Bilik Fondunun "Ev kitabxanası"nda yeni dörd müəllif
30.11.15

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Ev kitabxanası" layihəsi çərçivəsində bu günə qədər səkkiz müəllifin kitabları alınıb.

Fonddan verilən məlumata görə, əsasən müasir yazarların elmi və ədəbi kitablarının Fond tərəfindən alınaraq oxuculara hədiyyə olunması məqsədi ilə həyata keçirilən layihə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Ədəbiyyatın cəmiyyətin inkişafında böyük rol oynadığını nəzərə alıb, kitabdan bir qədər uzaq düşüən gənc nəslin maariflənməsinə xidmət edən "Ev kitabxanası"na Qan Turalının "9 hekayə", Aydın Talıbzadənin "Əbuhübb", Nəriman Əbdülrəhmanlının "Qurban", Kənan Hacının "Yaddaş kartı", Ömər Xəyyamın "Sayrışan hallar", Fəridə Məmmədova"nın "Sevgili üçün notlar", Alikin "Günəş qalib gəldi", İkinci Mahmudun "Ümid arısı" kitabları daxil olub.

Layihənin koordinatoru, Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun verdiyi məlumata görə, Ömər Xəyyam, Fəridə Məmmədova, Alik və İkinci Mahmudun müəllifi olduğu kitablar Azərbaycan Yaradıcılıq Fondu tərəfindən nəşr olunub. "Ev kitabxanası" Yaradıcılıq Fondu ilə sıx əməkdaşlıq edir və gələcəkdə də bu Fondun nəşr etdirdiyi kitabların alınaraq oxuculara paylanacağı planlaşdırılır.

C.Musaoğlunun sözlərinə görə, "Ev kitabxanası"na daxil olan əvvəlki kitablar artıq müxtəlif bölgələrdə yaşayan oxuculara paylanıb. Bununla yanaşı, Fondun Perspektiv inkişaf və layihələrin monitorinqi qrupu sorğular vasitəsi ilə həmin kitablara olan marağın səviyyəsini müəyyənləşdirib. Məlum olub ki, oxucular onlara hədiyyə olunan kitabları oxuyaraq bəyəniblər, əksəriyyəti həvəslənərək özlərinə şəxsi kitabxana da düzəldiblər. Əslində layihənin məqsədlərindən biri də şagird və tələbənin şəxsi kitabxanasının olmasına dəstək verməkdir. Sorğuların nəticəsi göstərir ki, missiya uğurla davam edir.

Bilik Fondunun mətbuat katibi onu da bildirib ki, hansı kitabların alınmasını seçən komissiya həmin nəşrlərin hədiyyə olunacağı kontingenti müəyyənləşdirəndən sonra "Ev kitabxanasına" daxil olan növbəti dörd müəllifin kitabları oxuculara çatdırılacaq.

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.