Rotterdamlı Erasmus - Abbat və savadlı xanım
07.11.16

R.D.Erazmusun “Təklifsiz söhbətlər” əsəri şəxsiyyətin mənəvi məsuliyyətinin formalaşmasından, qaragüruhçu din xadimlərinin, savadsız ilahiyyatçıların, həyatın bütün sahələrindəki bayağılığın, formalizm və ehkamçılığın tənqidindən bəhs edir.

Tərcüməçi





“TƏKLİFSİZ  SÖHBƏTLƏR”DƏN
(Colloqviafamiliaria, Basel, 1522)



Antronius – Maqdalia
(cahil abbatın Antronius, yəni Antronlu adlandırılması təsadüfi deyil.
Antron – Yunanıstanda eşşək yetişdirməklə məşhur olan şəhərin adıdır.)



 *  *  *


An. Bu nə yır-yığışdı belə, görürəm?
Ma. Məgər, gözəl deyil?
An. Bilmirəm nəyi gözəldi; ancaq nə qız uşağına, nə də ərli arvada yaraşana oxşamır.
Ma. Niyə ki?
An. Ona görə ki, hara baxırsan  kitabdı.
Ma. Sən bu yaşda ahıl adamsan, abbat və saray əhlisən, xanımların otaqlarında heç vaxt kitab görməmisən?
An. Görmüşəm, ancaq fransız kitabları: burdakılar isə yunandı, latındı.
Ma. Deməli, təkcə fransızca yazılan kitablar müdriklik öyrədir?
An. Onlar ad-san sahiblərinə  yaraşır, boş vaxtlarını öldürməkdən ötrü.
Ma. Məgər müdriklik və ya günü xoş keçirmək təkcə ad-san sahiblərinə verilib?
An. Sən müdüklüklə günü xoş keçirməyi düz tutuşdurmursan: müdriklik arvad işi deyil: günü xoş keçirmək isə kübar qadınlara aiddi.
Ma. Bəs, düzgün yaşamaq haqqı, - məgər o hamıya verilməyib?
An. Yəqin ki,hamıya.
Ma. Onda kim gününü xoş keçirə bilər, əgər düzgün yaşamırsa?
An. Tərsinə, -  kim gününü xoş keçirə bilər, əgər düzgün yaşayırsa?
Ma. Deməli, sən o insanlara bəraət qazandırırsanki, qoy düzgün yaşamasınlar, təki günləri xoş keçsin, eləmi?
An. Məncə, elə o kəslər düzgün yaşayır ki, günləri xoş keçir.
Ma. Bu “xoş” dediyin haradan gəlib çıxıb, belə? Xarici şeylərdən, yoxsa insanın öz qəlbindən?
An. Xarici şeylərdən.
Ma. Sən bic abbatsan, ancaq kütbeyin filosofsan ! Danış görək, o “xoş” dediyini nə ilə ölçürsən.
An. Yaxşıca yatmaqla, yeyib-icməklə, kefin istəyəni eləməklə, pulla, hörmətlə.
Ma. Yaxşı, bütün bu dediklərinə Tanrı bir qədər müdriklik də əlavə etsə, günün xoş keçməyəcək?
An. Sən müdriklik nəyə deyirsən ki?
Ma. Yəni,  əgər sən əminsən ki, insan mənəviyyatsız xoşbəxt ola bilməz, yəni var-dövlət də, hörmət  də,  ad-san da onu olduğundanartıqnə xoşbəxt, nə də firavan edə bilər.  
An. Getsin ey, belə müdriklik...
Ma. Bəs, əgər gözəl bir yazıçını mütaliə etmək sənin ov etməyindən, əyyaşlığından və aşıq atmağından mənə daha artıq xoş gəlirsə bu sənə günü xoş keçirmək kimi görünmür?
An.  Belə yaşayış mənimçün xoş deyil.
Ma. Mən soruşmuram sənin üçün nə xoşdur, soruşuram nə xoş olmalıdır.
An. Mən istəmirəm ki, rahiblərim əllərində kitab gəzsinlər.
Ma. Ancaq, məndəki bu xüsusiyyət  ərimin çox xoşuna gəlir. Sən öz rahiblərindəki bu cəhəti niyə alqışlamırsan?
An. Ondan ötrü ki, hiss edirəm- az itaətkar olublar: Dekretləri, Dekretaliyaları, müqəddəs Petrusu, Paulusu bəhanə gətirməklə cavab verirlər.
Ma. Deməli, sən onları təhrik edirsən ki, Petrusa, Paulusa zidd getsinlər?
An. PetruslaPaulus nəyi öyrədir, - bilmirəm:  ancaq höcət rahiblərdən xoşum gəlmir: özü də istəmirəm ki, mənimkilərdən kimsə məndən çox bilsin.
Ma. Sən bir qədər müdrik olmağa cəhd etsən bundan canını qurtara bilərsən.
An. Vaxtım yoxdu.
Ma. Elə niyə?
An. İmkanım yoxdu.
Ma. Nəyə imkanın yoxdur,  müdrik olmağa ?
An. Hə.
Ma. Mane olan nədir?
An. Çoxlu-çoxlu dualar, ev işləri, ov, atlar, sarayda xidmət.
Ma. Və bütün bunlar sənə müdrik olmaqdan əzizdir?
An. Bizdə belədi.
Ma. Yaxşı, de görüm, əgər hansısa bir Yupiter sənə elə bir hökm versəydi ki,  rahiblərini  də, özünü də istədiyin  heyvana çevirə biləsən, onları donuza, özünü isə ata çevirərdinmi?
An. Əsla!
Ma.  Axı, onda, o rahiblərdən heç biri səndən müdrik olmazdı.
An. Məni maraqlandırmır rahiblər hansı cins heyvandı, təki özüm adam olum.
Ma. Deməli, sən o kəsləri adam sayırsan ki, müdrikliyin nə olduğunu bilmirlər, bilmək də istəmirlər.
An. Mən özüm - özlüyümdə  müdrikəm.
Ma. Özü - özlüyündə donuz da müdrikdir.
An. Sənə baxanda, yadıma sofistlər düşür... elə höcətləşirsən ki!
Ma. Mən sənə baxanda yadıma nə düşür, - onu deməyəcəm... Ancaq, bilmək istərdim, bu yır-yığış sənin niyə xoşuna gəlmir?
An. Ondan ötrü ki, arvadın hacəti iydi, cəhrədi.
Ma. Məgər, evi idarə etmək, uşaqları böyütmək qadın işi deyil?
An. Qadın işidi.
Ma. Sən də elə hesab edirsən ki, bir belə işi görmək üçün müdriklik lazım deyil?
An.  Yox, elə hesab eləmirəm.
Ma. Axı, bu müdrikliyimənə kitablar öyrədir.
An. Mənim əlimin altında altmış iki rahib var; ancaq hücrəmdə bir dənə də kitab tapmazsan.
Ma. Əhsən, deməli bu rahiblərin gələcəyi gözəldir.
An. Kitablara dözərəm, latınca olanlarına yox.
Ma. Niyə?
An. Çünki bu dil arvadlar ücündeyil.
Ma. Səbəbini bilmək istərdim.
An. Ona görə ki, arvadlara abır-ismətlərini gözləməyə az kömək edir.
Ma. Açıq-saçıq hekayətlərlə dolu fransız kitabçaları isə çox kömək edir, eləmi?
An. Başqa səbəb də var.
Ma.  Hər nədir, de, açıq danış !
An. Latını bilməyənlərə keşiş o qədər də təhlükəli deyil.
Ma. Qəm yemə, bu işdə çəkəcəyiniz zəhmətin təhlükəsi azdır; axı, özünüz əlinizdən gələni edirsiniz ki, latınca bilməyəsiniz.
An. Camaat arasında da belə deyirlər, - deyirlər əgər arvad latınca bilirsə, bu nəsə görünməmiş birşeydi, qeyri-adidi.
Ma. Xeyir ola, mənə camaatı misal gətirirsən.  İşlərini hamıdan ağılsız icra edən qara camaatı! Adətləri misal gətirirsən. Hər cür iyrənc əməllərin səbəbkarını! Yaxşı işlərə öyrəncəli olmaq lazımdır: onda qeyri-adi olan əlverişli bir şeyə çevrilər, acı  şirinə dönər, yaraşıqsız görünən də yaraşıqlı olar.
An. Qulağım səndədi.
Ma. Məgər Almaniyada doğulmuş qadınlara yaraşır ki, fransızca danışsınlar?
An. Çox.
Ma. Nə səbəbdən?
An. Fransızca bilənlərlə danışmaqdan ötrü.
Ma. Bəs, səncə mənə yaraşmır ki, hər gün çoxlu sayda fəsahətli, bu qədər elmli, bu qədər müdrik, bu qədər sadiq məsləhətçilər olan yazıçılarla danışmaqdan ötrü latınca öyrənim?
An. Kitab qadınların onsuz da kəm olan ağıllarını alır.
Ma. Sizlərin ağlı nə qədərdir, bilmirəm; ancaq mən öz ağlımı, nə qədər kəm olsa da, boş yerə təkrarlanan dualara, gecədən keçmiş ziyafətlərə,  qədəhlərı boşaltmaq məharətinə deyil, elmlərə həsr etməyi daha üstün tutardım.
An. Kitablarla dostluq – dəlilikdi.
Ma. Bəs, əyyaşlarla, təlxək və hoqqabazlarla çənə vurmaq sənə dəlilik kimi görünmür?
An. Əksinə, sıxıntını götürür.
Ma.Necə ola bilər ki, bu cür xoş həmsöhbətlər mənidəliliyə gətirib çıxarsınlar?
An. Hamı belə deyir.
Ma. Həqiqət isə başqa şey deyir! Nə qədər insan görürük ki, sonsuz əyyaşlıq və axırı bilinməyən ziyafətlər, sərxoşluq, yuxusuz gecələr və başlı-başına buraxılmış ehtiraslar onları dəliliyə gətirib çıxarıb!
An.Mən heç vaxt özümə oxumuş arvad istəməzdim.
Ma. Mən isə xoşbəxtəm ki, mənə səndən fərqli bir ər qismət olub. Çünki biz savadlanma yolu ilə bir-birimizə daha yaxın oluruq.
An. Savadlanma ağır zəhmətdi, axırı isə, onsuz da, ölümdü.
Ma. Yaxşı, de görüm, gözəl insan, birdən əgər sabah əcəlin çatmış olsa, necə ölmək istərdin, axmaq kimi, yoxsa müdrik kimi?
An. Əgər müdriklik zəhmətsiz - filansız olsa...
Ma. Ancaq bu həyatda insana heç nə zəhmətsiz-filansız qismət olmur; və biz hər nəyə yiyələnmişiksə, hansı zəhmətlərlə yiyələnmişiksə, onların hamısı bu həyatda qalır. Elə isə, gələcək ömrümüzdə də bəhrələnəcəyimiz o ən qiymətli nemət üçün çalışmağa niyə tənbəllik edirik?
An. Xalq məsəli var, dəfələrlə eşitmişəm, deyir: ağıllı arvad ikiqat gicdi.
Ma. Doğrudur, belə deyirlər, ancaq bunuaxmaqlar deyir. O qadın ki, həqiqətən də müdrikdir, özünə müdrik görünməz; və əksinə, əgər qadın heç nə qanmırsa və özünü müdrik sayırsa, onda o, həqiqətən də ikiqat axmaqdır.
An. Bilmirəm niyə, ancaq eşşəyin yehəri öküzə yaraşmadığı kimi,  elmlər də arvada yaraşmır.
Ma. Ancaq, inkar etməzsən ki, eşşəyin yehəri öküzə daha çox yaraşır, nəinki mitra eşşəyə və ya donuza ... Müqəddəs Məryəm Anamız barəsində nə fikirdəsən?
An. Ən yüksək.
Ma.  Onda necə olur, deməli o, kitab oxumayıb?
An. Oxuyub, ancaq bunlardan yox.
Ma. Bəs, hansılardan?
An. Saat dualarından.
Ma. Yəni, hansını?
An. Benediktinkini  .
Ma. Olsun. Bəs Paulusvə Yevstoxion? Məgər, onlar müqəddəs kitablardan oxumamışdılar?
An. İndi bu az tapılanşeydi.
Ma. Bir vaxtlar savadsız abbat az tapılan bir quş olduğu kimi, - indi isə  nə qədər desən var, - eləcə də qədimdə knyazlar və imperatorlar hakimiyyətləri qədər savadları ilə də tanınırdılar. Yeri gəlmişkən,  sən düşündüyün qədər də qəhətçilik deyil: İspaniyada da, İtaliyada da ali təbəqədən olan əyanlar arasında kişilərlə bəhsə girəcək qadınlar kifayət qədərdir: İngiltərədə Morlardan,  Almaniyada Pirkgeymerlərdən,  Blauerlərdən olanlar var. Siz bizdən ehtiyat etməsəz, məsələ onunla bitəcək ki, ilahiyyat məktəblərinə rəhbərliyə oturacağıq, məbədlərdə dərslərkeçəcəyik, mitralarınızı da əlinizdən alacağıq...
An. İlahi, sən özün saxla!
Ma. Bəli, sizin işiniz bundan qorunmaqdır. Yox, əgər ağlınız başınıza gəlməsə, yəqin ki, daha tez qazlar vaizlik edəcək, nəinki siz kütbeyinkeşişlər nəyə isə yarıyacaqsınız. Özünüz görürsünüz ki, dünyanın səhnəsi dəyişir, ya gərək maskanı tamam çıxarıb atasan, ya da hər kəs öz rolunu oynamalıdır.
An. Görəsən, hardan ürcah oldum mən bu arvada?... Bir vaxt bizə yenidən baş çəksən, səni məmnuniyyətlə qəbul edərəm.
Ma. O necə olacaq ki?
An. Rəqs edərik, doyunca içərik, ova gedərik, oynayarıq, deyib -gülərik.
Ma. Ancaq, mənim elə indidən gülməyim gəlir.


Latın dilindən tərcümə edən:      
Cəmşid  Cəmşidov  
   


Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.