Angeliki Varella - Göyərçinlər və uşaqlar
07.03.17

Yunanıstanın dünya şöhrətli uşaq yazıçısı Angeliki Varella 1930-cu ildə Fesalloniyada doğulub. Afina Universitetində tarix və arxeologiya üzrə elmi dərəcə almış, ibtidai siniflər üçün tərtib etdiyi “Oxumağı öyrənirik” toplusu Yunanıstan Təhsil Nazirliyinin xüsusi mükafatı ilə təltif edilmişdir.  Bir sıra tərcümə kitabları ilə yanaşı milli radio və televiziya kanallarında təhsil problemləri ilə əlaqədar verlişlərin müəllifidir.

1985-ci ildə “Mənim dostum fındıq ağacı” kitabına görə Polşanın Yanuş Kolçak adına Beynəlxalq mükafatına, 1990-cı ildə H.X.Andersen adına yüksək beynəlxalq ədəbi mükafata, 1998-ci ildə isə “Korinf” kitabına görə Milli elmi fantastika mükafatına layiq görülmüşdür.



Avanqard.net Angeliki Varellanın "Göyərçinlər və uşaqlar" hekayəsini təqdim edir.
         
        Yeni ilin birinci günü Tanrı bütün mələkləri yanına çağırdı. O, bu yeni ildə də nəzarət kitabının növbəti səhifəsini açmaq, ötən ildə yerinə yetirilmiş, yarımçıq qalmış və onun tapşırıqlarına baxmayaraq, hələ də başlanılmamış işləri qeyd etmək istəyirdi.
         Balaca mələklər böyük, ağır bir kitabı rəfdən düşürüb, buluddan olan masanın üstünə qoydular. Qələm və pozanlarını götrüb, yazı-pozuya başladılar.Tanrı soruşur, mələkər isə cavab verirdilər:
-    Tərəqqi səhifəsini açın, deyin görüm insanlar necə yaşayırlar?
-    Çox yaxşı – deyə, Baş mələk cavab verdi.
-    Onlar yenə də Aya uçublar, Afroditanın şəklini çəkiblər.
Tanrı başını tərpədərək razılığını bildirdi. Sonra o, “Bəs sevgi? Harmoniya? Şəfqət? Onlar necə? – deyə soruşdu”.
Mələklər susurdular. Tanrı hər şeyi anladı və səhifəni çevirdi. Səhifə başdan-ayağa yazı ilə dolu idi. Orada “müharibələr”, “döyüşlər”, “bombalar” sözləri yazılmışdı. Tanrı çox kədərlənib dedi:
-    Bu səhifəni keçən ilin itkiləri sırasına yazın. Mən istəyirəm ki, siz yeni bir
nəsil yaradasınız... Səmadakı bütün göyərçinləri hüzuruma səsləyin.
Bir azdan quşların qanad səsləri eşidildi, göyərçinlər Tanrının dövrəsinə
qondular.Onların gözləri muncuq tək parlayırdı.
Tanrı üzünü göyərçinlərə tutub dedi:
-    Yer üzünə uçun, insanlara mənim müraciətimi çatdırın. Onlara sülh və
əminamanlıq məktublarımı göndərirəm. Mənim qanunlarıma əməl etmədikləri üçün çox üzüldüyümü, kədərləndiyimi onlara anladın.
Mələklər dərhal balaca, ağ kağızlarda yazmağa başladılar: “ Yaxınlarınızı sevin!”, “Sülh və əminamanlıq qurun!”, “Əzizlərinizi qoruyun!”. Sonra həmin kiçik məktubları göyərçinlərin ayaqlarına bağlayıb, onları Yer kürəsinə buraxdılar. Səyahət uzun çəkməli idi. Quşlar ayda istirahət edib, öz yollarına davam etdilər. Nəhayət, bir gün gecə yarıdan keçmiş Yerə çatdılar.
Göyərçinlər sanki göydən düşən qar dənəciklərinə qarışaraq yerə enirdilər. Onlar qanad çalaraq damlara, pəncərələrə, pilləkənlərə və eyvanlara qonurdular. Hava şaxtalı olduğundan küçələrdə heç kim yox idi. Yoldan keçən tək-tük adamlar isə onların başları üzərində uçuşan quşlara fikir vermirdilər. Yalnız bəziləri “Görəsən gecənin bu vaxtı bu quşlar nə axtarır?” – deyə öz-özlərinə fikirləşir və yollarına davam edirdilər.
Onda göyərçinlər qanadları ilə qapı və pəncərələri döyəcləməyə başladılar. Ancaq hamı öz işi ilə məşğul idi. Kimi yeyir, kimi yatır, kimi isə də televizora baxırdı. Axı onlar yazıq quşları necə eşidə, onların kədərini necə anlaya bilərdilər?
Kimsə pəncərəyə yaxınlaşır, ancaq göyərçinlərə fikir vermədən, pəncərəni açmağa belə tələsmirdi. Nahaq yerə quşlar insanları çağırır, nahaq yerə : “Biz sizə Tanrıdan kəlamlar gətirmişik” – deyirdilər. Heç kim onları eşitmirdi.
Nəhayət, göyərçinlər donmağa başladılar. Qanadları yaş, ümidlərini itirmiş quşlar kilsədə toplaşıb, birlikdə böyük kilsə zənginin üstünə qondular. Zəng quşların ağırlığından silkələnib ucadan: Dan-n-n! – edərək səsləndi.
Ertəsi gün yağan qar bütün şəhəri bürümüşdü. Sanki hansısa rəssam fırçasını ağ boyaya batırıb, şəhəri rəngləmişdi. Güclü şaxtaya baxmayaraq, gözəl bir gün idi.
Göyərçinlər kilsəyə uçub Tanrıdan məsləhət istədilər: “Heç kim bizə fikir vermir. Heç kim bizim dilimizi başa düşmür. İndi biz nə edək?” – deyə soruşdular. Tanrı dedi:
-    Uşaqların yanına uçun. Mənim kəlamlarımı onlara çatdırın. Saf məhəbbət və
sevgi hissləri uşaqların işıqlı qəlblərində yaşayır. Onlar məsumdurlar, ona görə də sizi başa düşərlər.
     Ancaq uşaqlar küçələrdə yox, öz isti evlərində, buxarının qabağında oturub təzə oyuncaqları ilə oynayırdılar. Yalnız uca dağın ətəyindəki kənddə yaşayan balaca bir oğlan heyvanlara baxmaq üçün həyətə çıxmışdı. Körpə göyərçinlərdən biri uşağı görüb, tez özünü ona yetirməyə tələsdi. Amma birdən damın örtüyünə ilişərək, ayağını yaraladı. Ayağından axan qan damcıları qarı al qana boyadı. Quşcuğaz uşağın qarşısında yerə düşdü. Uşaq onu ehtiyatla qaldırıb, qucağına aldı, daxmalarına girib, donmuş göyərçin balasını isitmək üçün buxarının qabağında oturdu.
-    Bir mənim ayağıma bax, - deyə quşcuğaz işarə ilə göstərdi. – Mən sənə
Tanrıdan kəlamlar gətirmişəm.
Uşaq onu başa düşdü. Göyərçinin ayağındakı lenti açıb oxudu: “Bir bi-ri-ni-zi se-vin və qo-ru-yun!”... Uşaq balaca olmasına baxmayaraq, artıq “sevmək” sözünün mənasını yaxşı bilirdi. O, öz valideynlərini, yaxınlarını və dostlarını, hətta heyvanları da sevirdi. O, atasını və anasını çağırıb dedi: “Bir-birinizi sevin və qoruyun!”. Onlar birlikdə mehribancasına qucaqlaşdılar, Tanrının göndərdiyi bu xəbəri ətrafda yaşayan bütün insanlara çatdırmağı qərara aldılar.
-    Balaca göyərçin bizə Tanrıdan kəlamlar gətirib: “Bir-birinizi sevin və qoruyun!”
-    Necə? Tanrıdan kəlamlar? – deyə qonşular inamsızlıqla pıçıldaşırdı. – Bu ki, möcüzədir!
Xəbər tezliklə ətrafa yayıldı. Kənddəkilər balaca yaralı quşa baxmaq üçün axışdılar. Hamı bu hadisəyə heyran qalmışdı, onlar bunun həqiqətən də möcüzə olduğuna inanıb, Tanrı qarşısında diz çökdülər. Axır ki, insanların daş qəlbləri yumşaldı, qaranlıq çökmüş ürəkləri nura boyandı.
İnsanlar çoxaldıqca, üzərində müqəddəs kəlam həkk olunmuş kağız parçası da yavaş-yavaş böyüməyə başlayırdı. Onun üzərindəki hərflər o qədər böyümüşdü ki, artıq, kəndə yerləşmirdi. Axırda balaca kağız parçası böyük bir bayrağa çevrildi, kəndin üstündən ucalaraq, dağın zirvəsinə yüksəldi. Bu bayrağı dörd tərəfdən mələklər tuturdu.
Pak bulaq suyu kimi müqəddəs olan bu xəbər dağın yamaclarından aşıb, aləmə yayıldı, sanki yer üzünün susuzluğunu yatırdı. Bütün insanlar Tanrının müraciətini başa düşdülər. Onlar evlərindən çıxıb, uca dağ zirvəsində yüksələn müqəddəs kəlamı gördülər: “Bir-birinizi sevin və qoruyun!”.
Hamı – kişilər də, qadınlar və uşaqlar da bu möcüzəli səhnəni, yaralı quşcuğazı və onu qucağında tutan uşağı görmək üçün həmin kəndə üz tuturdu. 
Günahlarını etiraf edən insanların da, möhtəşəm bayrağı tutan mələklərin də qəlbi nur saçırdı. Günəş də parlaq şüaları ilə bu pak gözəlliyi işıqlandırırdı.
Nəhayət ki, haqq öz yerini tapmışdı!
Göyərçinlər çox yorulmuşdular. Göyə qalxmağa taqətləri qalmamışdı. Belə qərara gəldilər ki, bir günlük, yer üzündə gecələsinlər. Quşların kövrək qəlbi sevinc və səadətə qərq olmuşdu. Axı Tanrının tapşırığını yerinə yetirmişdilər. Onlar yenə də uçub, böyük kilsə zənginin  üstünə qondular. Və zəng yenə də əvvəlki tək, onların ağırlığından silkələnib, gecənin sükutunda: Dan! Dan! Dan! Dan! – edərək səsləndi.


  Yunan dilindən
  tərcümə edən
  Lalə Cəmşidova

 

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.