Aydın Dadaşovun “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası çap olunub
09.03.17
UNESKO-nun keçirdiyi dünya kinosunun 120 illiyinə layiqli töhfə.
Dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi, kinoşünas-professor Aydın Dadaşovun “Dünya kinosu örnəklər kontekstində” monoqrafiyası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə nəşri edilmişdir.
Dünya kinosunun 120 ən dəyərli rejissorlarının 300-dən filmini nəzəri əsaslarla mövzu, struktur, üslub və janr istiqamətində araşdırılması ekran sənəti üçün kadr hazırlığı istiqamətində mədəniyyət strategiyasına xidmət göstərir.
Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq monoqrafiya kinosevərlər üçün də dəyərli hədiyyədir. A.Ə.Dadaşovun “Azərbaycan kinosu: mövzu, struktur, üslub, janr” monoqrafiyası isə oxucuların ixtiyarına ötən il verilib.
|