"Delicesine" və "Aşk olsun" Ankarada imzalandı
19.05.17

Mayın 13-də Türkiyənin paytaxtı Ankarada Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) ilə Azərbaycan Yazıçılar Birliyi (AYB) arasındakı razılaşma əsasında şair və nasir, AYB-nin katibi Rəşad Məcidin "Delicesine" və şair, AYB-nin mətbuat katibi Xəyal Rzanın "Aşk olsun" kitablarının geniş təqdimat mərasimi oldu.

Türk Tarix Qurumunun salonunda baş tutan təqdimat mərasimində yazıçılar, şairlər, mədəniyyət və ictimaiyyət nümayəndələri, mətbuat təmsilçiləri də iştirak edirdi. Kitabların tərcüməçisi Muhammed Rza Gocidir.

İLESAM-ın baş direktorü Mehmet Nuri Parmaksız qonaqları salamladı və qısa da olsa, AYB və İLESAM arasında əməkdaşlıqdan danışdı. Bildirdi ki, bu il ərzində də işbirliyi əsasında daha iki kitab AYB tərəfindən nəşr ediləcək: "Bizim Azərbaycanla dostluq və işbirliyimiz davam edəcək. İyun ayının əvvəlində İLESAM-la Azərbaycandakı 6 önəmli qurum arasında işbirliyi haqqında sənəd imzalanacaq".

Sonra R.Məcidin yeni kitabı haqqında professor Nurulla Çetin, X.Rzanın yeni kitabı haqqında isə İLESAM icraçı qurumunun üzvü, dosent Ayfer Yılmaz dəyərləndirmə aparmaq üçün səhnəyə dəvət edildilər.

Rəşad Məcidin kitaba "Dəlicəsinə" adını verməsinin xüsusi bir mənası olduğunu düşündüyünü deyən N.Çetin, bunu belə izah etdi: "Hər insan gördüyü işin həyəcanını bütün varlığı ilə hiss etməlidir. Rəşad Məcidin kitaba belə bir ad verməsi ilə yanaşı, özünün də bu kitaba uyğun bir şəxsiyyət olduğunu gördüm".

Ayfer Yılmaz isə bildirdi ki, Xəyal Rza kitabda eşqdən bəhs edir: "Mən isə düşürəm ki, yaşadığımız dünyada baş verən bütün gərginliklər, pisliklər də elə eşqsizlikdən qaynaqlanır. Bizə gözəl duyğuları anlatdığı üçün şairə təşəkkür edirəm".

Çıxış üçün söz verilən Rəşad Məcid hələ gənc yaşlarından onda böyük bir Türkiyə sevgisinin olduğunu bildirdi: "Mən bu yazıları yazarkən nə vaxtsa Türkiyədə belə bir kitabımın çıxacağı, dostlarla onun təqdimatına toplaşacağımız və belə gözəl sözlər eşidəcəyim mənə xəyal kimi gəlirdi. İndi bu xəyal gerçək oldu. Bu kitabı yenidən oxuduqda o illərə qayıtdım. Məsələn, Sovet illərindəki duyğu və düşüncələrimi, Türkiyə sevgimi bir daha xatırladım. 90-cı illərdəTürkiyəyə gələndə, burada o qədər də çox insan tanımırdım,amma məndə bu ölkəyə dəlicəsinə sevgi vardı. Sonralar burda dostlar qazandım. O dostlardan biri dəyərli şair və alim İrfan Çiftçidir və o, bu kitaba ön söz yazıb. Həmçinin, Yaqub Öməroğlu, Əli Akbaş, İmdat Avşar, Mehmet Nuri Parmaksız və başqa dostlar da mənə Türkiyəni daha çox sevdirdilər".

R.Məcid vurğuladı ki, dünyanın ən böyük zövqlərindən biri də öz kitabını əlinə almaq, onu vərəqləmək, qoxusunu duymaqdır: "Bu hissi təkrar mənə yaşatdığına görə İLESAM-a təşəkkürümü bildirirəm və Türkiyənin hər zaman güclü olmasını arzu edirəm. Çünki Türkiyənin gücü Azərbaycanın gücü deməkdir".

Xəyal Rza İLESAM-la işbirliyinin artıq iki ildir ki, uğurla davam etdiyini bildirdi: "Əlaqələr getdkcə genişlənir, yeni-yeni layihələr gerçəkləşdiririk. Üzvlərimizin sayı artmaqdadır. Hazırda İLESAM Azərbaycanda da yüksək dəyərləndirilən bir qurumdur".

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu dedi ki, Türk dünyasının yaxınlaşması üçün böyük səylər göstəririk: "Bu baxımdan kitabların çox ciddi əhəmiyyəti var. Azərbaycandakı qardaşlarımızla, qələm dostlarımızla işbirliyinə böyük önəm veririk. Onların sırasında Rəşad Məcidin xüsusi yeri var. Türkiyə gənclərinin oxuması çox vacibdir".

Yazıçı-tərcüməçi İmdat Avşar belə bir layihənin həyata keçməsinə görə İLESAM-a təşəkkürünü bildirdi. Sonra isə Rəşad Məcid və Xəyal Rzanın yaradıcılığı, yeni kitabları barədə yüksək fikirlər söylədi.

Tədbirin yekununda müəlliflər oxucular üçün kitablarını imzaladılar. /525.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.