Çex Respublikasının fövqəladə və səlahiyyətli səfiri Tərcümə Mərkəzində
26.11.16

Noyabrın 25-də Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Vitezslav Pivonka Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub. Dünya ədəbiyyatı nümunələrinin Azərbaycana, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması istiqamətində görülən işlərdən, dil və tərcümə sahəsində aparılan islahatlardan danışan Mərkəzin direktoru Afaq Məsud qurumun Çex ədəbiyyatına da kifayət qədər yer ayırdığını, məşhur Çex şair və yazıçıları Mixail Çernikin, Yaroslav Qaşekin, Karel Sisin, Milan Kunderanın əsərlərinin tərcümə edilərək, “Xəzər” dünya ədəbiyyatı jurnalında nəşr edildiyini bildirib. Daha sonra direktor Mərkəzin yeni nəşrlərindən olan “Çex-Azərbaycan” lüğətini qonağa təqdim edib.

A.Məsud: “Çex dili üzrə lüğət ölkədə ilk dəfə nəşr olunur. Düşünürəm, belə bir lüğətə həm Çexiyada, həm Azərbaycanda böyük ehtiyac var. Bu gün Çex-Azərbaycan əlaqələri hər sahədə inkşaf etdirilir və bütün mübadilələrin və münasibətlərin qurulmasında önəmli əhəmiyyət daşıyan məsələlərdən biri də, bu münasibətləri, istər şifahi, istərsə də yazılı şəkildə tənzimləyəcək müvafiq dil və tərcümə vəsaitlərinin olmasıdır. Bu lüğət, eyni zamanda Çex-Azərbaycan ədəbiyyatları arasında mübadilələrin qurulmasında da – bədii, elmi əsərlərin tərcüməsində, həmçinin Çex dilinin tələbələr və mütəxəssislər tərəfindən mükəmməl səviyyədə mənimsənilməsində də öz töhfəsini verəcək. Kitabın nəşr redaktorlarından biri – çexiyalı Tomaş Lanedir”.  

Mərkəzin ədəbiyyatlararası mübadilələr, milli ədəbiyyatın beynəlxalq aləmdə təbliği, eləcə də dil və tərcümə sahəsində gördüyü işləri yüksək dəyərləndirən səfir cənab Vitezlav Pivonka Çex-Azərbaycan əlaqələrinin möhkəmlənməsində ədəbiyyatın rolunu xüsusi qeyd edib:

“Xalqlararası anlaşmada ədəbiyyatın əhəmiyyəti danılmazdır. Ümumiyyətlə, insan özünü ali və mühüm olan nəyinsə bir hissəsi hesab etməlidir. İnsana, bu hissi özündə yaşatmaqda yardımçı olan isə – ədəbiyyatdır”.

Vitezslav Pivonka, həmçinin Azərbaycan ədəbiyyatının nümunələrindən ibarət topluların Çexiyada, Çex ədəbiyyatı nümunələrindən ibarət topluların Azərbaycanda tərcümə və nəşr edilməsi ilə bağlı təkliflərini irəli sürüb.

Görüşün sonunda qonağa Mərkəzin nəşrlərindən ibarət çanta təqdim edilib.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.