Günay Əmirova - Yuxularıma xoş gəldin
29.07.16

Salam həsrət adasının sakini. O MÖHTƏŞƏM YUXUNU görməsəydim, Sənin gəlməyinə inanmazdım. Amma o yuxu üç dəfə ayrı-ayrı versiyalarda təkrarlandığı üçün inamımın möhürü vuruldu.

Yuxu 1. – Uzun bir yolun başlanğıcında durmuşdum. Hər iki tərəf ağaclıq. Hava həddən artıq bol idi. Təmiz havanı ziyadəsiylə duyurdum. Mən isə bikef, ürəyimdən qurğuşun asılan kimi, ağır-ağır irəli addımlayırdım. Birdən, anidən, işıq sürətiylə çəpinə yoldan hündür, əsmər biri peyda oldu. Əlimdən tutub məni başqa bir səmtə apardı. Birlikdə yol gəldik. Gəlib bir güşədə oturduq. Hər ikimiz susaraq bir-birimizin üzünə baxmağa başladıq. Susqunluq içində olsaq da, hər ikimiz gözlərimizlə bir-birimizə suallar verirdik. Sakitcə, dinməz-söyləməz gözlərimizdən yaş sel kimi axırdı. O, heç vaxt görmədiyim, səsini duymadığım əsmər mənə o qədər doğma gəldi ki… Sanki ömrü boyu onu tanımışdım. Həmin əsmər hıcqıraraq, içini çəkə-çəkə mənə sormağa başladı – Niyə məni axtarmırdın, axı mən səni soruşa-soruşa gəlmişəm. Axı sən də məni axtara bilərdin, bəs nədən bunu etmirdin. Sözün düzü gerçəklə xəyalı qarışdırmağa başlamışdım. Bu yuxu gerçəyə elə bənzəyirdi ki… P.S. Bu yuxu sanki taleyimin oyanması, siqnalı idi. Məndə inam oynamağa başladı, sənin gəlməyinə Şəhzadəm.

***

Yuxu 2. – Açıqlıq, geniş bir sahədi. Əzizlərimlə əhatəsində dayanmışam. Birdən yuxarıdan bir kəndir sallandı. Başımı qaldırıb yuxarı baxdım. Al-əlvan, rəngli şarlardan bir buket gördüm. Yuxarıda, şarların üstündə əsmər oturmuşdu, məni yuxarıya səsləyirdi. Gəl, gəl, qorxma qalx yuxarıya. Mən şaşqınlıq içərisindəydim, əvvəl tərəddüd etdim. Əzizlərimin və Onun əmin səsi yuxarı qalmağımda məndə inam yaratdı. İnan mənə qorxma deyə təkrarlayırdı. Qolumdan yapışıb məni yuxarı qaldırdı. Bir də gördüm səmada şarların üstündə əyləşmişəm. Yanımda da O.

Yuxu 3. – Məkan universitet binasıdır. Böyük bir izdihamın içi. Ətrafı dolaşan tələbələr, səs-küy. Birdən izdihamın içində bir hərəkətsizlik duydum. О, qum zərrəsi kimi bu izdihamın içində itib batırdı. Qara qiyafədə həmin əsməri təkrar gördüm. Bir güşəyə çəkilib, sakit-səssiz dünyasına qapılmışdı. Əlini dizinə qoyub, dərin yuxuya dalmışdı sanki… Mən də səssizcə gəlib yanında əyləşdim. Sakitcə pıçıldadım. – Что с вами? Что случилось? – Вы меня не поймёте. – Это вам так кажется. Наоборот, Я Вас лучше всех понимаю, думаю что мы родственные души. Только я знаю что с вами… Uzun uzadı söhbət elədik… Qəfil bir səs məni yuxudan oyatdı. Bu nə sirrdi bilə bilmirəm, amma mənə güc verir, sənin varlığına, bir zaman həyatımda peyda olmağına məni inandırdı, Şəhzadəm…! Ömrümün, varlığımın əfəndisi, səbəbi varlığım, Şəhzadəm…

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.