İkicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası Moskvanın ədəbi ictimaiyyətinə təqdim olundu

24.12.15

Dekabrın 23-də Moskvanın "Xarici ölkələr ədəbiyyatı" kitabxanasının Böyük zalında ikicildlik "Müasir Azərbaycan ədəbiyyatı" antologiyası kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Moskva Yazıçılar Birliyi, "Poetik Moskva" jurnalı, Azərbaycanın Rusiyadakı səfirliyi, Azərbaycan Mədəniyyəti Mərkəzinin nümayəndələri ilə yanaşı, tanınmış rus şair və yazıçıları, elm və sənət adamları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva açaraq, nəşrin hər iki ölkənin ədəbiyyatı üçün mühüm əhəmiyyətindən, ölkələr və xalqlararası anlaşmada oynadığı mühüm rolundan danışıb və kitabın tərtibçisi - Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Daha sonra söz Mərkəzin direktoru Afaq Məsuda verilib:

"Nəzərinizə təqdim olunan bu ikicildlik, bizim milli ədəbiyyatımız tarixində ilk hadisədir. İlk dəfədir ki, Azərbaycan ədəbiyyatı dünyaya belə bir formatda təqdim olunur. Bu vaxta qədər ayrı-ayrı yazıçı və şairlərimiz zaman-zaman Rusiyada, eləcə də digər ölkələrdə nəşr olunsa da, milli ədəbiyyatımız belə bir ciddi akademik formatda təqdim olunmayıb. Təəssüflə bildirməliyəm ki, bəlkə də bunun nəticəsidir ki, bu gün dünya ədəbi müstəvisində Azərbaycan ədəbiyyatı haqqında real təsəvvür yoxdur, dünya kitabxanalarında bu ədəbiyyatı təmsil edən kitablara rast gəlinmir. Dünyanın, belə bir qədim tarixi, zəngin ənənələri olan ədəbiyyatdan demək olar ki, xəbərsizliyi yalnız ürək ağrıdır.  Artıq bir neçə dilə tərcümə olunan bu kitabın yaranma məqsədi də məhz budur: Azərbaycanın zəngin ədəbiyyatını, layiq olduğu səviyyədə dünyaya tanıtmaq. Üzümüzə gələn il antologiyanın, ərəb dilində Qahirədə, türk dilində Ankarada, Belarus dilində Minskdə nəşri gözlənilir. Hazırda kitab ingilis, alman, ispan, fransız və fars dillərinə tərcümə edilir".

Sonra Moskva Yazıçılar Birliyinin sədr müavini, yazıçı Valeri İvanov Taqanski cıxış edərək, ikicildliyin tarixi və ədəbi əhəmiyyətindən, Azərbaycan ədəbiyyatının rus oxucusuna bu vaxta qədər məlum olmayan gizli imkanlarından danışıb: "Sizə səmimiyyətlə bildirməliyəm ki, bu kitab mənim üçün, sözün əsl mənasında açılış oldu. Azərbaycanın belə bir ədəbiyyata malik olduğunu bilməzdim. Bu, böyük ədəbiyyatdır və belə bir ədəbiyyatı olan xalq, şübhəsiz ki, böyük xalqdır".

Daha sonra nəşrin ictimai əhəmiyyəti və ədəbi dəyəri barədə filologiya elmləri doktoru Anastasiya Qaçeva, "Poetik Moskva" jurnalının baş redaktoru Natalya Rodionova, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) icracı direktoru İlqar Hacıyev, Konqresin müşaviri Manaf Manafov, Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, ikicildlikdə yer alan əsərlər barədə fikirlərini bölüşüblər. Tədbirin bədii hissəsində Moskva "Bolşoy teatrı"nın solisti Fyodor Tarasov,  Moskvanın "Katyuşa" Estetika Mərkəzinin uşaq xoru, Rusiyanın əməkdar artisti Qalina Ulyotova və Dmitri Malçevin ifasında, antologiyada yer almış Azərbaycan şairlərinin şeirləri oxunub, mahnılar və musiqi parçaları səsləndirilib.    

Tədbirin sonunda Afaq Məsuda, bu il  may ayının 13-də həqiqi üzvü seçildiyi Pyotr Akademiyasının Diplomu və mantiyası təqdim olunub.   

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.