Aynurə Asimqızı - ...təqvimlər qurban olsun Ata-Anama


15.05.17

Elə hisslər var ki, nə qədər çalışsan da onları sözlə ifadə etmək olmur. Vətənə, valideyinə, və övlada olan məhəbbət kimi. Vətən sevgisini qeyd eləməyə bütün ölkələrin hansısa bir əlamətdar günü var. Amma sadəcə bəzilərinin valideyin sevgisi üçün bayram tarixi mövcuddur. Atalar günü və Analar günü... Yalnız sözdə belə gözəl səslənən bayram, təqvimlə qeyd olunan günlərdə xöşbəxtlik yaşanar deyə düşünür adam. Ən azından ildə bir dəfə Ata və Anaya ayrılan gün, unudulmağa doğru gedən ailə dəyərlərini qorumağa, böyüklərə qarşı sayqı göstərməyi xatırlamağa səbəb olur. Canından bir parça olduğumuz Ata, canının bir parçası kimi 9 ay bizi bətnində daşıyan Ana. Sizcə də bu müqəddəs varlıqlar özəl bir günə layiq deyilmi? Əlbətdə ki, hamıdan və hər şeydən çox layiqdirlər, amma gəl gör ki, təqvim onları sevindirmir...

Birdən xatırlayırsan qardaş ölkən Türkiyə əsl bayram olaraq qeyd edir Ata – Ana günlərini. Bu dəm öz-özünə deyirsən: "Olmasın sənin illik təqvimində bu tarix, axı sən də Türksən və Türkün Ata - Anası onun baş tacı olub hər zaman, bütün təqvimlər qurban olsun Ata-Anama...”
Baharın ən gözəl ayı olan mayın ikinci həftəsi ayrılır Analara. O gün bütün bayramların ən kövrəyi yaşanar bəlkə də. Anası həyatda olanlar şanslıdır – bayramın sevincini yaşayarlar, Anası bu dünyadan köçənlər bayram hədiyyəsi kimi bir qucaq dua bəxş edir doğmalarının ruhuna.
İllərdən qalma ənənə var ailəmizdə, məşhur şeirdə deyildiyi kimi "lap tezdən oyanırıq”, atamla sürpriz hazırlayırıq anama. Amma bunlar 8 mart beynəlxalq qadınlar günündə olur. Düşündüm bu il "Analar günü”-nü mən də qeyd edim. Hədiyyəm isə qayğılı xatirələrlə bol bir təşəkkür məktubudur Anama...
Dünyanın ən incə ruhlu Anasına...
Ana – Sənə olan sevgim və heyranlığım o qədər böyükdür ki, izahı mümkün deyil. Nəfəs kimisən, döyünən ürəksən, görən gözsən, varlığına hər gün şükür edib Allaha açılan dua əllərisən! Nə etsəm, nə desəm azdır yenə, ödəyə bilmərəm çəkdiyin zəhmətin, əməyinin dəyərini.
Bətnindəykən narahat etdiyim ilk gündən indiyəcən çəkdiyin əziyyətlərin qarşılığı yoxdur çünki. İlk qidam, ilk kəlməm, ilk sevgimsən.
Elə ilahi varlıqsan ki, danışmağı bacaran birini başa düşmək çətinkən sən övladının istəyini danışmadan anlaynasan. Ruhunda hiss etdin, sevginlə yoğurub ürəyində böyütdün.
Mənlə ilk qarşılaşdığın an yanağından süzülən sevinc göz yaşların, ilk toxunuş, ilk təmasımız Rəbbimin dünyanı yoxdan var etdiyi gün kimi möhtəşəm olub. Yeni dünyaya qədəmimə səbəb olduğunçün təşəkkür edirəm Anam...
"Dopatdım” (qopartdım), "qanaxıdı” (qaranlıqdır) kimi deyə bilmədiyim sözlərimin doğru tələffüzümün müəllimi oldun. Təşəkkür edirəm ilk müəllimim...
Uşaqkən bağçaya getmək istəməzdim heç, sən hər yerdən güvənli idin mənə. Küsərdim məni bağçaya verəndə, səni bir də görməyəcəm qorxusu dolardı körpə canıma. Vaxtı sayardım sənə qovuşmağa.
Gözləməyi öyrətdiyinçün təşəkkür edirəm...
Birinci sinifə başlayanda müəllimlərimdə səni gəzərdim, o təbəssümlü simanın həsrətini çəkərdim dərsdə. Təbəssümə yoluxdurduğunçün təşəkkür edirəm...
Aldığım ilk sevgi məktubunu məhv edib gələcək eşq əzabından qoruyan xilaskarımsan. Qoruyucu mələyim olduğunçün təşəkkür ediirəm...
Bədən ölçülərimi əzbər bilən, məni mənsiz bəzəyənimsən. Təşəkkür edirəm zövqlü dərzim olduğun üçün.
Döndüyüm neçə ölüm qapılarından "hələ olmaz” deyib geri qaytaranımsan. Baş ucumda səssizcə ağlayıb dua etdiyin günlər az olmadı mələyim. Xəstə yatağımda yuxuda olduğumu düşünüb saçlarımı oxşadığın günlərin əvəzini necə qaytarım? Üşüməyim deyə hər saat başı yorğanımı ötdüyün yuxusuz gecələrini demirəm hələ. Həyatımın təbibi olduğunçün təşəkkür edirəm...
Universitetə qəbul olunduğum sevinciylə gözüyaşlı boynuna sarıldığım ana, sən məni, mən səni təbrik etmişdik. Sənin zəfərin mənim həyata açılan növbəti qapım idi çünki. Ən yaxın rəfiqəm, tək dostum olduğunçün təşəkkür edirəm...
Bir də həyatın bu yazılmayan qanunları olmaya deyirəm. Susursan, səsini boğursan öz içində, amma çinar kimi elə əzəmətli dayanırsan ki, kənardan baxan sənə "kişi kimi qadın” deyir. Daşlaşmağa məcbur qalırsan bəzən. Bunu da səndən öyrəndim mələyim. Ən çətin məqamda da dözümü, ən ağır sınaqlarda təmkinli olmağı səndə görüb öyrətdim canıma. Öyrətdiyin dəyanət əzmi üçün təşəkkür edirəm...
İncə varlığım, Anam olduğun və hər addımımda yanımda yer aldığın üçün təşəkkür edirəm! Bir adam nə qədər çalışırsa çalışsın valideyin borcunu qaytara bilməz. Tək bacaracağı xeyirli övlad, yaxşı insan, şərəfli vətəndaş, ola bilməkdir. Bu hər valideyinin övladdan gözləntisidir. Övlad olaraq illik hesabat təqvimimiz sayılan Ata-Analar günüdür, əsas istəyimiz isə hər ilin bu günü bizə həyat bəxş edən müqəddəs varlıqlara layiq olduğumuzu göstərə bilməkdir. /adalet.az/

Yenililklər
03.07.25
Nəriman Əsədov - Ağlımı başımdan alır qamətin
02.07.25
Seyyid Əsrinin "Fidan çiçəkləri" adlı ilk kitabı çap olunub
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.