![]() "Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxdı 12.07.16
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (2/2016) sayı nəşr olunub.
Jurnalın bu sayında: * "Nobel kürsüsü" rubrikasında – Nəcib Məhfuzun Nobel nitqi və hekayələri; * “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanı; * “Məktub” rubrikasında Con Steynbekin yazışmaları; * “Hekayə” rubrikasında Filip Rotun “Mövhumatçı” hekayəsi; * ”Poeziya” rubrikasında İqor Pavlyukun şeirləri; * “Klassik hekayələr” rubrikasında Çinua Açebanın “Şirin bala”, Amos Oz “Küləyin yolu”, Misimanın “Vətənpərvərlik” adlı hekayələri * “Esse” rubrikasında Henri Millerin “Yazıçılıq haqqında düşüncələr”i; * “Türk dünyası” rubrikasında Camal Şakar “Günəş” və “Səslər”, Osman Çeliksoyun “Atamı gördüm” hekayələri; * “Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsərindən bir parça; * “Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” adlı qeydləri; * Ədəbi mozaika və digər maraqlı yazılar yer alır. |