IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinə start verildi
08.06.16

Ankarada yerləşən Avrasiya Yazarlar Birliyi növbəti - IV Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsini keçirir.

Birlikdən 525.az-a verilən məlumata görə, əsərlərin qəbulu 15 avqust 2016-cı il tarixinədək davam etdiriləcək.

Ölkələrdə dərəcəyə girənlərin elan olunması sentyabrın 30-u, beynəlxalq dəyərləndirmə oktyabr-noyabr aylarında, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrda Qazaxıstanın Almatı şəhərində baş tutacaq.

Ölkələr üzrə münsif heyəti ədəbiyyat jurnalları və Yazıçılar Birlikləri tərəfindən müəyyən edilən beş yazıçıdan ibarət olacaq.

Ayrı-ayrı ölkələrdə birinci yerə 3000, ikinci yerə 1500, üçüncü yerə görə 1000, beynəlxalq mükafatı qazananlara, müvafiq olaraq, 15000, 10000, 7500 və həvəsləndirici kimi 2500 Türkiyə Lirәsi veriləcək.

Müsabiqəyə təqdim olunan əsərlər daha əvvəl heç bir müsabiqədə mükafat almamalı və hər hansı bir yerdə dərc edilməməlidir.

Hekayə üçün mövzu seçimi sərbəstdir. Ən çox iki ayrı hekayə ilə iştirak etməyin mümkün olduğu müsabiqəyə göndərilən hekayələrin hər biri ən az 1.000 (bir min), ən çox 10.000 (on min) sözdən ibarət olmalıdır.

Azərbaycanda müsabiqəyə təqdim olunan əsərlər bu ünvana şəxsən, e-poçt və ya poçt vasitəsilə çatdırıla bilər: Bakı şəhəri, Əhməd Cəmil küçəsi-64/66. “525-ci qəzet”. Cəmilə Cəfərova. Telefon: (012)510-28-83, (012)538-10-53; 050 263 72 13. E-mail: [email protected]

Müsabiqəyə göndərilən hekayələrin üzərində sadəcə təxəllüs yazılmalıdır.
 
Təxəllüsdən başqa yarışmaçının şəxsiyyətini göstərən ad, soyad və ya hər hansı bir işarənin olması o hekayənin müsabiqəyə buraxılmamasına səbəb olacaq.

Yarışmaçı adını, soyadını, ünvanını, tərcümeyi-halını və 1 ədəd şəklini ayrı bir zərfə qoyaraq üzərinə sadəcə təxəllüsünü yazıb, hekayənin qoyulduğu böyük zərfin içinə qoymalıdır. Kompüterdə 12 şrift ilə yazılacaq hekayələr 6 nüsxə olaraq göndərilməlidir.

Müsabiqədə iştirak edəcək hekayələrin mətnləri geri göndərilməyəcək və mətnin sahibinin bu mövzuda etirazı qəbul edilməyəcək.

Müsabiqədə mükafat qazanan əsərlərin bütün haqları Avrasiya Yazıçılar Birliyinə məxsusdur.

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.