Qanun Nәşrlәr Evindәn iki yeni kitab
13.01.17
Qanun Nәşrlәr Evindә iki yeni kitab satışa göndәrilib. Bu Tuna Kirəmitçinin “Dualar Əbədidir” və Çingiz Aytmatovun “Dəniz Kənarıyla qaçan alabaş” adlı kitabılarıdır.
Tuna Kiremitçi “DUALAR ƏBƏDİDİR”
Ömrünün son çağlarını yaşayan Rosella vaxtilə Türkiyədə sol hərəkatının fəal iştirakçısı olub. Gəncliyində ona böyük sevgi bəxş edən türk şairini həbs ediblər. Qadın xatirələrini danışmaq, türk dilini yadırğamamaq üçün qəzetdə elan verir. Elanla tanış olan tələbə qız bu zəngin xanımdan eşidəndə ki, yaxşı maaş müqabilində görəcəyi iş sadəcə söhbət etməkdən ibarətdir, inanmır. Hər şey də bundan sonra başlayır… “Dualar əbədidir” əsəri bu yəhudi əsilli zəngin qadınla həmin tələbə qızın dialoqları üzərində qurulub. İki fərqli qadın, iki fərqli təfəkkür, amma onları birləşdirən bir önəmli dəyər var – türk dili! QİYMƏT: 5.99
Çingiz Aytmatov - “DƏNİZ KƏNARIYLA QAÇAN ALABAŞ”
Zəmanəmizin görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığı dərin milli xüsusiyyətlərə malik olduğu kimi həm də ümumbəşəri mahiyyət və məzmun ifadə edir. Onun dünya ədəbiyyatında böyük hadisə sayılan əsərləri realizmin tükənməz bədii və idraki gücünü nümayiş etdirir. Ç.Aytmatov üçün ədəbiyyatda bir “böyük mövzu” – insan mövzusu var. “Dəniz kənarıyla qaçan Alabaş” romanında oxucular həyatın çətinliklərinə sinə gərən, ürəklərində işıq daşıyan, xeyirxahlığa çalışan insanların maraqlı taleyi ilə tanış olurlar.
QİYMƏT: 5.40
|