Umberto Ekonun xatirəsinə
15.02.17

(5 yanvar  1932 – 2016 19 fevral)
“İL SUO ECO VİVRA PER SEMPRE”
(onun əks - sədası əbədi yaşayacaq, - “eko”italyanca - əks səda )

UMBERTO  EKO: ƏZİZ NƏVƏM, ƏZBƏR ÖYRƏN...
(Umbertoekonun son yazısı – C.C.)

Əziz nəvəm,
Mən istəməzdim ki, bu milad məktubu həddən artıq De Amiçis tərzində səslənərək, bizim yaxınlarımıza, vətənimizə, bütün dünyaya və bu qəbildən olan digər şeylərə sevgi ilə bağlı məsləhətlər təlqin etsin. Sən buna onsuz da qulaq asmayacaqdın, bunu işdə tətbiq eləmək vaxtı gələndə ( sən artıq böyümüş, mən isə yaşı ötmüş qoca ikən) dəyərlər sistemi elə dəyişmiş olacaq ki, məsləhətlərim yəqin ki, yersiz görünəcək.
Beləliklə, bircə tövsiyənin üzərində dayanmaq istərdim.  Sən ondan elə indi, öz IPad – ından istifadə edərkən, təcrübədə yararlana bilərsən. Bunu sənə qadağan etməklə yanlışa da yol verməyəcəm, - ona görə yox ki, əski qafalı baba kimi görünərdim, ona görə ki özüm də ondan istifadə edirəm. Uzaq başı sənə məsləhət görə bilərəm ki, təsadüfən, iki insan övladı və ya bir insanla bir heyvan arasındakı min cür hoqqalardan ibarət əlaqələri göstərən yüzlərlə porno sayta girəndə beyninə yeritməyəsən ki, seks elə bundan, yeri gəlmişkən, son dərəcə yeknəsəq hərəkətlərdən ibarətdir. Çünki bu səhnələr yalnız ondan ötrü qurulub ki, sən evdə oturub, əsil qızlara baxmayasan. Düşünürəm ki, heteroseksualsan, əks halda məsləhətlərimi öz vəziyyətinə əlavə kimi qəbul et: ancaq qızlara bax, məktəbdə və ya oynamağa getdiyin yerlərdə, çünki bu təbii qızlar o televizorda gördüklərindən qat-qat yaxşıdırlar və bir gün sənə həmin o onlaynolanlardan daha böyük məmnunluq bəxş edəcəklər. Səndən təcrübəli olduğum üçün mənə  inan (mən kompütürdə ancaq seksə baxmaqla məşğul olsaydım sənin atan heç vaxt dünyaya gəlməzdi, sən özün isə indi kim bilir haralarda idin, ya da ki, heç ümumiyyətlə, yox idin).
Ancaq, sənə demək istədiklərim bunlar deyil, bir xəstəlik barəsində danışmaq istəyirdim, o sənin yaşıdlarını da, səndən böyük olan, bəlkə bu gün hətta universitetə gedən uşaqları da yoluxdurmuşdur: mən yaddaş unutqanlığını deyirəm. Əlbəttə, sənin ürəyindən Böyük Karlın kim olduğunu və ya KualaLumpurun harada yerləşdiyini bilmək arzusu keçəndə, yalnız düyməni basmağın kifayətdir ki, İnternet bunu sənə dərhal desin. Sənə lazım olanda, belə də et, ancaq sonra çalış bütün deyilənləri yadda saxlayasan ki, birdən buna təcili ehtiyac duyanda onu ikinci dəfə axtarmağa məcbur olmayasan, məsələn, məktəbdəki bir məşğələ zamanı. Dərd ondadır ki, kompüterin hər an sənə məlumat verə biləcəyini beyninə yeritdiyindən, sən həmin məlumatı kəlləndə saxlamağa ehtiyac duymursan. Bu bir qədər ona bənzəyir ki, hansısa bir küçədən o birisinə abtobusla və ya metroda getməyin mümkün olduğunu bilirkən (bu çox rahatdır və hər dəfə tələsəndə, belə də et) və bu da sənə zəhmət çəkmədən hərəkət etməyə imkan yaradanda, düşünürsən ki, daha piyada yeriməyə ehtiyac yoxdur. Ancaq, bil ki, kifayət qədər yeriməsən, sən də dönüb olacaqsan bizim günlərdə arabada hərəkət etməyə məcbur olan  həmin o “əngəlli”lərdən biri... Yaxşı, yaxşı, bilirəm  ki, idmanla məşğul olursan, deməli bədənini də idarə etməyi bacarırsan, ancaq gəl sənin beyninə qayıdaq.
Yaddaş da ayaqlardakı əzələlər kimidir, məşq elətdirməsən - süstləşəcək, sən də olacaqsan ( ruhi baxımdan) “əngəlli ”, yəni (açıq danışaq) əsil idiot. Bundan əlavə, qocalanda hamıda Altshaymer xəstəliyinə tutulmaq təhlükəsi olduğundan, bu xoşagəlməz haldan yaxa qurtarmağın bir yolu da yaddaşı məşq elətdirməkdir.
Buyur, bu da mənim reseptim. Hər səhər bir neçə misra əzbərlə, kiçik bir şeir parçasını, ya da bir vaxtlar bizi məcbur elədikləri kimi, “Alapaça kəhər”i və ya “Kəndin şənbəsi”ni. Dostlarınla yarış da keçirə bilərsən, kimin yaxşı yaddaşı olduğunu bilmək üçün. Poeziya xoşuna gəlmir, -  bunu futbol komandalarının heyətləri ilə et, ancaq diqqətli ol, sən təkcə bu günkü “Roma”nın yox, digər klubların, hətta bəlkə keçmişdəki komandaların da oyunçularının adlarını bilməlisən (təsəvvür et ki,“Torino”nunSuperqa  üzərində qəzaya uğramış təyyarədəki bütün üzvlərinin adları mənim yadımdadır: Baciqalupo, Ballarin, Maroso və s.).Yaddaş müsabiqələri  keçir, məsələn, oxuduğun kitablarla bağlı (dəfinələr adasının axtarışına çıxmış ”Espanyola”nın göyərtəsindəki  kim idı? Lord Trelni, kapitan Smollet, doktor Livsi, ConSilver, Cimmi...) Bax gör sənin dostların üç muşketörün və D`Artanyanın nökərlərinin adlarını xatırlayırlarmı (Qrimo, Bazen, Muşketon, Planşe)... Yox əgər “Üç muşketör”ü oxumaq istəməsən (sən heç bilmirsən nəyi itirirsən), onu oxuduğun başqa bir kitabla əvəz et. 
Bu sanki bir oyundur (və həqiqətən də oyundur ), ancaq görəcəksən  ki,  başın personajlarla, hadisələrlə, müxtəlif növ xatirələrlə necə dolur. Soruşa bilərsən ki, niyə bir vaxtlar kompüteri elektron beyin adlandırırdılar. Ona görə ki, o sənin beyninin (bizim beynlərimizin) modeli əsasında düşünülüb. Ancaq, bizim beynimizin, kompüterdən fərqli olaraq, daha geniş əlaqələri var. O kompüterin bir növüdür ki, sən onu özünlə gəzdirirsən, o da məşqlərlə inkişaf edib möhkəımlənir. Sənin stolüstü kompüterin isə, nə qədər çox işlədirsənsə, bir o qədər də sürətini itirib köhnəlir və bir neçə ildən sonra onu dəyişməli olursan. Ancaq, sənin beynin bu gün doxsan yaşına qədər fəaliyyətdə ola bilir və doxsan yaşında da (əgər məşq elətdirsən) sənin bu gün bildiklərindən daha artıq məlumatı yaddaşında saxlayacaq. Özü də pulsuz-parasız.
Bir də var tarixi yaddaş. O sənin həyatındakı hadisələrlə, oxuduğun kitablarla yox, sən doğulmazdan öncə baş vermiş olaylarla bağlıdır.  
Bu gün əgər kinoteatra gedirsənsə gərək vaxtında, film başlamazdan  içəri girəsən. Film ki, başladı, sanki kimsə sənin əlindən tutub ötüb keçənləri nağıl edir. Bizim zamanlarda tamaşa salonuna istədiyin vaxt, yəni hətta filmin ortasında da girə bilərdin. Bəzən o vaxt gəlib özünü yetirirdin ki, artıq müəyyən hadisələr baş vermişdi, sən də anlamağa çalışırdın ki, bundan qabaq nələr olub (sonra, filmi yenə əvvəldən fırlatmağa başlayanda məlum olurdu ki, hər şeyi doğru başa düşmüsən, ya yox... o vaxtlar belə idi, əgər film xoşuna gəlirdisə qalıb ona bir də baxa bilirdin). Bəli, həyat bizim zamanlardakı filmlər kimidir. Biz bu həyata o vaxt qədəm basırıq ki, artıq yüz minilliklər ərzində bir çox hadisələr baş verib və biz doğulmazdan öncə nələrin olduğunu bilmək çox vacibdir; bu ondan ötrüdür ki, bizim günlərdə bu qədər yeni şeylərin hansı səbəblərdən baş verdiyini daha yaxşı anlayaq. 
Bu gün məktəb (sənin fərdi mütaliəndən əlavə) sən doğulmazdan öncə dünyada baş vermiş hadisələri yadda saxlamağı sənə öyrətməli idi.  Ancaq, görünür o, bu işi yaxşı görmür, çünki bir çox sorğulardan belə məlum olur ki, bu günün cavanları, hətta universitetə gedən o yekələr, əgər məsələn 1990 –cı ildə doğulublarsa, bilmirlər  (bəlkə də bilmək istəmirlər)  ki, 1980 –cı ildə nələr baş verib ( biz hələ əlli il bundan öncəni demirik). Statistika göstərirr ki, onlardan soruşanda ki, AldoMoro kim olub, cavab verirlər ki, o  “Qırmızı briqadalar”ın başçısı olub, halbuki onu “Qırmızı briqadalar” özü qətlə yetirib.
 “Qırmızı briqadalar”dandanışmayacayıq, bəzi şeylər var ki, çoxları üçün müəmmalı olaraq qalır, hətta əgər onlar cəmisi otuz il bundan qabaq fəaliyyətdə olublarsa. Mən 1932 – də doğumuşam, faşistlərin hakimiyyətə gəlməsindən on il sonra, ancaq Romaya yürüş zaman (səncə bu nə yürüş idi?) baş nazirin kim olduğunu bilirdim. Bəlkə faşist məktəbi bunu mənə ona görə öyrədirdi ki, faşistlərin devirdiyi həmin o nazirin (qorxaq Faktanın) necə sarsaq və yaramaz adam olduğunu mənətəlqin etsin. Ola bilər, tutaq ki, lap belə idi, ancaq mən bunu bilirdim! Sonra, - məktəbi qoyaq bir kənara, - bu günkü cavanlar iyirmi il bundan qabaqkı kino aktrisalardan heç birini tanımır.  Mən isə, doğulduğum gündən iyirmi il öncə səssiz filmlərdə çəkilmiş FrançescaBertininin kim olduğunu bilirdim.  Bəlkə bu ona görə belə idi ki, evimizin ambarında yığılıb qalmış köhnə jurnalları vərəqləyirdim. Yeri gəlmişkən, elə sənə də köhnə jurnallara baxmağı məsləhət görürəm, çünki bu, sən doğulmazdan öncə dünyada nələrin baş verdiyini bilmək üçün bir vasitədir.
Bəs niyə belə vacibdir ki, qabaqlar nələrin olduğunu biləsən? Çünki keçmişdəbaş verənlər çox vaxt sənə bəzi hadisələrin  niyə məhz bu gün baş verdiyini anladır və hər halda o da, futbol komandalarının heyətlərini bilmək  kimi,  yaddaşlarımızızənginləşdirir.
Yaxşı yadında saxla: sən bunu nəinki kitab və jurnallar, həmçinin internet vasitəsilə də gözəl yerinə yetirə bilərsən. Ancaq internet yalnız dostlarla çənə vurmaq üçün deyil, o həm də dünya tarixi ilə, necə deyərlər, çatlaşmaqdan ötrüdür. Xettlər kim olub? Bəs, kamizarlar? Kolombonun uç karavellasından hər birinin adı nə idi? Dinozavrlar nə vaxt yoxa çıxıb? Nuhun gəmisində sükan ola bilərdimi? Öküzün əcdadına nə deyirdilər? Pələnglər yüz il bundan əvvəl çox olub, yoxsa indi? Mali imperiyası nə olan şey idi? Bəs, Şər imperiyasından kim söz açmışdı? Tarixdə ikinci papa kim olub? Siçan balası Mikki nə vaxt meydana gəlib?
Beləcə, sonsuzluğa qədər davam edə bilərdim, hər biri də bir tədqiqat üçün gözəl mövzu olardı. Bunların hamısını yadda saxlamaq lazımdır. Gün gələcək sən də qocalacaqsan, ancaq elə hiss edəcəksən sanki min həyat yaşamısan, necə ki, elə bil, Vaterloo döyüşündə iştirak etmisən, YuliusSezarasui qəsd zamanı orada olmusan, Qara Bertoldus qızıl əldə etmək üçün müxtəlif maddələri həvəngdə qarışdırarkən, təsadüfən barıt icad edib, onunla birlikdə göyə sovrulanda (ona bu da azdır), haradasa yaxınlıqda dayanmısan. Sənin o yaddaşlarını inkişaf etdirməyən dostların isə, yalnız bir həyat yaşayacaqlar, - öz həyatlarını, son dərəcə melanxolik  və böyük duyğulardan məhrum bir həyat.
Beləliklə,  yaddaşını məşq elətdir və sabahdan “VispaTerezanı” əzbərlə.






















“Ricordo  il  tuo  affetto, la  generosita  e  la  saggezza:  la  musica  che  mi  hai  fatto  ascoltare  e tutte le  cose  che  mi   hai   trasmesso“
(“Sənin sevgin, alicənablığın və müdrikliyin: məni qulaq asmağa məcbur etdiyin musiqi, mənə bəxş etdiyin hər şey yadımdadır...” – Ekonun dəfn mərasimində nəvəsi Emanuelenin çıxışından ).



  İtalyan dilindən
 tərcümə edən:
 Cəmşid Cəmşidov



Yenililklər
23.10.20
Fərid Hüseynin yeni kitabı çap olunub
23.10.20
Rövşən Xasayoğlu - Azərbaycan, gözün aydın...
20.10.20

Azərbaycanın dörd yazıçısının əsəri Fransada çap olunub

15.10.20
“The Role of the Personality in History” adlı VIII Uluslararası Sempozyuma davet
23.09.20
“Sufi və şeir – Osmanlı təsəvvüf şeirinin poetikası” kitabı Azərbaycan dilində nəşr olunub
23.09.20
Nobel mükafatları bu il ənənəvi qaydada təqdim edilməyəcək
23.09.20
Komiks müsabiqəsi üçün müraciətlər açıq elan edilib
23.09.20
Qazaxıstanda Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəyliyə həsr edilən beynəlxalq konfrans keçiriləcək
23.09.20
Birinci vitse-prezident Mehriban Əliyeva Bülbülə qəsəbəsindəki Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22.09.20
Azad Qaradərəlinin kitabı rus dilidə çap olunub
22.09.20
“Mədəniyyət/Culture” jurnalının növbəti nömrəsi işıq üzü görüb
22.09.20
A.P.Çexovun Yaltadakı ev muzeyindən reportaj
21.09.20
Anar Kərimov Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın seçki komissiyasının yaradılması haqqında əmr imzalayıb
21.09.20
Kənan Hacı “MÜCRÜ” ədəbiyyat dərgisinə baş redaktor təyin edildi
21.09.20
Açıq səma altında tamaşa nümayiş olunub
21.09.20
"Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" təqdim edilib
17.09.20
Ədəbiyyat İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
17.09.20
"H`Ayların və Armenlərin mənşəyi" kitabı nəşr olunub
16.09.20
Nadir Əzhəri - Modernizm və postmodernizmin xüsusiyyətlərinin müqayisəsi
16.09.20
Buker mükafatının qısa siyahısı açıqlanıb
15.09.20
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis müavini təyin edildi
15.09.20
Dövlət qoruqlarını idarəetmə səlahiyyəti Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinə verilib
14.09.20
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti nömrəsi nəşr olunub
14.09.20
Seymur Baycanın romanı Polşada nəşr edildi
14.09.20

Hacı Zeynalabdin Tağıyevin heykəli yaxın zamanlarda ucaldılacaq

14.09.20
İtaliyada 77-ci Venesiya kino festivalına yekun vurulub
11.09.20
Soylu Atalı - Doğruluğun halallığı
11.09.20
Şəkidə qədim yaşayış məskəni aşkarlanıb
11.09.20
“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” kitabı çapdan çıxıb
11.09.20
Venesiyada ikinci “Müqəddəs Markın şiri” mükafatı təltif olunub
10.09.20
Umberto Eko - Ədəbiyyatın bəzi funksiyaları haqqında
10.09.20
Vaqif Yusifli - Elm fədaisi
10.09.20
"Axtarışlar" jurnalının yeni sayı çıxıb
09.09.20
Etimad Başkeçid - “Dost”, “dost” deyə-deyə...
09.09.20
Anar Şamil - Mənimlə danış
09.09.20
Fərid Muradzadə - Ünvana çatmayan əmanət 
09.09.20

Belçika şirkəti Fikrət Əmirovun “Kor ərəbin mahnısı” əsərinin mənimsənilməsini etiraf etdi

08.09.20
Elmi-fantastika janrında hekayə müsabiqəsi elan olunub
08.09.20
Kosmosda uzun müddət qalmağın baş beyinə təsiri araşdırılıb
08.09.20
Təranə Vahid - Uçan buludlar
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.