Nekrasovun dəfnində Dostoyevsknin nitqi
04.11.15

Vladimir Qalaktionoviç Korolenkonun (1853-1921) xatirələri Nikolay Alekseyeviç Nekrasovun Fyodor Mixayloviç Dostoyevski ilə həm şair, həm dövrün əhval-ruhiyyəsini və düşüncələrini ifadə edən həmin mühitin nümayəndəsi kimi, bəzi hallarda onunla həmfikir olan, bəzənsə ondan sanki bir düşmən kimi uzaqlaşan mürəkkəb münasibətləri əks etdirir. Onların yaxınlığı "Kasıb adamlar" romanı ilə başladı. Dostoyevskinin dediyinə görə bu, bir neçə ay davam etdi. Aralarındakı o dərin, əsaslı münasibət həmişəlik elə qırıldı ki, hətta nadir hallarda görüşəndə də müxtəlif əqidələrdə olmaqlarına baxmayaraq, bir-birlərinə "qəribə" sözlər deyirmişlər ("Dnevnik pisatelya" ("Yazıçının gündəliyi") 1877-ci il).

Dostoyevski ədəbiyyata öz yeni sözüylə gəlmiş Nekrasovu böyük şair kimi hər zaman qəbul edərək, onu bəşəri bir insan, "mundirdə liberal" kimi daha çox sancmağa, təhqir etməyə bəhanələr axtarırdı. 1877-ci ildə isə ürəyi 40-cı illərin "köhnə adamlarına" qarşı sevgi, bəzən mərhəmət və kədər hissiylə dolanda, Dostoyevski, Nekrasovun poeziyasını qiymətləndirmək üçün gücünə uyğun və dərin bir səmimiyyətlə sözlər seçib tapırdı.

Korolenko və həmin dövrdə ona yaxın olan xalqın gənc fəalları Dostoyevskinin çıxışını onun xalqa inamı, bütün ictimai uğursuzluqları görməsi, dərin sosial çevrilişin çox yaxınlarda baş tutacağının düşünməsi kimi qəbul etdi. Və bu çox xarakterik idi.


NİKOLAY ALEKSEYEVİÇ NEKRASOVUN DƏFNİ və ONUN MƏZARI ÜSTƏ FYODOR MİXAYLOVİÇ DOSTOYEVSKİNİN
SÖYLƏDİYİ NİTQ


Nekrasov 1877-ci ilin sonlarında dünyasını dəyişdi. O, çoxdan naxoş idi. Bu ilin qışından bəri isə artıq şam kimi sönməyə başlamışdı. Son aylarda "Oteçestvennıye zapiski" ("Vətən məktubları") jurnalında onun şeirləri çap olunurdu. Dostoyevskiy "Dnevnik pisatelya" ("Yazıçının gündəliyi") məcmuəsində qeyd edir ki, bu son şeirlər Nekrasov yaradıcılığının ən gözəl əsərlərindən heç nəylə geri qalmır. Gənclərə necə tez təsir etdiyini anlamaq çətin deyil. Hər kəs bilirdi ki, Nekrasov artıq son günlərini yaşayır. Və hər tərəfdən şairin dərdinə şərik olur, halına yanırdılar.
Nekrasov öləndə (27 dekabr 1877-ci il) təbii ki, onun dəfni mütləq nüfuzlu bir nümayişlə keçirilməlidir. Bu məqamda gənclərlə bütün ziyalı cəmiyyətin düşüncəsi üst-üstə düşürdü. Peterburq hələ heç vaxt belə br şey görməmişdi. Səhər saat 9-dan etibarən mərasim başladı və Novodevyiçeva məzarlığından böyük bir kütlə artıq alaqaranlıq düşəndən sonra dağılmağa başladı. Əlbəttə ki, polislər çox narahat idilər. Aleksandr Sergeyeviç Puşkin "Ərzuruma səyahətində" yazır ki, Gürcüstan sərhəddində hansısa bir yolda içində taxta tabut olan sadə araba görüb. "Qriboyedovu aprırıq" - deyiblər gürcü arabaçılar. Puşkinin də cənazəsi məlum olduğu kimi elə bu cür Peterburqdan şərəfsizcəsinə və gizli şəkildə çıxarılmışdır. O, çağlar çoxdan keçib gedib. Dövlətin də daha ictimai rəğbətlərin qarşısını almağa gücü çatmırdı. Nekrasovu çox təntənəli şəkildə dəfn etmişdilər və məzarının üstündə bir çox nitqlər söylənilmişdi. Panyutinin söylədiyi şeirlər yaxşı yadımdadır. Sonra Zasodimski danışdı, daha sonra bir neçə nəfər də nitq söylədi. Dostoyevskinin nitqi isə əsl hadisə idi.
Bir neçə yoldaşla birgə daş hasarın üstüylə düz məzarın yanına kimi gələ bildik. Mən hansısa ağacın qol-budaqlarından yapışaraq iti uclu dəmir hasarın üstündə dayanıb danışılanların hamısını eşidirdim. Dostoyevski çox yavaş, lakin ifadəli və təsirli danışırdı. Onun nitqi sonradan mətbuatda çox səs-küy yaratdı. Bəziləri isə Nekrasovun adını Puşkin və Lermontovdan sonra çəkməsini onu alçaltmaq, hörmətdən salmaq kimi qəbul etdilər.
- O, onlardan yüksəkdədir, - kimsə dilləndi və bir-iki nəfər də onu dəstəklədi:
- Bəli, yüksəkdədir... Onlar ancaq bayronistdirlər (XIX əsrdə meydana çıxmış ədəbi-romantik cərəyanın nümayəndələri).
"Birjeviye vedomosti" ("Birja məlumatları") qəzetində çox sadəlövhcəsinə "gənclərin Nekrasovu birinci elan etməsi" haqqında məqalə dərc etdi. Dostoyevski "Dnevnik pisatelya" ("Yazıçının gündəliyi") məcmuəsində buna cavab vermişdi. Lakin sonradan "Gündəlikdə" bu polemikanı oxuyarkən birincilik mübarizəsindən başqa mənə və mənim yaşıdlarıma daha çox təsir edəcək heç nə görmədim. Bu, məncə Dosteyevskinin çox səmimi bir səslə Nekrasovu sonuncu allah-şair adlandırdığı hissə idi. Vaxt gələcək və o an çox yaxındadır, Puşkinə, Lermontova, Nekrasova tay olan yeni şairlər məhz elə xalqın içindən çıxacaq...
- Düzdür, düzdür.. .- heyrətlə Dostoyevskiyə cavab verirdik. Və mən az qala dəmir hasardan yıxılmışdım...
Bəli, bu bizə elə yaxın və sevincli görünürdü ki! Bütün müasir mədəniyyət səhv yöndədir. O, çox yüksək pillələrə qədər inkişaf etsə də, indi onun tipi birtərəfli və dardır. Ancaq xalqın gəlişi ilə bu mədəniyyət daha dolğun və bunun nəticəsində daha yüksək olar.
Əlbəttə ki, bir çox vacib hallarda Dostoyevskinin düşüncələri coşğun dinləyiciləri ilə üst-üstə düşmürdü. Nəticədə o deyirdi ki, xalqın ehtiram göstərdiyinə ehtiramla yanaşan, yəni ki ancaq mütləqiyyət və rəsmi kilsəyə hörmət edən şairi xalq öz şairi kimi qəbul edir. Lakin bütün bunlar yalnız rəylər idi. Mən çox sonralar Dostoyevskinin sözlərini məhz dərin sosial çevrilişin yaxınlaşmasının öncədən xəbər verilməsi kimi xatırlayırdım.
Həmin illərdə hətta mənim yazıçı olmaq arzum da məhv oldu. Əgər Puşkinlər, Lermontovlar, Nekrasovlar belə, anacaq köhnə artıq keçilmiş yolun üzərindəki nəhəng mayaklardırsa, doğurdan da dəyərmi heç buna?! Mən Puşkini inkar etməyənə qədər heç vaxt yazıyla maraqlanmamışdım. Nekrasovun Puşkin və Lermontovdan xeyli zəif şair olduğunu da unutmurdum... Lakin vaxt gələcək, məncə buna çox az qalıb, "yeni səma və yeni yer olacaq", başqa Puşkinlər və başqa Nekrasovlar olacaq. Haqsızlıq və quldarlıq sayəsində yüksək, lakin birtərəfli yüksəkliyə qalxmış köhnə mədəniyyətin birtərəfliliyini təkrarlamadan, bu olacağın gerçəkləşməsinə yardımçı olmaq bizim nəslin əsil vəzifəsidir.
Mən nə vaxtsa gəncliyimdə öz hisslərimi sözlə ifadə etmək adətinə düşmüşdüm. Ona uyğun ən yaxşı forma tapmadan sakitləşmirdim. Bu haqda nə vaxtsa yazmışdım da. Həyatımın həmin dövründə bu adətim tam itməsə də, xeyli zəifləmişdi. Bütün gördüyüm və hiss etdiyim hadisələrin fonunda əsas fikir - baş verəcək çevrilişə yol hazırlamaq fikri əsas idi...

Tərcümə edən: Xanım Aydın,
Kaspi.az

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.