Gülnar Səma - Musa Ələkbərlinin “Mübarizlik dərsi”
08.02.17

Musa Ələkbərlinin 2010-cu ildə qələmə aldığı “Mübarizlik dərsi” poeması proloqla başlayır. Poema qəhrəmanlıq sözünü qəhr olmaqdan qorumaq üçün düşmən üstünə təkbaşına yürüyən Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə ithaf olunub. Poemada öz qanıyla bizlərə səfərbərliyi diktə edən bir məğlubedilməz obrazı yaradılmışdır. Həmin obraz mübarizliyi ilə Koroğlunu, Nəbini şüarlıqdan qurtararaq onların ənənəsinin həqiqət olduğunu sübut edə bildi.

Poema yeddi bölümdən ibarətdir. İlk bölümdə Mübarizin bütöv bir qoşunu əvəz edərək düşmən üstünə təkbaşına yaraqlı-yasaqlı çıxması alqışlanır. Bu alqışın səbəbi odur ki, ermənilərin yalana bürünmüş yazıq bir obraz yaratmasını, ATƏT-in, BMT-nin başqatan qətnaməsini illərlə nəticəsiz görməkdən artıq usanan Mübariz qisas almaq üçün düşmən üstünə gedir. Müəllif onun psixoloji ovqatını tarixi həqiqətlərlə vəhdətdə qələmə alır. Belə təsvir olunur ki, onun hücuma keçdiyi həmin yay gecəsi sanki Xocalının-tarixdən silinmiş şəhərin bütün ruhları oyanmışdı. Həmin ruhlar Mübarizi daha da qətiyyətli olmağa həvəsləndirirdilər. Müəllif onların dilindən başlarına gətirilən müsibətləri səsləndirməklə tarixi yaddaşa ekskursiya edir. Həm Mübarizin psixoloji durumunu tamlığı ilə çatdırır, həm də yaxın keçmişin gerçəkliklərini unudulmaqdan xilas edir. Qisasa çağıran bu səslər Mübarizi haqlı olduğuna daha da inandırıb qətiyyətli edir.
O zaman 22 yaşında gənc olmağına baxmayaraq canından sevgi ilə keçməyi bacaran bu vətən oğlu döyüşə getmədən öncə hər şeyi gözünün qabağına gətirir. O, doğulduğu kəndi və valideynlərini, idmanda qazandığı uğurları, onu sevən xanımı nə qədər düşünsə də, heç nə onu öz qərarından döndərə bilmir. “Mübarizlik yolunu Özü seçdi Mübariz” fikirlərindən də bəlli olduğu kimi o tamamilə özündən əmin idi.

Əsərdə on bəndlik “Ağlama” rədifli gəraylıda işğal altında olan bütün rayonlarımızın adları çəkilir və onların işğaldan azad olunacağına böyük ümid bəslənilir. Mübarizin doğulduğu qədim Biləsuvarın qürur hissi belə tərənnüm olunur: “Kiçik Əliabad böyük vətənin Köksündə ürəktək döyünür indi”. Onun böyüyüb boya-başa çatdığı ev indi müqəddəs bir məkana çevrilib, “təsəlli verməyə gələn adamlar Özləri təsəlli alıb gedirlər”. Müəllif belə bir arzuyla çıxış edir ki, “Oğullar kişilik zəmanətini, Sənin qeyrətindən ala, Mübariz”.

Adı dillərdən düşməyən Milli Qəhrəmanın bu cür addımı sozalan inamımızı özümüzə qaytardı. “Yağı haçanacan qovacaq bizi? – Onun qabağından qaçana kimi” sual və cavabı illərlə təsdiqini tapmış həqiqətdir. Ona görə də, Mübariz qaranlıq əriməmiş minalı yollardan cəsarətlə keçərək öz işini tamamlamalıydı. O, düşmənlə üz-üzə olan Tərtərə çatanda daha da əminləşir. “Efirdən, ekrandan illərdi bizə, “Düşmən arxalıdır” dərsi keçirlər” - fikirlərini darmadağın etməyə özünü tamamilə hazır hiss edir. Şair bu anda onun daxili pıçıltılarını da canlandırır: “ölümdən qorxmur Mübariz, Öldürüb, ölmək istəyir”. “Özünə, sözünə qalib gələnin Dünyada heç nədən qorxusu olmur” sətirləri onun həmin andakı inamlı vəziyyətinin təsdiqidir. Şair Mübariz İbrahimovun bu cəsarətini 72 nəfərin canından keçərək islamı diriltdiyi döyüşlə müqayisə edir. “Millətin adından etdin bu cəhdi, sarsılan xalqına şərəf gətirdin” sözləri ilə bu addımın necə tarixi bir zərurət olduğunu xüsusilə vurğulayır.

O, min-min yaşıdının böyüməsi üçün bütün ağrıları təkbaşına çəkməyə qərar verdi. Onun həmin döyüş qərarı sirr olduğuna görə hər kəsdən xəbərsiz getmişdi. Ona görə də, hərbi hissədə gecənin bir aləmi atasına zəng edib, əgər evə gedibsə qayıtmasını tələb edirlər. Atası cavab verir ki, onu ön cəbhədə axtarın. Təlaş keçirən atanın bircə arzusu olur ki, təki balası sağ olsun. Birdən yadına düşür ki, oğlu bir gün əvvəl zəng edib hallıq istəmişdi. Şair bu epizodla türk insanının vətən və övlad sevgisinin bütövlüyünü nümayiş etdirir.

Əsərin sonlarına yaxın müəllif daha da inamlı görünür. “Yağı, daha ordum Mübarizləşib, Saya gəlməyəcək matəm günlərin” – deyə daxili gücünü göstərmiş olur. “Böyük qəbristanlar bəxş eyləyəcək, “Böyük Ermənistan” xülyası sənə!” – fikirləri ilə öz mövqeyini sərgiləyir. Yağıya bildirir ki, sənin Tanrı türkünə qənim kəsilməyin öz məhvinə səbəb olacaq. Əgər indiyə kimi səni yola vermişiksə, səbəbi odur ki, “Mənə böyüklüyüm imkan verməyir Hardasa sənintək xırdalanmağa”.

Epiloqda bildirilir ki, “Çox-çox generallar yumağa dönüb, Dünyaya səs salıb gizir Mübariz!” Bu reallıq bütün dünyanın hərbi gücünə ünvanlanmış ismarıcdır. Yəni dünyanın ən təcrübəli generalları erməni fitnəkarlığını dəstəkləsə də, onların gücü Mübariz kimi gizirlərə yetməz. Əsərin sonunda müəllif belə bir inandırıcı arzuyla çıxış edir ki, “Yazdığım əsərin son nöqtəsini Adına yaraşan bir ucalıqda – Şuşa qalasında qoyacağam mən!” Bu inam Mübarizin ölümündən illər keçməsinə baxmayarq hələ də vətəndaşlarımızın qəlbini tərk etməyib.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.