Narıngülün “ Qar çiçəyi” adlı yeni nəsr kitabı nəşr olunub
16.09.16
Çağdaş ədəbi nəslin tanınmış nümayəndələrindən olan Narıngülün “ Qar çiçəyi” adlı yeni nəsr kitabı çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatı tərəfindən nəşr olunan kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı hekayələr və esselər daxil edilib. Kitabın redaktoru yazıçı-publisist Hicran Hüseynovadır.
Qeyd edək ki, bundan əvvəl Narıngülün “İşıqda adiləşmək qorxusu”, “Qadında ağac kimidir” adlı iki şeir kitabı və “Güzgüdəki qadın” adlı bir nəsr kitabı da işıq üzü görmüşdür.
Müəllifin sözlərinə görə yeni nəsr kitabının oxucular tərəfindən maraqla qarşılanacağına ümid çoxdur. “Bundan əvvəlki kitablarım maraqla qarşılanıb. Ümid edirəm ki, bu kitabımın da yetərincə oxucusu olacaq. Hekayələrimdə daha çox lakonikliyə və təhkiyənin axıcı olmasına fikir verirəm. Mənimçün əsas yazı meyarı əsərin dili və psixoloji məqamların canlı şəkildə təsviridir”
|