Əsgər Möhsümoğlu - “41 - Atamın Portreti”
24.02.16

“1980-ci il seçki kampaniyası vaxtı bir jurnalist atamdan ömründə hansısa çətinliklə üzləşdiyinə dair sual verdi.  Sualın məğzi bu idi ki, Corc Herbert Uoker Buş kimi rahat həyat sürmüş bir namizəd sadə adamları anlaya bilməz. Atam II Dünya Müharibəsi zamanı səmadan düşmən atəşi ilə yerə salındığını, yaxud məktəbdə ikən yoluxucu infeksiyadan az qala öldüyünü deyə bilərdi.  Əvəzində, atam nəzərlərini müxbirə dikib soruşdu, ‘Sən heç oturub övladının ölməsini seyr etmisənmi?’ ‘Xeyr’ jurnalist dilləndi. ‘Mən etmişən – altı ay,’ atam cavab verdi.”

Corc W. Buşun “41 – Atamın Portreti” indiyədək yazılmış əksər bioqrafiyalardan unikal xüsusiyyəti ilə fərqlənir.  Bu, Amerika tarixində oğul prezidentin ata prezident haqda yazdığı ilk belə kitabdır.  Amerika tarixində ata və oğulun prezident seçilməsi cəmi iki dəfə baş verib.  1825-29-cu illərdə ABŞ-ın altıncı prezidenti olmuş Con Kuinsi Adams təəssüf ki, ikinci prezident və İstiqlaliyyət mübarizəinin önəmli xadimi Con Adams haqda bioqrafiya yazmayıb.  Öz sözlərinə görə, elə oğul Buşu bu layihəyə sövq edən də məhz 43-cü ABŞ prezidentinin 41-ci prezident haqda təcümeyi-hal yazmaq üçün unikal mövqedə olması və belə bir bioqrafiyanın dünya tarixində mühüm rol oynamış prezidentin həyat yoluna sala biləcəyi işığın dəyəri olub.

XX əsrin ikinci yarısında az illər olub ki, orada Buş ailəsinin hansısa nümayəndəsi bu və ya digər şəkildə federal, yaxud ştat səviyyəsində seçkiyə qatılmasın.  Bəziləri Buş siyasi sülaləsinin nailiyyətlərini “uğur uğur gətirər” prinsipi ilə izah edərək Buşların əzəldən cəmiyyətin ali təbəqələrində mövqe tutduqlarını vurğulayırlar.  Ancaq atası haqda kitabında Corc W. Buş aydın edir ki, Corc Herbert Uoker Buşun müvəffəqiyyətlərinin əsasında ailə əlaqələri yox, ailə dəyərləri dayanıb.

“1916-cı ildə, universitetin sonuncu kurs tələbəsi olarkən, mənim babam bir ovuc Yale tələbələri sırasında idi ki, Konnektikut Milli Qvardiyasına könüllü yazıldı.  Amerika I Dünya Müharibəsinə daxil olanda, leytenant Buş Fransaya artilleriya zabiti qismində yollandı.  O, 10 həftə General Con Perşinqin rəhbərliyi altında cəbhə xəttində xidmət etdi və vətənə kapitan rütbəsi ilə qayıtdı,” müəllif siyasi sülalənin əsasını qoymuş babası Preskott Buşu təqdim edir.  Buş ailəsindən ilk senator seçilmiş Preskott oğlu və nəvələrinin böyük siyasətə daxil olmalarında əsas ilhamverici qüvvə olmuşdu.  Amma bioqrafiyada qeyd olunduğu kimi, Preskott Buşun vətənə sədaqəti və lazımi anlarda tələb olunan fədakarlıqlara sinə gərməsi Buş ailəsi üçün hələ 1910-cu illərdən örnəyə çevrilmişdi.  Buşların İncildən sevimli hikməti ‘O adama ki, Tanrı çox verib, ondan çox gözləyir,’ kəlamı idi.

Məktəbi bitirdikdən az sonra Corc Herbert Uoker Buş anasına hərbi donanma aviatoru olmaq məramını açıqladı.  1942-ci il, iyunun 12-də 18 yaşı tamam olan gün Buş könüllü olaraq hərbi donanma sıralarına yazıldı.  Müharibənin qızğın çağında oğlunu orduya yola salan Preskott gənc Corc Herbertin qərarına hörmətlə yanaşdığını deyərək əlini sıxdı.  İl yarımlıq intensiv təlimdən sonra Sakit Okean cəbhəsində yaponlarla savaşmağa yollanan leytenant həyatda ilk döyüş təcrübələrini yaşamağa başladı.  Yaxın dostlarını döyüşlərdə itirən Buş 20 yaşa qədəm qoymamış müharibənin ölüm-itimi ilə üz-üzə gəldi.  Müharibə illərinin ən dramatik olayı isə 1944-cü il sentyabrın 2-də baş verdi.

Buş və onun aviasiya heyətinə verilən tapşırıq Çiçi Cima adasında yaponların radio qülləsini dağıtmaq idi.  Bundan bir gün öncə başqa missiyada Buşun idarə etdiyi təyyarə şiddətli atəşə məruz qalmışdı.  Missiya səhər saat 7-də başladı.  Hücum skvadronunda dörd təyyarə var idi.  Sırada üçüncü gələn Buşun “Avenger” markalı təyyarəsi bombanı hədəfə salmaq üçün yaxına enərkən, yaponlar təyyarələri gülləbaran etməyə başladılar. Təyyarə möhkəm silkələnməyə başladı.  Kabinə tüstü ilə doldu.  Qanadlardan alov qalxırdı.  “Avenger” vurulmuşdu. Lakin Buş missiyanı sona çatdırmaqda qərarlı idi.  Saatda 300 kilometr sürətlə enişi davam etdirən Buş bombaları hədəfə salaraq dərhal adadan uzaqlaşmaq üçün sükanı çevirdi.  Suyun üzəri ilə üçmağa başladıqdan az sonra Buş iki ekipaj heyəti ilə bərabər vurulmuş təyyarədən katapultla dışarı atıldılar. Suya düşərkən başından yara alan Buş hava ilə doldurulmuş sala dırmanaraq suyun üzündə qalmağa nail oldu.  Üç saat okeanda avar çəkdikdən sonra USS Finback hərbi gəmisinə yaxınlaşan pilot xilas edildi. Maraqlıdır ki, həmin tarixi xilas anlarını təsadüfən gəminin tərkində olan videojurnalist lentə ala bilib. Buşun bəxti gərimişdi.  Onunla bir təyyarədə uçan iki döyüş yoldaşı Sakit Okean sularına qərq olmuşdular.

“Müharibə o demək idi ki, öz nəslinin əksər nümayəndələri kimi atam sürətlə böyüdü.  21 yaşına çatanda atam artıq cəbhədə savaşmış və dostlarının həlak olduğunu görmüşdü. O, öz həyatını riskə qoymuş və az qala itirmişdi.  Bilirdi ki, təzyiq və riskə davam gətirə bilər,” Buş atasının müharibədən sonra formalaşan şəxsiyyətini təsvir edir. Müharibədən qayıdan Buşa dinc məişət həyatının sınaqları döyüşün odu-alovu ilə müqayisədə xeyli asan görünürdü.  Yəqin elə bu üzdən universitetdə təhsilini davam etdirməyə qərar verən Buş eyni zamanda bir neçə funksiyanı yerinə yetirməyi bacarırdı.  1946-cı ildə Yale Universitetində təhsil alan Buş həm məsuliyyətli ailə başçısı, həm çalışqan tələbə, həm də ulduz atlet idi.  “Heç bilmirəm ki, atan bütün bu işlərin öhdəsindən necə gəlirdi,” deyə anası Barbara gənclik illərini xatırlayır.

Universiteti bitirdikdən sonra Corc Herbert Uoker Buşun seçimləri geniş idi. İstər orden-medallı veteran, istər ali təhsilli istedad, istərsə də varlı ailənin övladı kimi Buşun karyera perspektivləri parlaq idi.  Amma o, bu imtiyazların dərhal dividentlər gətirəcəyi doğma Yeni İngiltərəni tərk edərək, atasını və özünü heç kimin tanımadığı uzaq Texas ştatına üz tutdu.  “Qırmızı Studebakerdə onu Uol Stritdə gözləyən fürsətlərdən əks səmtə sürməklə Buş gözləntiləri ayaqladı, risk etdi və öz müstəqil instinktlərinin arxasınca getdi,” deyə oğul Buş atasının qərarını təsvir edir.  O, bir daha sübut etmək istəyirdi ki, ailəsinin kölgəsindən kənarda müvəffəq ola bilər.

Həmin vaxt Texasda neft sənayesi qeyri-müəyyən vaxtlarını yaşayırdı.  Bəziləri qaz vurub qazan doldurur, çoxları isə qəflətən müflis olurdu.  Buşun anbardar qismində işə düzəldiyi neft mədəni toz-torpaqlı, ucqar və qızmar havalı Qərbi Texas çöllüyündə yerləşirdi.  Aylıq maaş 375 dollar idi.  İşin tələbləri yer süpürmək, inventar işlərinə baxmaq və lazım gələndə avadanlığı rəngləmək idi.  “Atam bir işi görəndə ona canını qoyurdu.  Əgər Buşa süpürmək tapşırılmışdısa, menecer həyatında ən təmiz döşəməni görəcəkdi.  Şənbə günləri qeyri-iş günündə işə gələn Buş avadanlığa əlavə qat rəng çəkərdi ki, iş mükəmməl olsun. Atam ağır işləməkdən və işinin bəhrəsini görməkdən həzz alardı. Anasının ona uşaq vaxtı öyrətdiyi dərslər yerinə oturmuşdu: ‘Əlindən gələni et. Qudurğan olma. Heç vaxt şikayətlənmə.’”

İşgüzar və məsuliyyətli işçi kimi reputasiya qazanan Buş sürətlə irəli getməyə başladı. Müxtəlif işlərdə uğurla vəzifəsini yerinə yetirən Buş səhərdən axşamadək işləyir, əksər vaxtını yollarda keçirirdi.  1949-cu ildə Buşun kiçik bacısı Robin doğulanda Buş ailəsi artıq Kaliforniyada yaşayırdı.  Az sonra Buşa gələn yeni iş təklifi ailənin Qərbi Texasa qayıtmasına səbəb oldu.  Bütün bu vaxt ərzində ata Buş daim ailəsi ilə vaxt keçirməyə xüsusi prioritet verər, övladları ilə keçirdiyi dəqiqələrə sevinc qatmağa çalışardı.  Buş övladların tərbiyəsinə ciddi önəm verirdi.  Müəllif bir vaxt oyuncaq mağazasından çıxarkən bir neçə plastmas əsgəri cibinə qoyduğunu xatırlayır.  “Evə gəldikdən sonra atam əsgərləri haradan və necə götürdüyümü öyrəndi.  Məni maşına oturdub birbaş mağazaya sürdü.  Çatanda, mənə göstəriş verdi ki, mağazaya girib əsgərləri menecerə qaytarım və üzr istəyim.  Mən onun dediklərini etdim, qayıdıb maşına oturdum.  Evə qayıdarkən yolda atam bir kəlmə də danışmadı. Ö özünü aydın etmişdi.”

Buşun bacısı Robin üç yaşında olarkən valdeynlər qızcığazın asanlıqla taqətdən düşdüyünü, tez-tez yatmaq istədiyini müşahidə etməyə başladılar. Ata Buş Robini həkimə aparıb yoxlatdırmağa qərar verdi.  Ailə həkimi Doroti Uayvell bir neçə test keçirdi.  “Həkim zəng edib valideynləri ofisə çağıranda, anam narahat olmağa başladı.  Dr. Uayvell onlara dedi ki, Robinin qanında aparılan testlər göstərir ki, uşaqda ağ qan xərçəngi var.  Xəstəliyin aşkarlanması bir tərəfə, ağ qan hüceyrələrinin sayı rekord həddə idi…  “Yaxşı bəs biz nə edək? Onu necə müalicə edə bilərik?” ata Buş soruşdu.  Dr. Uayvell cavab verməyə başladıqda gözləri yaşla doldu,” müəllif yazır.  1950-ci illərdə ağ qan xərçənginin müalicəsi yox idi.  Amma Buş qızını xilas etməyin qeyri-mümkün olduğuna boyun əymək niyyətində deyildi.  O, bütün imkanlarını işə salaraq Robini ölümün cəngindən qurtarmaq üçün müxtəlif ünvanlara üz tutdu.  Hər dəfə aldığı cavab isə təxminən eyni olurdu: “Çarə yoxdur.”

“Atam və anam hərəsi Robinin xəstəliyinə fərqli yanaşırdı.  Atam səhərdən axşamadək özünü ora-bura vurar, həkimlərlə görüşər, test nəticələrini yoxlayar və yeni müalicə yollarını arayardı.  O, hər səhər tezdən qalxıb kilsəyə gedər, orada Robinin sağlığına dua oxuyar, sonra işə qaçardı.  Müharibənin qan-qadasından qurtulmuş Buş üçün balaca qızının xəstəliyi ilə ayaqlaşmaq dözülməz idi…  Anam isə bütün vaxtını Robinin çarpayısı başında keçirər, qız üçün nağıllar oxuyar, onun kefini qaldırmağa çalışardı.  Dəmir iradə sərgiləyən anam hamı üçün qayda qoymuşdu – Robinin qarşısında ağlamaq olmaz.

Son 1953-cü il oktyabrın 11-də yetişdi.  Yeddi ay çarpışdıqdan sonra Robin vəfat etdi.  Qardaşı yazır: “Özünün atamla keçirdiyi son anlarında Robin qəşəng göy gözlərini qaldırıb atama baxdı və dedi: ‘Mən səni dil deyə biləcəyindən çox sevirəm.’  Atam həmin sözləri ömrü boyu təkrarlayacaqdı.” /amerikaninsesi.org/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.