İordaniya səfiri Afaq Məsudla görüşüb 
10.02.16

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh Tərcümə Mərkəzində olub. Mərkəzin direktoru A. Məsud qonağı salamlayaraq, dil və tərcümə sahəsində görülən işlərdən, Azərbaycanda ərəb dilinə və ədəbiyyatına olan maraqdan, ərəb yazıçı və şairlərinin əsərlərindən edilən tərcümələrdən, həmçinin, dil və tərcümə müstəvisində dünya ölkələri ilə yaradılan sıx ədəbi əlaqələrdən söz açıb, yaxın vaxtlarda Misirdə ərəb dilində nəşri və təqdimat mərasimi gözlənilən «Müasir Azərbaycan ədəbiyyatı antologiyası» ndan danışıb.

- Bu, akademik bir nəşrdir. Antologiyaya Azərbaycanın tanınmış ədiblərinin seçmə əsərləri toplanıb. Biz bu kitabı Misirlə yanaşı, digər ərəb ölkələrində, eləcə İordaniyada da nəşr etmək niyyətindəyik. Ərəb dili və dünyası yer üzünün böyük bir hissəsini əhatə edir. İstəyirik ədəbiyyatımız bütün ərəb ölkələrində tanınsın. Ərəb ədəbiyyatına gəlincə, hazırda Mərkəzdə böyük ərəb nasiri Nəcib Məhfuzun seçilmiş əsərlərindən ibarət kitab çapa hazırlanır. Kitabın təqdimatını Azərbaycanda fəaliyyət göstərən ərəb ölkələri səfirliklərinin iştirakı ilə təşkil etmək niyyətindəyik.    

Mərkəzin dil və tərcümə, beynəlxalq əməkdaşlıq sahəsində gördüyü işləri yüksək qiymətləndirən səfir İordaniya Haşimilər Krallığı səfirliyinin, bu istiqamətdə Mərkəzlə birgə həyata keçirə biləcəyi layihələrdən danışıb:

- Sizinlə, bu qədər əhəmiyyətli işlər ərsəyə gətirən bir qurum rəhbəri, eyni zamanda tanınmış ədib kimi, tanışlıqdan böyük şərəf duyuram. Mərkəzin fəaliyyəti haqqında da məlumatlıyam. Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq aləmdə, eləcə də dünya ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində həyata keçirdiyiniz layihələr, bu gün dünya xalqları arasında qarşılıqlı anlaşmaya böyük imkanlar yaradır. Ədəbiyyat, bədii söz, əlbəttə ki, sərhəd tanımır. Bu mənada, Mərkəzi, Azərbaycanın dünyaya açılan böyük Xitabət kürsüsü adlandırmaq olar. Azərbaycan ədəbiyyatının İordaniyada təbliği ilə bağlı səsləndirdiyiniz qiymətli təkliflər bizi yalnız sevindirir və düşünürəm, bu kitab Azərbaycanla İordaniya arasında əlaqələrin daha da yaxınlaşması istiqamətində öz töhfəsini verəcək.

Görüşün sonunda qonağa Mərkəzin kitab nəşrləri, «Xəzər» dünya ədəbiyyatı jurnalı, həmçinin, Mərkəz tərəfindən bu vaxta qədər tərcümə və nəşr olunmuş əsərlərin ərəb dilində kataloqu və bukletlər təqdim olunub.

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.