Giorgi Kekelidzenin "Quriya gündəlikləri" kitabının təqdimat mərasimi keçirilib
10.03.17

Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxananın təşkilatçılığı ilə "Açıq Kitabxana"da gürcü ədibi Giorgi Kekelidzenin "Quriya gündəlikləri" kitabının təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, şair və nasir Giorgi Kekelidze 1984-cü ildə Gürcüstanın Quriya əyalətində doğulub. Tbilisi Dövlət Universitetinin Filologiya fakültəsini magistr dərəcəsi ilə bitirib. 2006-2008-ci illərdə Rustavi İnstitutunda Gürcü dili və ədəbiyyatı müəllimi işləyib. O, Gürcüstanda ilk elektron kitabxananın (lib.ge) yaradıcısıdır. 2012-ci ildən Gürcüstan Milli Parlament Kitabxanasının direktorudur. Müxtəlif radio və televiziya kanalları ilə əməkdaşlıq edib, ədəbi-tənqidi proqramlar hazırlayıb.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov giriş sözü ilə açaraq kitab haqda məlumat verib: "Giorginin kitabı "Gürcü ədəbiyyatı" seriyasından Azərbaycan dilinə tərcümə olunaraq çap edilib. Kitab Gürcüstanın Quriya bölgəsinə həsr olunub. Həmin bölgənin çox gözəl, özünəməxsus milli adət-ənənələri var. Bu insanlar uzunömürlüdür. Mehriban və gülərüzdür. Giorgi məhz bu özəllikləri kitabında məharətlə təsvir edib".

Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə diqqət çəkib: "Giorgi bundan öncə də bir neçə dəfə Azərbaycanda qonaq olub. Bu mənada biz onunla yaxından tanışıq. Gürcüstanla Azərbaycan ədəbi əlaqələrinin daha sıx inkişafı, qonşu xalqların tanışlığı, əməkdaşlığı üçün bu kimi təqdimatlar, görüşlər çox gərəklidir.  Gürcü şairlərindən dilimizə bir çox tərcümələr çap olunub. Giorginin bu kitabı isə yeni bir mərhələnin başlanğıcıdır. Gürcü ədəbiyyatı silsiləsindən bu ilk kitabdır. Amma şübhəsiz, davamı da olacaq və bu təşəbbüslər gürcü xalqının psixologiyasını, zəngin dünyagörüşünü, məişətini, ədəbi baxışlarını öyrənmək üçün bir vasitəyə çevriləcək".

AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri, şair Səlim Babullaoğlu bildirib ki, Azərbaycan oxucuları Giorgi Kekelidzeni ilk dəfə şeirləri ilə tanıyıb: "Onun şeirlərini Azərbaycan dilinə Leyli Məmmədli çevirib. Həmin şeirlərin hesabına Giorgi Kekelidze üç il bundan əvvəl Müşfiq mükafatı aldı. Bu gün isə Giorgi bizim qarşımıza olduqca maraqlı və istedadlı bir yazıçı kimi çıxır. Onun yaradıcılığının və bu gün təqdimatı keçirilən kitabın bir ümumi xüsusiyyəti var. Onun bütün yaradıcılığı, demək olar ki, gürcü folkloru, nağılları, əsatirləri - gürcü kökü üzərində dayanır. Bunu onun şeirlərində də sezmək olar, gündəliklərində də. Tərcüməçi İmir Məmmədli Giorginin yaradıcılığına xas koloriti, oynaqlığı, mütəhirrikliyi qoruyub. Kitab birnəfəsə və böyük zövqlə oxunur. Kitabda bəzi məqamlar var ki, onlar ancaq gürcü xalqına, mədəniyyətinə məxsus xüsusiyyətlərdir. Ancaq oxuduqca Azərbaycan kəndlərinin ab-havasını, adət-ənənələrini gördüm və bu qənaətə gəldim ki, dünyanın hər yerində sadə insanlar eyni cür düşünür, eyni cür yaşayır və eyni cür hərəkət edirlər. Quriya bölgəsi insanlarının çox zərif, incə yumorları var. Giorginin təhkiyəsində də bu yumoru, zarafatı hiss etmək olar".

Yazıçı, ədəbiyyatşünas, AYB Tərcümə bölməsinin rəhbəri  Pərvin deyib: "Mənə elə gəlir, Gürcüstan və Azərbaycan həm mətbəxi, həm ədəbiyyatı, həm musiqisi, həm insanların sənətə münasibəti baxımından böyük eyniliklər daşıyır. Azərbaycan ədəbiyyatının böyük ürəyi Mirzə Fətəli Axundovun qəbri Tbilisidədir. Bu mənada tarixə söykənən Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin bu gün də davam etməsi sevindiricidir".

Bakı Dövlət Universitetinin (BDU) Kitabşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanov və başqaları da yazarın şeirləri və yeni kitabı barədə düşüncələrini bölüşüblər.

Sonda Giorgi Kekelidze oxucuların suallarını cavablandırıb və onlara imzalı kitablarını təqdim edib.

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.