Mənim sevməyim də, unutmağım da, təpədən dırnağa özüm kimidi…
12.05.16

Meyxoş Abdullah

“ Mənim sevməyim də, unutmağım da
Təpədən dırnağa özüm kimidi…”

Vasifi bir  jurnalist  olaraq  tanımışam. Bir neçə il bundan qabaq  məndən  müsahibə də götürmüşdü. Cavan olmasına baxmayaraq, bu sahədə peşəkarlığı aydınca hiss olunurdu. Sərbəstliyi, arxayın danışığı, məlumatlı olması, razılaşmadığı fikrə dərhal  reaksiya verməsi və bir qədər də özündən razılığı, adamda onun haqqında bir az “qəliz insan” obrazı formalaşdırmışdı. Təbii ki, bu fikir  ilk görüşümüzdə mənə elə gəldi. Sonra onunla yaxından-uzağa  görüşümüz, söhbətimiz oldu. Qəribə də olsa, deməliyəm ki, hər dəfə bu hissləri  onda müşahidə etdim…
    Axırıncı dəfə onunla görüşümüz qəribə bir məkanda, qəbristanlıqda, anası Şəhla xanımın  məzarını  birlikdə ziyarət edərkən oldu. Ziyarətdən sonar mənə kitabını hədiyyə etdi… “Divara yazılmış azadlıq sözü” kitabını. Maraqlı, bir qədər də orjinal ad seçmişdi Vasif öz kitabına.
    Neçə illik vərdişimdir, mənə hədiyyə olunan kitabları bir müddət yazı masamın üstündə saxlayır və məqam düşdükcə oxuyuram.
    Vasif Əlihüseynlinin şeirlərini isə bir gecədə oxuyub qurtardım.  Əvvəlcə mənə elə gəldi ki. mən şeir yox, hardasa bir nəsr əsəri oxudum. Onun qələmə aldığı şeirlərin mövzusu sanki qəliblənməmiş, çərçivədən bir az uzaq göründü mənə. Çünki Vasif düşündüklərini və duyduqlarını ağ kağıza, sanki heç vaxt heç yerdə çap etdirməyəcək formada, arxiv material kimi köçürtmüşdü. Məlumdur ki, hər birimiz qarşımıza kağız qələm qoyarkən birinci növbədə yazacağımız əsərin çapını düşünürük. Təbii ki, Vasif də bu xislətdən xali deyil, lakin onun tam sərbəstliyi, seçdiyi  və şeirə çevirdiyi mövzuların həyatiliyi, canlılığı mənim xoşuma gəldi.
    O bir şeirində deyir:
                                                 Bilirdim gedəcəksən
                                                 bu şeiri də öncədən yazmışdım.
                                                 lap elə babamın ölümqabağı
                                                 biçdirdiyi kəfən kimi.

      Əslində bu şeir parçasında “başsındırılası” elə böyük bir məna axtarışına çıxmaq da lazım deyil, amma şeirdəki həyatı reallıq diqqəti cəlb edir.
    Vasifin  şeirlərində  səmimilik, bir doğmalıq var. Hər hansı bir şeirini oxuyursan oxu, orada insanın yaşam tərzi, gündəlik yaşadığımız adi həyat mənzərəsi gözündə canlanacaq. O duyğularını, fikirlərini tam sərbəst ifadə etmək bacarığına malikdir. Şeirləri yadda qalan,  dili doğma, tələffüzü sadədir.

                           Kənd elə bizim
                           qoyub getdiyimiz kənddi.
                             bircə,
                           ölən adamların sayından başqa…

    Vasif Əlihüseynli gənc olmasına baxmayaraq həyatın bütün ağrılarını yaşamış adamdır. Uşaq yaşlarından zəhmətə qatlaşması, həyatın onun qarşısına çıxartdığı özünün də yazdığı kimi arzusunda olmadığı, yatıb yuxusuna da girməyən problemlər, canından artıq sevdiyi, ailədə atasından da çox güvəndiyi və dostluq etdiyi anasının vaxtsız ölümü, elə bu yaşında yaxınlarının da  yükünü, dərd-sərini çəkməsi ona yaşamağın və ayaqda qalmağın həyat fəlsəfəsini əyani olaraq başa saldı.
    Vasif sevgi şeirlərində də bir qədər fərqli düşüncə yürütməyə meyillidir. “Sənsiz ölərəm”, “sənsiz yaşamaq mənə əzabdır, “başımın tacısan”, “mələyim, ömrüm-günüm” kimi çox deyilən ifadələrdən, demək olar ki istifadə etmir. O sevdiyi qıza öz yaşayışını, təhnalığın insan həyatında  buraxdığı izləri, elə öz yaşadığı tərzdə, sadə formada başa salmağa çalışır.
                                                                                                                       
                                      Nə deyim bəxtimə yazılan eşqə?
                                     Bu gecə adına şeir deyirəm.
                                     Qara gözlərinə vurulduğumdan
                                     Elə əynimə də qara geyirəm.

    Vasif Əlihüseyninin yaradıcılığı haqqında bitmiş bir fikir demək, hələ çox tezdir. O gəncdir, hələ axtarışdadır, hələ qarşıda tapıntıları uğurları çox olacaq, əlbətdə ki, öz üzərində çalışsa. Təbii ki, hamımızın yaradıcılığında olduğu kimi Vasifin də uğurlu, uğursuz əsərləri çoxdur. Mən bu yazımda ilk tanışlıq olaraq müəyyən müsbət qeydlərimi və ümumi formada Vasif yaradıcılığı haqqında qısa fikirlərimi söylədim. Yəqin ki, gələcəkdə bu mövzuya qayıtmalı olsam onun haqqında söhbətimiz bir az ciddi olacaq. Çünki  müasir gəncliyin əksəriyyəti sərbəst şeir formasını, özündən razılığı, müşdəbehliyi sevsə də, diqqətli oxucu  belə şeyləri gözdən qaçırmır. Mənim fikrimcə, xoşbəxt yazıçı, şair odur ki. onun oxucusu var, onu sevirlər, əsərlərini arayıb, axtarırlar, onu barmaqla göstərirlər.
           Söz düşmüşkən onu da deyim ki, son illər mətbuatda rast gəldiyim gənc şair və yazıçıların əsərlərini imkan tapdıqca oxuyuram. Sevindirici hal odur ki, istedadlı yaradıcı nəsl yetişir. Vasif Əlihüseyn, Cavid Zeynallı, Günay Ümid, Faiq Hüseybəyli Tural Balabəyli, Vasif Zöhraboğlu, Elvin Bakiroğlu, Səxavət Sahil, Elçin Aslangil, Şəhriyar Del Gerani, Fərid Hüseyn, Günel Şamilqızı Zaur Sahil, Günel Eyvazlı, Raul Məsum, Ruhiyyə Abbaszadə,  və adını unutduğum başqaları ümidverici gənclərimizdəndir
              Təbii ki,  bu gənclərimizin hər birinin yaradıcılığında  Vətənə bağlılıq, el-oba təəssübkeşliyi,  saf, təmiz sevgi  hissləri güclüdür. Lakin gənclərimizin əksəriyyəti sənətin, ədəbiyyatın ağırlığını lazımınca dərk etmirlər. Mən deyərdim ki, bu dəqiqə şeir yazmaqdan və çap olunmaqdan asan heç nə yoxdur. O əsər ki, yazılandan beş dəqiqə sonra tələm-tələsik, sensurasız, tənqidsiz və təhlilsiz ortaya qoyulursa, təbii ki uzunömürlü olmur. Saytlarda digər sosial şəbəkələrdə qabaqcadan dost-tanışa xahiş-minnətlə bəyəndim etdirib, rəy yazdırmaqla iş bitmir.
            Amerikan yazıçısı Con Apdayklin maraqlı bir fikiri var: “Kim ki əzab çəkməyib, onun deməyə sözü yoxdur”.
       Yaradıcı insan ortaya qoyacağı əsərinin əzabını çəkməklə yanaşı, gərək sözün namusunu, qeyrətini də çəkməyi bacarsın. Hər bir yazılan əsər dünyaya gələn  uşaq kimidir. Fikir verin, ana bətnində doqquz ay saxladığı uşağı bircə gün, bircə saatda dünyay gətirir. Amma  doqquz ay ana bətnində daşıdığı uşağının əziyyətini çəkməli olur. 
          Bəzi şairlərimiz, xüsusən də, gənclərimiz beynlərinə düşən ani hissləri kağıza yazıb, elə həmin andaca oxucuya  çatdırmağa çalışırlar. Mən tam əmin edirəm ki, o şeirin, əsərin üstündə bir müddət işləmək səbrləri çatsa, inanın ki, ən gözəl yazı nümunəsi ortaya qoymaq olar. Çox heyf ki, tanıdığım əksər gənclər bunu bacarmır.
    Alman yazıçısı Frist Raddatsın belə bir fikri var: “Deyilənə görə, yalnız ağrı və əzab çəkən molyuskada inci yarana bilər”.
    Yaradıcı adam inadkar olmalıdır, sözün həqiqi mənasında bu inadkarlıq özünü yaxşı işdə, xeyirxah əməldə göstərməlidir, yoxsa, hansısa ucuz və mənasız bir şeyin inadkarlığında yox. Bəlkə də təsadüf edərsiniz, hansısa sal qayanı, möhkəm bir daş  parçasını adicə su damcısı dammağıyla orada özünə oyuq açıb. Bu həmin su damcısının gücüdürmü, əsla yox. Su damlasında nə güc ola bilər? Bu həmin su damlasının yorulmadan, gecə-gündüz o sal daşı döyəcələyən  inadıdır…
    Söz düşmüşkən gənc yazarlarımıza çox mütaliə etməyi tövsiyə edərdim. Klassikləri oxusunlar, gücləri çatmırsa, bəyənmirlərsə müasir şair və yazıçılarımızın əsrlərini oxusunlar. Ramiz Rövşəni, Musa Yaqubu, Salamı, Fərqanə Mehdini, Ramiz Qusarçaylını, Nisəbəyimi, Qulu Ağsəsi, Faiq Balabəylini, Reyhan Kənanı, Dayandur Sevgini, Sərvazı, Hikmət Məlikzadəni, Ağamir Cavadı, Tərlanı, Firuzə Məmmədlini, Sona Vəliyevanı, Əlizadə Nurini, Əlirza Həsrəti, İbrahim İlyaslını, Nəriman Əbdülrəhmanlını, Əbülfət Mədətoğlunu, Barat Vüsalı, Ədalət Salman və onlarla üzdə olan şair və yazıçıların əsərlərini oxusunlar. Ona görə bu şairlərin adını çəkdim ki, onların yaradıcılığından öyrəniləsi, əxz olunası çox sənət nümunələri var.
   Görkəmli rus yazıçısı Paustovskinin bir fikrini xatırlatmaq istəyirəm:” Yazıçılıq peşə deyil, heç məşğələ də deyil. Yazıçılıq borc hissidir, ürəyin çağrışıdır, o yazıçını borucunu yerinə yetirməyə çağırır”
    Sonda Vasif Əlihüseynliyə yazımın başlığına qoyduğum ad kimi özü olmağı, yaradıcılıqda öz cığırı olmağı arzulayıram. Tapdanmış cığırla gedənin izi qalmır…

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.