Nərmin Kamalın kitabı çıxıb
25.01.17
Yazar Nərmin Kamalın yeni kitabı çıxıb. Məlumata görə, esselərdən ibarət "Küçədən keçən adam" kitabı "Alatoran" nəşriyyatından az tirajla çap olunub. Nəşriyyatın rəhbəri Rasim Qaraca öz Facebook səhifəsində bildirib ki, kitab içərisində olduğumuz zamanı dərk etmək, mübarizə aparmaq, həyatını dəyişmək, yenidən qurmaq istəyənlər üçündür. Qeyd edək ki, "Küçədən keçən adam" Nərmin Kamalın sayca üçüncü kitabıdır. Bundan əvvəl onun "Umberto Eko və postmodernizm fəlsəfəsi" araşdırması və "Aç mənəm" romanı işıq üzü görmüşdü. /kulis.az/
|