"Osmanlı İmperiyasının Tarixi" nəşr olundu
09.03.17
"Qanun" nəşrlər evində Caroline Finkelin "Osmanlı İmperiyasının Tarixi" kitabı çap olunub.
Nə vaxtsa müstəqil türk knyazlığı «müqəddəs müharibə»yə başlayıb, orta
əsrlərin ən güclü müsəlman dövlətinə, ərəblərin bacarmadığı Bizansı
işğal edən, olduqca böyük hərbi-feodal imperiyaya çevrilmişdi... Şərqi
və Cənubi Avropanın çox hissəsini, Şimali Afrikanın əksəriyyət
ərazilərini və praktiki olaraq bütün ərəb Şərqini özündə birləşdirən
Osmanlı İmperiyasında ticarət və sənətkarlıq, elm və incəsənət inkişaf
edib çiçəklənmişdir. Bəs bu qüdrətli dövləti zəiflədib dağıdan və sonda da məhv edən nə oldu? Osmanlı
İmperiyasının əmələ gəlməsindən məhvinə kimi olan uzun əsrlər ingilis
tarixçisi Kerolayn Finkelin olduqca maraqlı kitabının mövzusudur.
Tərcümə Abdulhəlim Mikrağviyə məxsusdur. QİYMƏT: 29 AZN
|