Murtəza Həsənov - Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol
19.02.16

Qlobal tendensiyalar kontekstində Azərbaycanın mədəniyyətlərarası dialoq və mədəni dəyərlərin təbliğində  oynadığı rol

s.e.f.d.Murtəza Həsənov

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının  Dövlət qulluğu və kadr siyasəti  kafedrasının dosenti.

 

 

            Dünyada gedən proseslər birmənalı şəkildə göstərir ki, XXI əsrdə bəşəriyyətin inkişaf strategiyasını böyük dərəcədə qloballaşma müəyyənləşdirəcəkdir. Qloballaşma yeni dövrdə bütün dünya dövlətlərini mühüm dilemmalar, faktlar qarşısında qoymuşdur. Bunlar qloballaşmanın nə qədər vacib, diqqət mərkəzində dayanan bir sahə olduğunu göstərir.

Qloballaşma termini etimoloji cəhətdən latın termini olan “qlobus” yəni Yer kürəsi sözü ilə əlaqədardır. Bu və ya digər proseslərin ümumi-planetar xarakter daşıdığını ifadə etdiyini göstərir. Elmi ədəbiyyatlarda XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah etmək üçün "qloballaşma" terminindən ilk dəfə 1967-ci ildə istifadə edildiyi bildirilir. Müasir anlamda termin kimi isə “qloballaşma” 1980-ci illərin ortalarında dövriyyəyə buraxılmış və intellektual elita tərəfindən qəbul olunmuşdur. Qloballaşma termininin meydana gəlməsini professor Teodor Levitin adı ilə bağlayırlar. O, 1983-cü ildə "Harvard biznes revyu" jurnalında çap etdirdiyi "Bazarların qloballaşması" məqaləsində bu terminlə transmilli korporasiyaların istehsal etdiyi ayrı-ayrı məhsulların bir-birinə qovuşması fenomenini ifadə etmişdir.

        Müxtəlif tədqiqatçılar tərəfindən multikulturalizm tipləri, növləri, formaları və səviyyələri haqqında fikirlər yürüdüblər. M.Tolostanov multikulturalizmin tiplrini belə analiz etmişdir:

1.                  Liberal  – bu tipin əsas məsələsi mədəni qrupların müxtəlifliklərinin qorunması eləcədə bərabər hüquq və azadlıqların əsasında birgə yaşayış imkanı yaratmaqdır.

2.                  Radikal – bu tipdə əsas məqsəd millətlərarası fərqliliyə fikir vermirlər, lakin onlar arasındakı münaqişəni radikal yolla həll edirlər. Həmçinin həmin millətlərin dini inanclarını sıxışdırırlar.

3.                  Konaervativ (bəzən liberalda adlanır).

Başqa bir tədqiqatçı E.Litvinenko multikulturalizmi iki növə bölür:

1.                  Üzvü

2.                  Simulyasiya

Üzvü multikulturalizm ideoloji tutum və onlara etirazsız riayət ilə xarakterizə olunur.

Simulyasiya özünə xas xüsusiyyətləri vardır. Burada digər az saylı xalqların adət və ənənələri qorunub, saxlanılır yalnız bu zamana kimi bu həmin millətin adət və ənənələrinə zidd olmamalıdır.                  

     Multikulturalizmin formaları haqqında anlayışı N.Qleyzer irəli sürmüşdür:

1. Əlavə- Köçəri multikulturalizmin bir növüdür.

2. Transmissiya- Qleyzerə əsasən ABŞ tarixi yenidən yazılır. Burada əsas rolu diskiriminasiya olunmuş irqlər və etikalar rol oynayır.

3. Afroçentizim- Əsas məqsədi ondan ibarətdir ki,Amerikada yaşayan afrikan amerikalıların təhsillərinin yüksəldilməsi, onların hüquqlarının bərpa edilməsi və öz millətləri ilə eyni hüquqlara malik olmalarına çalışmasıdır. İndi Amerikanın ağ gəncləri afrikan amerikalının pop mədəniyyətinə baş əyirlər. 1970-ci ildən bəri güclü sürətdə afrikan amerikalı pop mədəniyyəti inkişaf etdi. Bu əsasən Reggi stilindən sonra inkişaf etdi.

     Tədqiqatçı A.Kropyatnik multikulturalizmin üç səviyyəsini müəyyən edir:

Diskriptik (demoqrafik) – miqrasiya prosesində milli cəmiyyətlərin demoqrafik və etnomədəni parametrlərinin dəyişikliklərini təsvir etmək üçün cəhd edir. Nəticədə multikulturalizm çox mədəniyyətli cəmiyyətdə etnik və mədəni qrupları inteqrasiya mədəniyyəti kimi başa düşülür.

İdeoloji - bu səviyyədə milli ideologiyaya fərqli tərəflərdən baxılır. Eləcə də mədəniyyətlərarası komunikasiya etnik və mədəni dəyərlərin paylanmasıdır.

Politik – multikultural sosial və siyasi səviyyədə pluralizm məsələsini həll etmək üçün bir siyasət kimi baxılır. Azlıq qrupların sosial vəziyyətlərini iyerarxiyasında kompromisi tapmaq  üçün bir yol təklif edir. Eləcə də, dövlət ərazisində immiqrant və mədəni qruplara dəstək üçün müxtəlif  proqramların həyata keçirilməsi daxildir.

     Mədəniyyət, fərdi inkişaf, sosial inteqrasiya, iqtisadi böyümə, məşğulluğun artırılması, yenilik və rəqabət gücü baxımından önəmli bir faktordur. Dövlətlər arasında mədəni əməkdaşlığın, qarşılıqlı anlayışın inkişaf etdirilməsi; xalqların iqtisadiyyatdan faydalanmasını və bölgədəki cəmiyyətlərin inkişaf xüsusiyyətlərinə sahib olmasını təmin etməklə, daha geniş əməkdaşlıqlar qurulur və bölgədəki xalqlara müsbət  təsir edilə bilir. Son illərdə beynəlxalq ictimaiyyətdə özünü göstərən qütbləşmələr, lazımı anlayışın göstərilməməsi və ayrı-seçkiliyin yaratdığı təhlükəli nəticələr, belə bir işi daha da vacib etmişdir. Bu təhlükələrin, dialoq və əməkdaşlıq yolu ilə qarşısının alınması üçün beynəlxalq cəmiyyətin birlikdə hərəkət etməsi lazımdır. Yalnız nəzəri məlumatlarla deyil, insani təmaslar vasitəsilə də cəmiyyətlərin bir-birlərini daha yaxşı tanımalarını təmin etməliyik. Mədəni əməkdaşlıq ticarət, dialoqa inama söykənən konstruktiv, davamlı əlaqələrin təşviq edilməsində böyük rol oynayır. Bu, qarşılıqlı mədəniyyətlər arasında ünsiyyəti hörməti özü ilə gətirməklə  öz dəyərlərinin daha yaxşı başa düşülməsinə şablon düşüncələrə olan meyilliliyin azaldılmasına kömək etməkdədir.  

      Avropa İttifaqı altında birləşən 28 ölkə və bundan daha çox sayda olan mədəni qruplar arasındakı mədəniyyətlərarası dialoq konfliktlərin və vətəndaşların öz mədəniyyətlərindən təcrid olunmasının qarşısının alınmasında əsasdır. Avropa Komissiyası xüsusilə, Avropa Mədəniyyətlərarası Platformu və Mədəni Proqram vasitəsilə, mədəniyyətlərarası dialoq barədə müxtəlif təşəbbüsləri dəstəkləyir və öz boynuna götürür. Ötən bir neçə il ərzində mədəniyyətlərarası dialoqun özək hissəsini Avropanın ən böyük milli azlıqlarından olan qaraçılar ilə münasibətlər təşkil etmişdir. Bu əsasda Avropa Komissiyası qaraçılara qarşı diskriminasiyaya son qoymaq üçün müxtəlif layihə və təşəbbüslər həyata keçirmişdir. Dünyanın mədəni zənginliyi onun dialoqdakı müxtəlifliyidir. Hər bir mədəniyyət öz köklərinə bağlıdır, ancaq digər mədəniyyətlə qovuşarkən onun çiçəklənməsinə mane yaratmamalıdır. UNESCO-nun əsas missiyalarından biri də dünyadakı bütün mədəniyyətlər üçün azad mühit şəraiti yaratmaqdır. Buna görə də, bu, hər bir mədəniyyəti müəyyən təcrid daxilində eyniləşdirmək və qorumaq məsələsi deyil, onları canlandırmaq üçün ayrı-seçkiliyin qarşısının alınması və münaqişələrin həll edilməsidir. Mədəniyyətlərarası dialoq məhfumu qloballaşma və hazırki siyasi mühit daxilində yeni məna kəsb etməyə başlamışdır. Belə ki, bu məhfum dünya birliyinin və sülhün saxlanılması üçün əsasa çevrilmişdir. Bütün mədəniyyətlərin qarşılıqlı anlayışına, hörmətinə və bərabər layaqətə əsaslanan, sivilizasiyalar, insanlar və mədəniyyətlərarası ədalətli mübadilə və dialoq, sosial birliyin yaradılması, insanlar və xalqlar arasında barış və sülhün əldə edilməsində əsas rol oynayır. Bu fəaliyyət BMT-nin Sivilizasiyalar Alyansı proqramının tərkib  hissəsini təşkil edir. Beynəlxalq dinlərarası münasibətlərin də yer aldığı beynəlxalq mədəniyyətlərarası dialoqun yaradılması müddətində əsas diqqət mədəni plüralizmin yerli, regional və beynəlxalq səviyyədə təcrübələrlə inkişaf etdirilməsi, ekstremizm və fanatizmin qarşısının alınaraq, insanları bir araya gətirən dəyərlərin və prinsiplərin inkişaf etdirilməsidir. Mədəniyyətlərin müxtəlifliyi, miqrasiyanı özü ilə gətirmək, müxtəlif milli və digər azlıqların mədəni kimlik iddiasının, müxtəlif regionlar arasında böyüyən asılılığın və informasiya və kommunikasiya mediasının inkişafının əsas şərtidir. Sayca bir çox şəxslər “multikulturalizm” normaları ilə yaşayır. Mədəni müxtəliflik həmçinin, inkişaf etdirilməsi və adekvat idarə edilməsi tələb olunan, sosial, iqtisadi və siyasi problemləri də yaradır. Mədəni müxtəliflik özü ilə qorxu və imtinaları da gətirir. Stereotiplər, irqçilik, ksenofobiya, dözümsüzlük, ayrı-seçkilik və zorakılıq müxtəlif milli və yerli icmaların sülh içində yaşamasını təhdid edə bilir. Mədəniyyətlərarası dialoq, zorakılıq və imtinaların qarşısının alınmasının ən qədim və fundamental həll yoludur. Bunun məqsədi hər birimizin multikultural dünya içində sülh və konstruktiv yaşamağımızı təmin etməkdir.

          Mədəniyyətlərarası dialoq həmçinin, problem və konfliktlərin, insan haqqlarına, demokratiya və qanunun aliliyinə hörmətin artırılması yolu ilə qarşısını alan alət rolunu oynayır. Əsas etibarı ilə, aşağıdakı məqsədlər qeyd edilə bilər:

- Dünya görüşlərini bölüşmək, bütün dünyanın bizimlə eyni prespektivdə olmadığını bilmək və öyrənmək;

- Müxtəlif mədəni adətlər və anlayışlar arasındakı oxşar və fərqli cəhətləri ortaya çıxarmaq;

- Konsesusa nail olmaq, hansı ki, mübahisələr zorakılıq yolu ilə həll edilməməlidir.

- Sosial və siyasi baxışlarda vacib düzəlişlər edilərək, mədəni müxtəlifliyi demokratik şəkildə idarə etmək;

- Müxtəlifliyi təhdid və zənginlik kimi qavrayan iki hissə arasında körpü yaratmaq;

-Mədəniyyətlərarası dialoq, sosial müxtəlifliyin idarə edilməsi və inkişaf etdirilməsi sahəsindəki təcrübələri bölüşmək;

- Bu sahədəki layihələri inkişaf etdirmək;

         Mövcud təcrübə prosses boyu altı mühüm şərtlərə nail olunmasını tələb edir:

1.Bütün iştirakçıların ləyaqətinin bərabər şəkildə qorunması;

2.Dialoqda könüllü öhdəçilik;

3.Hər bir iştirakçının açıq zehin ilə iştirakı və dialoqda “qalib olmaq” kimi arzusunun olmaması;

4.Mədəni oxşarlıq və müxtəlifliyə baxmağa hazır olmaq;

5.Mədəniyyətlərarası fərqləri görmək və anlamaq üçün minimum biliklərə sahib olmaq;

6.Mədəni müxtəlifliyi anlamaq və ona hörmət etmək üçün ümumi dil tapmaq.

       Mədəni və etnik müxtəlifliyin təhsil, linqvistik, iqtisadi və sosial komponentlər və sosial mexanizmlər vasitəsilə sistemli və kompromis həllini nəzərdə tutan multikulturalizm dünyada çox az dövlət tərəfindən qəbul edilmişdir ki, bunlardan ən əsasları Avstraliya, Kanada və İsveçrədir. Multikulturalizm bir araşdırma kimi, etnik və mədəni müxtəlifliyi demokratik ictimai-siyasi üsullarla həll etmək istəyən müəyyən dövlətlərin UNESCO-ya marağının əsas səbəbidir. Mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, Avropa Şurasının insan hüquqları, demokratiya və hüquq normasının qorunması və inkişaf etdirilməsi kimi əsas məqsədlərinə xidmət edir. Mədəni müxtəliflik yeni bir fenomen deyil. Avropa şəbəkəsi qitə-daxili miqrasiyaların nəticələri, sərhədlərin yenidən bölüşdürülməsi, müstəmləkəçilik və çoxmillətli imperiyaların tarixdə buraxdığı izlərlə əlamətdardır. Yaxın əsrlər boyunca siyasi pluralizm və dözümlülük prinsiplərinə əsaslanan cəmiyyətlər müxtəliflik içində sosial həmrəyliyə qəbul edilməz risklər törətmədən mövcudluğumuzu təmin ediblər. Son onilliklərdə mədəni müxtəliflikdə müəyyən irəliləyişlər nəzərə çarpır. Avropa, dünyanın hər yerindən olan miqrantları yaxşı həyat şəraiti və sığınacaq axtarışı kimi məqamlarla cəlb etmişdir. Qloballaşma – zaman və məkanı görünməmiş ölçüdə sıxışdırıb. Telekommunikasiya və mətbuatda inqilablar – xüsusən, internet kimi yeni kommunikasiya xidmətlərinin meydana gəlməsi – milli mədəni sistemləri get-gedə alt-üst edib. Nəqliyyat və turizmin inkişafı mədəniyyətlərarası dialoq üçün get-gedə daha çox şərait yaradaraq həmişəkindən çox sayda insanın qarşılıqlı əlaqəsini təmin edir. Ağ Kitabın məqsədlərinə uyğun olaraq, mədəniyyətlərarası dialoq qarşılıqlı anlaşma və ehtiram əsasında müxtəlif etnik, mədəni, dini, linqvistik mənşə və irsə malik fərdlər və qruplar arasında mövcud olan açıq və səmimi fikir mübadiləsini əhatə edən proses kimi başa düşülür. O, başqalarının fikirlərini dinləmək istəyi və bacarığını tələb etdiyi kimi, özünüifadəetmə sərbəstliyi və qabiliyyətini də tələb edir. Mədəniyyətlərarası dialoq müxtəlif mədəniyyətli cəmiyyətlərin siyasi, sosial, mədəni və iqtisadi inteqrasiyasına və birləşməsinə imkan yaradır. O, bərabərlik, insan ləyaqəti və ümumi məqsəd düşüncəsinin yaranmasına kömək edir. O, müxtəlif dünyagörüşü və təcrübələrin dərin anlaşılması prosesini təbliğ etdirmək, əməkdaşlığı və iş birliyini (və ya seçim azadlığını) genişləndirmək, şəxsi inkişafa və transformasiyaya şərait yaratmaq və başqasına qarşı dözümlülük və ehtiramı inkişaf etdirmək məqsədi daşıyır.

     İnsanlıq tarixi ərzində yerli, regional və universal miqyasda etnik, mədəni, ideoloji və s. fərqlər müxtəlif zamanlarda anlaşılmazlıq, qarşıdurma ya da döyüşlərə səbəb olmuşdur. Mədəniyyətlər İttifaqı, mədəniyyət və mədəniyyətlərarası fərqlərin təkcə qarşıdurmalara səbəb olmayacağı, eyni zamanda və daha çox, bu fərqləri zənginlik kimi qəbul edərək xoş münasibət, əməkdaşlıq və ortaq işlə sülh, azadlıq və demokratiyanın üstünlük qazanacağı daha işıqlı bir dünyanın yaradılmasına olan inanc və prossesin məhsuludur. Problem dinlər deyil, insanların bir-birlərinə qarşı münasibətləridir, problemin əsasını siyasətin təşkil etməsidir. Dinlər və mədəniyyətlər arasında bərabər şərtlərdə və ortaq dəyərlərə söykənən dialoq qurmaq üçün ilk öncə hər kəsin öz “evini təmizləməsi” lazımdır. Hamımızın ortaq düşmənləri  təzyiqlər, şiddət, pis əməllər və aclıqdır. Bütün dinlərin ortaq dəyərlərini ortaya çıxarmalıyıq. Şəfqət, həmrəylik, insana hörmət ön plana çəkilməli, ümumiləşdirmə və ilkin mühakimələrdən uzaq durulmalıdır. Müsəlman ölkələri ilə qərb ölkələri arasındakı qarşılıqlı şübhə, qorxu və qütbləşmə bəzi ünsürlərin istismarına imkan yaradır. İttifaq beynəlxalq sabitliyi təhdid edən bu vəziyyətin daha da pisləşməsinin, böyük bir koalisiyanın daha hərəkətli, mədəniyyətlər arasında hörmət yolu ilə qarşısını almağı məqsəd qoymalıdır. Mədəniyyətlər İttifaqının əsas maraq sahələrini əhatə edən təhsil, gənclik, miqrasiya və media başda olmaq üzrə, ətraf mühit, mədəniyyət, turizm, insan hüquqları, cinsi ayrı-seçkilik və inteqrasiya mövzularında layihələr hazırlanmalı və həyata keçirilən işlərə akademik dəstək verilməlidir.

Azərbaycanın mədəniyyətlərarası dialoqda oynadığı rol

      Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra ölkəmizin mədəni dəyərlərinin qorunması və mədəni həyatın inkişafı üçün ölkə daxilində mühüm tədbirlər görmüş və bu sahədə bir çox beynəlxalq qurumlarla əməkdaşlıq etməyə başlamışdır. Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə də, tarixi və mədəni abidələrin qorunmasının hüquqi bazasını təkcə yerli qanunvericilik aktları deyil, həm də beynəlxalq sənədlər təşkil edir. Bu sənədlərdən “Hərbi münaqişələr zamanı mədəni abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Ümumdünya mədəni irsinin qorunması haqqında” 1970-ci il Paris Konvensiyası, “Mədəni dəyərlərin qeyri-qanuni yolla gətirilməsinin, aparılmasının və mülkiyyət hüququnun verilməsinin qadağan edilməsi və qarşısının alınmasına yönəlmiş tədbirlər haqqında” 1970-ci il Paris Konvensiyası, “Oğurlanmış və qeyri-qanuni yolla ölkədən çıxarılmış mədəni dəyərlər haqqında” 1995-ci il Konvensiyası və digərlərini göstərmək olar. Mədəniyyət sahəsində Azərbaycan Respublikası UNESCO (Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), İSESCO (İslam ölkələrinin Təhsil, Elm və Mədəniyyət Təşkilatı), Avropa Şurası kimi beynəlxalq və regional qurumlarla əməkdaşlıq edir. 2003-cü ilin 26-28 sentyabr tarixində Azərbaycan Respublikasında Avropa Şurasının Avropa Mədəni İrs Günləri – 2003 Kompaniyası keçirilmişdir. Avropa Mədəni İrs Günləri-2003 Kompaniyası zamanı beynəlxalq layihələr üzrə bərpası sona çatmış abidələrin açılışında iştirak, eləcə də bərpa işləri hələ də davam etdirilən abidələrə baxış, keçən illərdə olduğu kimi, növbəti (8-ci) “Photoexperiense -2003” Beynəlxalq Foto Təşəbbüsü üzrə sərginin və kataloqun təqdimatı, məktəblərdə və universitetlərdə “Avropa ümumi irs” Proqramı və Avropa Mədəni İrs günləri Kampaniyası, “Mədəni irsin qorunması-mənim vətəndaşlıq borcumdur” fakültativ dərslərinin aparılması nəzərdə tutulmuşdu. 2005-ci ildə Azərbaycanda keçirilən “Avropa İrs Günləri”nin mövzusu isə “Mədəniyyətlər və sülhməramlı proseslər” olmuşdur.

            Ölkəmiz əsrlər boyu mənafelərin toqquşduğu meydan olmuşdur. Mədəniyyətlərin və sivilizasiyaların tolerant dialoq və birləşmə məkanı olan Azərbaycan həmişə onu dinlərarası qarşıdurma və mübarizə zonasına çevirmək cəhdlərinə məruz qalmışdır. Müsəlmanlar, yəhudilər və xristianlar əsrlər boyu bizim ərazidə yaşamışlar və yaşayırlar, çiyin-çiyinə çalışmışlar və çalışırlar. Məhz vahid bir torpağa, eyni Vətənə mənsub olmaq əlaməti onları birləşdirir, dövlət quruculuğunda birgə iştirak etmək üçün imkan yaradır. Bu, bizim böyük sərvətimizdir, gələcək nəsillər bu sərvəti qoruyub saxlamağa və artırmağa borcludurlar.

Bugün  Azərbaycan Respublikasında həyata keçirilən mühüm dövlət proqramları, məqsədyönlü islahatlar ölkənin davamlı və tarazlı inkişafına geniş imkanlar yaradır. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycanın davamlı inkişafına  hesablanmış siyasətin hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi  nəticəsində ölkə öz milli inkişafı modelini formalaşdırmaqla onun  davamlılığıda  təmin olunmaqla, milli inkişafı yeni keyfiyyət mərhələsinə yüksəltmişdir.

     2011-ci ilin aprel ayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Qadınlar – mədəniyyətlərarası dialoqun əsas təmsilçiləri” mövzusunda sessiya keçirilmişdir. Sessiyada çıxış edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nitqində bildirmişdir:” Bu gün qloballaşan dünya artıq reallıqdır. Kimsə bunu alqışlayır, kimsə böyük bəla hesab edir. Lakin hər birimiz bu dəyişiklikləri öz həyatımızda hiss edirik. Xüsusilə də, məkan və zaman anlayışında, gec-tez, yaxın-uzaq anlayışlarımızda biz bunu hiss edirik.Fikrimcə, bugün hər birimiz çox yaxşı dərk etməliyik ki, biz öz ölkəmizin vətəndaşı olmaqla yanaşı, bəşəriyyət adlı bir ailənin üzvüyük. Qloballaşma prosesi hər birimizi böyük və ümumi bir məkanın sakinlərinə çeviribdir. Bu məkanda insanlararası, dövlətlərarası, xalqlararası dialoq məhz etik normal, haqq-ədalət prinsipləri əsasında qurulmalıdır.”

    Prezident İlham Əliyevin rəhbərliyi altında, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi ilə əməkdaşlıq çərçivəsində 18-19 may tarixlərində 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanda təşkil olunacaqdır.”Mədəniyyət və 2015-in post davamlı inkişaf gündəliyi” başlığı ilə keçiriləcək forumun əsas müzakirə mövzusu  BMT-nin asambleyası tərəfindən qəbul edilmiş, 21 May Ümumdünya Dialoq və İnkişaf üçün Mədəni Müxtəliflik haqda layihə və proqramlar, eləcə də mədəniyyətlər və sivilizasiyalar arasında etimadın və əməkdaşlığın əldə olunmasında dinin, miqrasiyanın, idmanın, təhsilin, incəsənətin, biznesin rolu olacaq.

Azərbaycanda multikulturalizm siyasəti

       Azərbaycanda multikulturalizm siyasətinin banisi ümumilli lider Heydər Əliyev olmuşdur. Ümumilli Liderin multikulturalizmlə bağlı belə bir fikri də olmuşdur: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir".

        Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə salmağa hazır idi. Bu və bu kimi xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətənləndiririk və qoruyub saxlayacağıq" deyən ulu öndər bütün sonrakı siyası fəaliyyətini bu sərvətin əbədi olmasıiistiqamətinəyyönəltdi. Müasir Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsi və saxlanmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xüsusi rol oynayıb. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.                                                            

   Əsrlərin, minilliklərin dərinliklərindən gələn ənənəyə mənsubluq bizim mədəniyyətimiz kimi qədim mədəniyyət üçün dövlətçiliyin əsasını, bütün vətəndaşların rifahı naminə dövlətin mövcudluğunun və inkişafının əsasını təşkil edir. Məhz buna görə zəngin keçmişi olan dövlət fərdi və ya qrup mənafelərinin mexaniki məcmusunun ifadəsi deyildir, əksinə, bütün cəmiyyətin ali mənafelərinin təcəssümüdür. O mənafelərin ki, vətəndaş onların naminə təkcə öz mülkiyyətini deyil, həm də həyatını qurban verməyi bacarmalıdır. Tarixi inkişafın mənasını, intellektual fenomeni və mədəni irsi özündə birləşdirən azərbaycançılığı bu gün belə təsəvvür edirik. Belə ideologiya millətin birliyinə, onun ruhunun əzəmətinə və sosiumun fəaliyyətinin məqsədyönlülüyünə çalışaraq gələcəyə körpümüz olmağa qadirdir. Akademik  Ramiz Mehdiyev yazır ki:"Azərbaycançılıq" anlayışı ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə, xüsusilə, geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər”. Çox hörmətli akademik Ramiz Mehdiyev yenə də haqlı olaraq yazır:  bir elm kimi tarix mifə münasibətdə müəyyən qədər müxalif mövqedə olmalıdır. Akademik həm də bunda haqlıdır ki, mifə bu cür yanaşmanı tələb edənlər çox vaxt yalnız köhnə mifləri -  başqa xalqların, bəzi birliklərin mədəniyyətlərinin geriliyi və s. haqqında mifləri -  yeni miflər sifətilə canlandırırlar. Bir çoxları ingilis və fransızlar, fransız və almanlar, fransız və bretonlular, normanlar, lotaringiyalılar arasında, prussiyalı və bavariyalılar arasında “yaddaş müharibələri”ndən halidir. Amma indi onlar vahid sosial orqanizm, millət olublar. Fəqət, təhlükə hələ sovuşmayıb, yalnız indi, onların fikrincə, fransalı, isveçrəli və s. müsəlmanlardan gözlənilir. İlk baxışdan, burada  yeganə vasitə keçmişin (onun bütün komponentlərini  nəzərə almaq və yoxlamaqla) obyektiv tarixi tədqiqindən, keçmişin  hər hansı bir tarixi dərkinin şərti və məhdud olduğunun başa düşülməsindən,  başqalarına hörmətlə yanaşmaqdan ibarətdir. Lakin, misal üçün, daha gec müstəqil dövlət olmuş, indi isə öz qonşularını hədələyən ölkələrin proses kimi götürülən tarixi ilə bağlı vəziyyət heç də  birmənalı deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında düşünərkən bəzi Qərb alimləri bu aspekti düzgün, lazımi qədər qiymətləndirmir. Belə ki, IV Forumda italiyalı alimlərdən biri onun həlli üçün İtaliya və Avstriya sərhədində yerləşən və  İtaliyaya məxsus, amma əhalisi avstriyalılardan ibarət olan Boltsano şəhərinin  təcrübəsindən  istifadə etməyin mümkün olduğunu deməyi caiz saydı. İtalyan sosioloqu onu nəzərə almadı ki, Ermənistandan fərqli olaraq, Avstriya  heç bir zaman Boltsano sakinlərini müharibəyə sövq etməyib.

       Akademik Ramiz Mehdiyev “Azərbaycan” qəzetində dərc olunmuş “Modernləşmə xətti yenə də gündəlikdədir” adlı məqaləsində yazır ki, hər bir cəmiyyətin daxilində qarşılıqlı münasibətlər, ilk növbədə, nəsillərin dialoqudur. Yəni bəziləri nəyisə göstərməyə və sübut etməyə çalışır, digərləri isə bütün bunlara çox cüzi həvəslə və müəyyən qədər şübhə ilə yanaşırlar. Bu hə­ya­ti ak­siom hə­mi­şə bə­şə­riy­yə­tin da­ha ra­sio­nal gə­lə­cə­yə doğ­ru ta­ri­xi hə­rə­kat pro­se­si ilə ey­ni­ləş­di­ri­lib və be­lə də ola­caq­dır. Bu ak­siom əsrlər bo­yu xalqları və döv­lət­lə­ri mü­şa­yiət edən, öz ma­hiy­yə­ti­ni də­yiş­mə­yən so­siu­mun da­xi­lin­də­ki əla­qə­lər kompleksinin rəm­zi­dir. Yə­ni əgər keç­mi­şin ta­ri­xi kontekstində fərd ye­ni so­sio­mə­də­ni nümu­nə­lə­rin və bə­zən də di­nin tə­si­ri­nə mü­qa­vi­mət gös­tə­rir, Av­ro­pa­da Re­for­ma­si­ya və Maarif­çi­lik döv­rün­də ol­du­ğu ki­mi, hər şe­yi el­mi cə­hət­dən izah et­mə­yə ça­lı­şır­dı­sa, ye­ni qlobal pro­ses­lər şə­rai­tin­də o, sü­rət­li də­yi­şik­lik­lə­rin, ye­ni­lik­lə­rin və in­no­va­si­ya­la­rın birləşdiri­ci­si­nə çev­ri­lir, ar­xaiz­mi şərtləndirən hər şe­yin üs­tün­dən qə­ləm çə­kir. İn­di in­san sa­bah­kı gü­nün for­ma­laş­maq­da olan mü­tə­rəq­qi, sə­mə­rə­li və çox vaxt ötə­ri gün­də­li­yi­nin əsas ele­men­ti ki­mi çı­xış edir, çün­ki ta­ri­xi pro­se­sin sü­rə­ti əhə­miy­yət­li də­rə­cə­də artmışdır.
"Mə­də­niy­yət və in­san haq­la­rı ay­rı-ay­rı­lıq­da ge­niş şə­kil­də öy­rə­ni­lən sa­hə­lər­dir. Bu hə­qi­qət həm dün­ya, həm də Azər­bay­can el­mi­nə aid­dir". İs­tər mə­də­niy­yət fe­no­me­ni, is­tər mədəniyyət­lə­ra­ra­sı ün­siy­yət, is­tər­sə də bü­tün bu fak­tor və pro­ses­lə­rin föv­qün­də du­ran insan haq­la­rı prob­le­mi­nin ak­tual­lı­ğı aka­de­mik Ra­miz Meh­di­ye­vin sö­zü­ge­dən mə­qa­lə­sin­də də vur­ğu­lan­mış­dır. Mə­də­niy­yət­lə­ra­ra­sı mü­na­si­bət­lər­də diq­qə­ti in­san haq­la­rı­na yö­nəl­dən aka­de­mi­k Ramiz Mehdiyevin qə­naə­ti­nə gö­rə bü­tün Yer kü­rə­si­ni əha­tə et­miş və hər ye­rə si­ra­yət edən, hər şeyi ca­nı­na çə­kən in­teq­ra­si­ya pro­ses­lə­ri so­sial ger­çək­li­yi də­yi­şən və cə­miy­yə­ti baş­qa şək­lə sa­lan, küt­lə­vi is­teh­lak mə­də­niy­yə­ti­ni transformasiya edən ye­ni ün­siy­yət və dav­ra­nış formala­rı­nı, ste­reo­tip­lə­ri in­san­la­rın şüu­ru­na giz­li şə­kil­də ye­ri­dir.

      Hal-hazırda ölkəmizdə bu sahədə uğurlu siyasət aparılmaqdadır. Ölkə başçımız tərəfindən bu yöndə aparılan siyasət daim  vurğulanmışdır. Multikulturalizm dövlət səviyyəsində aparılan bir siyasətdir. Cənab Prezident İlham Əliyev Bakı Beynəlxalq Humanitar Formunda çıxış edərkən belə bir fikir səsləndirmişdir:” Azərbaycan xalqı daim ən yüksək dini, mənəvi dəyərlərin daşıyıcısı olub və yanaşı yaşadığı xalqların mənəvi-mədəni dəyərlərinin yüksək səviyyədə formalaşmasına və inkişafına mühüm töhfələr verib. 70 ilə yaxın bir müddətdə ateizmin təbliğ edildiyi və hökm sürdüyü SSRİ mühitində yaşamasına baxmayaraq, xalqımız daim mənəvi - dini dəyərlərə, sərvətlərə əsaslanan humanist meyilləri yaşadıb. Bunun da nəticəsində bu gün Azərbaycan xalqı yüksək dövlət dəstəyi və qayğısının fonunda ən yüksək mənəvi-əxlaqi davranış nümunələrini özündə təcəssüm etdirməkdə və örnək təşkil etməkdədir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə əsaslanan müqəddəs bayramların qeyd olunmasının bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də, müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, eyni zamanda, münasibət və meyillərin inkişafına yüksək stimul verib”

        Azərbaycan coğrafiyasında, min illlər boyu fərqli dinlərə, dillərə, irqlərə və mədəniyyətlərə mənsub fərdlər və cəmiyyətlər sülh və tolerantlıq mühitində bir arada yaşamışlar. Müsəlman və qərb ölkələri a

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.