstənin sağalmasına ümid edir.
Aristofanın komediyaları buna parlaq nümunədir. Yaxud “Satirikon”un müəllifi Petroni. İmperator Neronun başına bəla olan Petroni. Onun ucbatından özünə qəsd edən Petroni.
Antik ədəbiyyat ilk növbədə nə haqqında yazmağı öyrədir. O, heç vaxt insanları, cəmiyyəti narahat edən başlıca mövzuları qoyub, onuncuon beşinci dərəcəli məsələlərlə uğraşmır.
Nəyin bahasına olursa-olsun, həqiqəti demək vəzifəsini yaxşı anlayır. Siyasət satıla bilər, fəqət ədəbiyyat satılmamalı! Çünki o, bəzən ən böyükdən ən balacaya qədər bütün xalqa yolgöstərən olur, insanların əlləri hər yerdən üzüləndə ona üz çevirir, ondan mədət umurlar.
Buna görədir ki, antik ədəbiyyatın hələ e.ə. IXVIII əsrlərdə yandırdığı əbədiyyət işığı minilliklər keçməsinə baxmayaraq, hələ də insan övladının getdiyi uzun, keşməkeşli yola parlaq şüalarını salmaqda davam edir. Məhz buna görə antik ədəbiyyat hər zaman müasirdir, canlıdır, seviləndir!
...Biz, fikrimcə, hələ də nə zaman, nə haqda yazmalı olduğumuzu bilmirik... bir çoxları qəbul etməsələr də, müasir ədəbiyyatımızın əsas problemlərindən biri də bu... necə yazmağı bilmirsənsə, öyrənə bilərsən... fəqət nədən yazmağı bilmirsənsə, öyrənsən də, bəzən xeyri olmur... hamı güldən, bülbüldən yazır, sən
qarğadan və tikandan yazırsansa, elə həmin bozların içində ağ qarğa kimi görünəcəyini göz önünə almalısan... heç də asan deyil... son 25 ildə ədəbiyyatımız nədən yazıb?.. ilk baxışdan, daha nədən yazmayıb ki?.. amma Homer və Vergili kimi xalqın ən müxtəlif təbəqələrinin, yaşadığı dövrün ən rəngarəng və ziddiyyətli həyat səhnələrinin geniş epic mənzərəsini yaradan müəllif tanıyırsızmı?.. yaxud Esxilin Prometeyi kimi insanlara “od” gətirdiyinə görə “allahlar tərəfindən qayaya zəncirlənmiş” birisinin faciəsini oxudunuzmu?.. biz əsasən gözəl, səmimi, bəzən romantik, bəzən sentimental, ara-sıra realist-praqmatik, son zamanlar həm də postmodern “balaca insan” obrazları yaratmaqdan o tərəfə çıxa bilmirik... lokal problemlərlə məşğuluq hələ ki... hələ ki cəmiyyətimizə bütün zümrələri, fərqli həyat mühitləri, həm də bütün çılpaqlığı ilə güzgü tuta biləcək ədəbi nümunələr yaratmamışıq...  ədəbiyyatımızın qara işləri hələ ki görülməyib... amma nədənsə iddialarımız imkanlarımızdan çox uzaqlara gedir bəzən... hətta ara-sıra şikayətlənirik ki, niyə “uğurlar”ımızı görən yoxdur... hansı?.. böyük
ədəbiyyatı yaratmaq üçün ilk növbədə böyük hadisələri, faciələri göstərmək (təəssüf ki, göstəriləsi faciələrimiz az deyil), buna görə də “böyük insan” tipajları yaratmaq gərək... insan çətin zamanda tanındığı kimi, xalq da tarixinin ən çətin məqamlarında tanınır, daxili potensialını üzə çıxarır... ən başlıcası, heç nədən çəkinmədən, bütün müsbəti və mənfisi ilə həmin potensialı, başqa sözlə, xalq ruhunu konkret xarakterlər vasitəsilə ədəbiyyata gətirməkdir, zənnindəyəm... həqiqi ədəbiyyat yalnız bu zaman
meydana gəlir... müasirliyi hansısa dəbdə olan cərəyanları yamsılamaqda yox, bütövlükdə ədəbiyyatımız üçün yeni insan tiplərini yeni bədii formalarla canlandırmaqda görməliyik... üstəlik, müasir bədii söz həqiqətə deyil, yalana xidmət edirsə, artıq nə müasirdir, nə də ədəbiyyat... hesab edirəm ki, müstəqillik illərində milli ədəbiyyatımız dünya ədəbiyyatına inteqrasiya istiqamətində real nəticələrə və uğurlara
nail olmaq istəyirsə, öncə həmin ədəbiyyatın köklərini yaxşı bilməli, dəyərlərini bölüşməli, sonra da bunu konkret ədəbi nümunələrlə sübuta yetirməlidir... yalnız belə bünövrə üzərində yaranacaq ədəbiyyat təkcə milli deyil, həm də ümumbəşəri dildə danışa biləcək... bunları isə antik ədəbiyyatdan daha yaxşı
nümayiş etdirən ikinci ədəbiyyat, sadəcə, yoxdur... odur ki, yaxşı ədəbiyyat yaratmaq istəyiriksə, oxumalıyıq, xanımlar və cənablar çox oxumalıyıq! /azyb.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.