Şəfiqə Şəfa - Klassiklər niyə Dostoyevskini sevmirdilər?
12.11.16

Təkcə rus ədəbiyyatının deyil, ümumilikdə dünya ədəbiyyatının ən böyük yazıçılarından biri olan Fyodr Dostoyevski (1821-1881) müasir ədəbiyyat tarixində nə qədər ustad yazarlardan hesab edilsə də maraqlıdır ki, bir vaxtlar Lev Tolstoy, Vladimir Nabokov, İvan Bunin kimi nəhəng yazıçılar başda olmaqla çoxlarının tənqidinə tuş gəlirdi. Onu boz, ikinci dərəcəli, ucuz detektiv romanları yazan bir yazıçı sayırdılar. Əsərlərindəki təsvirlərin azlığı, bayağılığı, tələsik yazılması digər yazıçıları təbdən çıxarırdı.
Lev Tolstoy onun haqqında danışanda belə deyirdi ki, Dostoyevskinin ədəbiyyata münasibəti ciddidir, amma üslubu bərbad, dili də darıxdırıcıdır.
Vladimir Nabokov onu ucuz hoqqabaz adlandırır, Rusiyanın 4 Nobel mükafatçılarından biri olan İvan Bunin isə ümumiyyətlə, Dostoyevski haqqında danışılanda əlini yelləyərdi. Müasirləri bununla da kifayətlənərdilər. Çünki sivridilli Bunin ağzına açanda təkcə Dostoyevskini deyil, özündən və Tolstoydan başqa hamını tənqid edərdi.
Maraqlıdır, görəsən böyük klassiklər niyə Dostoyevskini sevmirdilər? Əlbəttə ədəbi tənqidçilər onların bəzi iradları ilə razılaşırlar. Dostoyevski əsərlərində həqiqətən də uzunçuluğa, eyni təsvirlərə, bəzən isə tələsikliyə yer verirdi. Məsələn, bütün müsbət və mənfi qəhrəmanlar eyni xarici görkəmdə göstərilirdi. Amma böyük rus yazarları “qəzəbləndirən” yalnız bu səbəblər idimi? Sadəcə bir neçə faktları deyim, oxuyan özü qərar versin: “Karamazov qardaşları” romanı iki il ərzində minlərlə yerli və əcnəbi oxucular tərəfindən oxunmuşdu, rəflərdən bu kitab isti çörək kimi satılırdı. Kütlə arasında çox populyardı. Ümumiyyətlə, tarix boyu xüsusi ziyalı təbəqə üçün deyil, kütlə üçün nəzərdə tutulan əsərlər, nitqlər, baxışlar daha populyar olublar. Amma Dostoyevski insan psixologiyasının dərin qatlarına dalıb səthə çıxardaraq insanın özünü özünə çox ustalıqla tanıda bilirdi, insanın özünə belə etiraf edə bilmədiklərini düşdüyü ruhi ziqzaqlarda açırdı. Bunların müqabilində təsvir yetərsizliyi nə idi ki?! Müasirləri bunu bilmir, ya qəbul etmək istəmirdilər ki, sadə vətəndaş Dostoyevskini oxumaqla özünə güzgüdə baxır və hələ sonrakı nəsillər də beləcə çox “güzgülənəcəklər”. Bunu dərk edənlərin arasında da həsəd aparanların olması anlaşılan idi. Əlbəttə, yuxarıda adları çəkilən dahilərin həsədə nə ehtiyacı vardı, sualı da burda yerinə düşərdi. Amma onların dahi olduğu illər sonrakı oxucuların, ədiblərin çoxsaylı təsdiqindən sonra məlum oldu. Bəlkə də sağlıqlarında dünyanın yüz ildən sonra kitabları əllərdə gəzən dahiləri olacağını düşünmürdülər. Hər halda bu, əslini yalnız güman edə biləcəyimiz bir qənaətdir.
Çoxsaylı oxucuların bütün tənqidlərə rəğmən Dostoyevskiyə üstünlük verməsinin başqa səbəbləri də ola bilər. Ümumiyyətlə, kütlə psixologiyasında belə bir fikir var: çox tənqid olunanlarda mütləq fərqli bir şey olur. Və həmişə sanki öncədən danışılmış kimi davamlı tənqidlər əksinə tərs təpki alır. Tənqid olunanı daha çox diqqət mərkəzinə gətirirlər.
Başqa səbəb də Dostoyevskinin çətin həyatı ola bilərdi. İnsanlar onun sürgün həyatı, orada çəkdiyi əzablar, xəstəliklərdən xəbərdar idilər. Bu da Dostoyevskini digər əli yağ-balda olan, qraflarla oturub-duran yazıçılardan fərqləndirirdi, xalq onu özündən biri sayırdı. Nəzərə alsaq, o, çox yaxşı da natiq idi. Təkcə Aleksandr Puşkinin heykəli önündə çıxışını qeyd etmək yerinə düşərdi ki, günlərlə, hətta həftələrlə bu barədə yazılıb, danışılmışdı.
Bir tərəfdən də Dostoyevskinin danışıq tərzi, sərt təpkiləri, hamını özündən incik salması da müasir qələmdaşlarını uzaqlaşdırırdı. Ən yaxın dostları da onun tündxasiyyət, ürəkdə təmiz, dildə zəhərli olduğunu düşünürdülər. Yazıçı özü də bundan peşman olurdu, amma neyləsin xasiyyəti beləydi... Hər halda başı bu qədər bəla çəkmiş, sürgündən qayıtmış insan necə ola bilərdi ki?! 1844-cü ildə bununla bağlı qardaşı Mixailə məktubunda belə yazırdı:
“Yenə də hamıyla dava eləmişəm. Əmim yəqin ki, məni naşükür, bacımla yeznəm isə bədheybət hesab edirlər. Hələ başqaları nələr düşünür... Bu məni çox incidir. Amma ümid edirəm ki, zamanla hamıyla barışacam. Doğmalarımdan bircə sən məni başa düşürsən. Qalan hər kəs, hətta hətta uşaqlarım da mənə qarşıdırlar. Yəqin ki, onlara mənim tənbəl, ipəyatmaz adam olduğumu deyirlər, məndən nümunə götürməmələrini tapşırırlar. Düşüncəsi belə dəhşətə gətirir. Amma tanrı şahiddir ki, mən xeyirxah adamam, heç bir damcı da naşükürə, bədheybətə bənzəmirəm. Görək də, qardaş, vaxt gələr məni anlayarlar. Qoy indi nə danışırlar, danışsınlar. Mən həyatımı çətin yolla gedəcəyəm!”
Ətrafında onu anlamasalar da qeyd etdiyim kimi, xalq onu sevirdi. Filoloq Jitetski 1881-ci ildə öz oğluna belə bir məktub yazmışdı:
“Onun ölümü böyük bir hadisə kimi qarşılandı. Bu cür nə hansısa zəngin, nə də rütbəli məmur indiyədək basdırılmayıb. Təntənəni bir görsəydin... Hətta kənardan gəlmiş biri dəfndə tələbələrdən soruşdu ki, bu təntənəylə, xalq sevgisiylə dəfn olunan kimdir? Tələbələr yarıgerçək, yarızarafatla “keçmiş katorqalı” deyə cavab verdilər, adamın təəccübdən gözləri böyüdü. Hə, oğlum bü cür yalnız xalqın yanında olan, onu düşünən, onun üçün mübarizə aparanı dəfn edərlər. Bu hətta dəfn mərasimindən çox, xalqın birlik bayramı idi”.  
Bax, bu məktubdan sonra Dostoyevskinin müasirlərinin həsədini anlamaq olar... Hər halda zaman özü bu dilemmanı çözdü. Yazıçının keçdiyi həm həyati, həm də ədəbi çətin yolu tarixdə layiqli yerini tutdu. 

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.