“Dünya ədəbiyyatı. Rusiya” jurnalı Moskvada təqdim olunub

29.10.15

Moskvada Azərbaycan Yazıçılar Birliyinin nəşri olan "Dünya ədəbiyyatı. Rusiya" jurnalının təqdimatı keçirilib.

“Rusiyada ədəbiyyat ili" çərçivəsində işıq üzü görmüş jurnalın bu sayının təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirib ki, XX əsr rus ədəbiyyatının bütün genişliyini dərginin bir sayında əhatə etmək mümkün deyil. Xalqları bir-birinə tanıtdıran və yaxınlaşdıran ən yaxşı vasitənin bədii söz olduğunu vurğulayan yazıçı kitabın Azərbaycan-Rusiya mədəni əlaqələrinin inkişafına yeni töhfə verəcəyinə əminlik ifadə edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev Azərbaycan-Rusiya mədəni əlaqələrindən danışaraq qeyd edib ki, “Dünya ədəbiyyat. Rusiya” jurnalının Azərbaycan dilində çap edilməsi iki xalq arasındakı tarixi əlaqələrin möhkəmliyindən xəbər verir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin rəhbəri Natalya Krasovksya kitabın “Rusiya ədəbiyyatı ili” çərçivəsində, xüsusilə də Azərbaycan dilində buraxılmasını yüksək qiymətləndirərək deyib ki, bu gün Azərbaycan oxucusu qarşısında rus ədəbiyyatının səhifələri bir daha açılır.

Xalq Yazıçısı Fikrət Qoça, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəsi Manaf Ağayev, Azərbaycan və Rusiya yazıçılar birliklərinin üzvü Afaq Şıxlı və başqaları Azərbaycan və Rusiya ədəbi əlaqələrindən danışıb, hər iki ölkənin ədəbiyyat, xüsusilə də tərcüməçilik məktəbi tarixində görkəmli simalar olduğunu söyləyiblər. Qeyd olunub ki, “Dünya ədəbiyyatı” jurnalının bu sayı rus ədəbiyyatının 1950-ci illərdən bu günədək olan mühüm bir dövrünü əhatə edir. Jurnalda yaradıcılığı ya qismən, ya da tamamilə bu dövrə düşən rus ədiblərinin, o cümlədən Aleksandr Soljenitsın, Vasili Belov, Yuri Trifonov, Vasili Aksyonov, Aleksandr Yaşin, Vasili Şukşin və digərlərinin seçmə əsərləri toplanıb. Onların arasında əsərləri ana dilimizdə ilk dəfə nəşr olunan müəlliflər də var. Nəşr Rusiyada yaşayan soydaşlarımız üçün də bu ölkənin mədəniyyəti və ədəbiyyatının öyrənilməsi baxımından faydalıdır.

Sonda xalq artisti Mələkxanım Əyyubovanın ifasında Azərbaycan musiqisi səslənib. /Azərtac/




























Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.