Cavanşir Muradov - Dənizə açılan pəncərə
15.07.16
Artıq oda bezmişdi.Bakı daha sevmirdi əsən küləyi. Bunu üsyan edən Xəzərin mavi dalğalarıda sübut edirdi.Ağacları kəsməyin yazısını ağacları kəsərək vərəq hazırlayan və elə həmin vərəqə yazan saxta insanlar dənizə doluşublar xəzərin sinəsinə.Heç sərçələrdə həmin sərçələr deyil.İndi yoxdur hər səhər çörək atıb baxan yaşlı adamlar.Əslində sərçələrə atılan o çörəklər məhv olmuş xəyallarım idi . indi yarsı quruyub yerdə qalın.Çoxu isə elə sərçə mədəsindı qalxıb göyə.Və olar uçur.Əlçatmaz olduqlarını mənə bir daha deyir. Baxıram.Bir zamanlar dənizə qonaq olub indi quruyan sərt qayalara.Baxıram kiçik ləpələrin yaladığı böyük qayalara.Dənizə hökm edən O gəmiyə baxıram.Gülümsəyən uşağın dənizə olan hökmdarlığına baxıram.
Dənizə hökm edən bu böyük gəmi. Sən necə ayırdın insanları, Sən necə ayırdın sevənləri. Sənin üzərində sevgisini söyləyən, Səni sevirəm deyənləri. Susma mənə ver cavab. Bu sonsuz dənizdə Sənə varmı bir dayaq?!
Və budur.Buz bağlayan əllərim dəmir tutacağa dirənib.Gözlərim isə ona.5 addım qabaqda bir mənzərə yaranıb.Bəlkədə tanrı cənnəti elə yer üzünə göndərib.
O qarşımda dayanıb.Çiyinə qədər uzanan yarı buruq yarı düz saçlar ilə.Gözlərində parlayır xəzərin mavi suları.Gülüşündə gizlənib bəşəriyyətin xilası.O qarşımda dayanıb xəzərin sahili tək uzanan qan dodaqları ilə.Gözəl sözünü yazıbda L hərfini uzadan qara qələm kimi uzanıb qara qaşları.Səsində gizlədibdir dünyanın ən yaxşı melodisi.Duruşunda əks olunub Qoca kainatın dayaqları.O baxır dənizə.Mən isə ona.Ayırır məni ondan beş addım.Amma sinəmdən çıxan sözlər qatar tək uzanıb yaxınlaşdırar məni ona.Elə isə qoy mən yaxınlaşım.Nədə olsa ümüdüm var.Ehh...
Bəlkə bu əsən külək, Elə sən özünsən. Qulağıma pıçıltayan ləpələr elə sənin səsindi bəlkə, Çiyinə qədər uzanan saçların Xoşbəxtliyə gedilən yoldur. Gözlərində parlayan dənizdir. Gələcəyə baxışın. Sən kimsən? Sən gerçəksən amma kimsən? Bəlkədə sən Elə Xanımların Zərisən?!
|