"Qanun"da Orxan Pamukun yeni romanı çap olundu
23.11.15

ORXAN PAMUK - BEYNİMDƏ QƏRİBƏLİK

“Beynimdə qəribəlik” həm sevgi hekayəti, həm də modern dastandır. Orxan Pamukun üzərində altı il işlədiyi roman bozasatan Mövludla üç il sevgi məktubları yazdığı sevgilisinin İstanbuldakı həyatlarından danışır.
Mövlud 1969-2012-ci illər arasında, qırx ildən artıq bir müddətdə İstanbul küçələrində qatıq, plov satmaq, avtodayanacaq gözətçisi olmaq kimi, bir çox işlərlə məşğul olur. Bir tərəfdən küçələrin cürbəcür adamlarla dolmasını, şəhərin böyük bir hissəsinin uçurulub yenidən tikilməsini, Anadoludan gəlib varlananları izləyir, digər tərəfdən ölkənin keçirdiyi dəyişikliklərin, siyasi çarpışmaların, çevrilişlərin şahidi olur. Onu başqalarından fərqləndirən cəhətdən, beynində qəribə fikirlər qaynaşdığından həmişə narahatlıq hissi keçirir. Amma qış axşamları boza satmaqdan və sevgilisinin, əslində, kim olduğu barədə fikirləşməkdən heç vaxt əl çəkmir.
Sevgidə insanın niyyəti, yoxsa qisməti vacibdi? Xoşbəxtliyimiz, və ya bədbəxtliyimiz seçimlərimizlə bağlıdır, yoxsa başımıza bizdən ixtiyarsız gəlirlər? “Beynimdə qəribəlik” romanı bu suallara cavab axtara-axtara ailə həyatıyla şəhər həyatının mübarizəsini, qadınların evlərdəki hiddət və əlacsızlıqlarını təsvir edir.


Bakı, Qanun Nəşriyyatı, 2015, 564 səhifə,
Tərcümə: Nəriman Əbdülrəhmanlı







MARK LEVİ - YENİDƏN BAŞLAMAQ MÜMKÜN OLSAYDI

Endryu Stilman “New York Times” qəzetində özünə parlaq karyera yaratmış istedadlı jurnalistdir. Onun məqalələri böyük rəğbət doğurub və bu, həmkarları arasında həsəd yaradır. Gələcək məqaləsi üçün material toplayan Stilmən jurnalist araşdırmasının gedişində təhlükəli adamlarla qarşılaşmalı olur. Bir dəfə səhər idman qaçışı zamanı o, naməlum şəxsin hücumuna məruz qalır. Ölümcül yaralanan jurnalist huşunu itirir və özünə gəldikdə həyatının iki ay öncəki dövrünə döndüyünü anlayır. Tale ona ikinci dəfə şans verib, bircə qatili tapmaq qalır...

Bakı, Qanun Nəşriyyatı, 2015, 372 səhifə,
Fransızcadan tərcümə:  Minə Candan





 

MARK LEVİ - BAŞQA BİR XOŞBƏXTLİK

Filadelfiya. 2010-cu ilin ilk yaz günü, həyatının 30 ilini dəmir barmaqlıqlar arasında keçirən Aqata cəzasının bitməsinə bir neçə il qalmış həbsxanadan qaçır. Amma niyə?
Kampusun yaxınlığındakı yanacaqdoldurma məntəqəsində o, gizlicə Millinin maşınına oturur və heç bir şey anlatmadan ona dediyi yerə sürməsini əmr edir. Bir saniyə içində Millinin müntəzəm ritmli və nizamlı həyatı darmadağın olur. Aralarında iyirmi il yaş fərqi olan bu iki qadın çıxdıqları uzun yol boyu bir-biriləri ilə yaxından tanış olmağa çalışır, hətta sirlərini, arzularını belə ­paylaşırlar.
ABŞ-nın ştatlarında keçən 5 günlük yol... Bu səyahət zamanı görüşdükləri hər bir insan Aqatanın sirli həyatına bir az daha aydınlıq gətirir. Sonradan Milli isə bu qadınla görüşünün təsadüfi olmadığından ­şübhələnir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 404 səhifə,
Fransızcadan tərcümə: Vüsalə Yarıyeva





 

İPƏK ÇALIŞLAR - LƏTİFƏ XANIM

O, Mustafa Kamal Atatürkün evləndiyi qadın idi. Yazırlar ki, tez-tez əsəbi olurdu, Atatürkə görə deyildi. Onsuz da evlilikləri də tez bitdi. Mustafa Kamal Atatürkün ayrıldığı qadın idi. Lətifə xanımdı.
İpək Çalışlar “Lətifə xanım” da məhz o qadından danışır. Amma qarşımıza indiyə qədər gördüyümüz, tanıdığımız, oxuduğumuzdan fərqli bir Lətifə xanım çıxır.  Gözlərimiz önündə qadın hüquqlarının fəal müdafiəçisi, həyat yoldaşına dəstək olan, mədəni bir qadın canlanır. İndiyə qədər bəlli olmayan sənədlər, xarici mənbələrdən götürülən məlumatlar, fotolar Lətifə xanımın portretini daha ətraflı və dəqiq cızır.
Bu kitabda xanımı ilə siyasətdən, o cümlədən bir çox mövzulardan danışıb mübahisə edən, onunla fəxr edən, onu hər kəsə tanıtmaqdan xoşlanan fərqli bir Mustafa Kamalı da görürük. Bundan başqa, avtobioqrafik əsərdə təkcə Lətifə xanımın Atatürklə birlikdə olduğu dövrlərdən deyil, onun uşaqlığından, boşandıqdan sonrakı həyatından da bəhs edilir. Bir qadını tanımaq, Cümhuriyyət tarixinə tamamilə başqa bir gözlə baxmaq, sonu hüznlə bitsə də, qeyri-adi bir məhəbbət macərasına şahidi olmaq üçün “Lətifə xanım”ı mütləq oxumalısınız. Yeni  Türkiyənin qurulmasında töhfələri olan, Türkiyə Cümhuriyyətinin birinci adamına aşıq bir qadından – kölgədə qalmış Lətifə xanımdan bəhs edən bu kitab eyni zamanda ölənə qədər sürmüş bir eşq hekayətidir.

Bakı, Qanun Nəşriyyatı, 2015, 544 səhifə,
Tərcümə: Arifə Arifqızı

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.