Sabir Rüstəmxanlı -  “Qan Turalı bugünün taleyini yaşayır...”

20.10.15

Xalq şairi Sabir Rüstəmxanlının “Qan Turalı bugünün taleyini yaşayır...” məqaləsini təqdim edirik.

Adı oxuculara yaxşı tanış olan Qan Turalının “Doqquz hekayə” kitabını oxudum və təəssüratımı qısaca da olsa, paylaşmaq istədim.
 
Qan Turalı seçilən, istedadlı gənc yazarlardan biridir. “Doqquz hekayə” onun dördüncü kitabı olsa da, öncəki kitablarından yalnız birini oxumaq imkanım olmuşdu. Milli Kitab Müsabiqəsinə verdiyi “Mustafa” romanını bəyənmiş və münsiflər heyətinin üzvü olaraq yüksək bal vermişdim.
 
“Doqquz hekayə” - 128 səhifəlik, o qədər də böyük olmayan bir kitabdır, yeddi hekayə, bir kiçik pyes və bir povest var içində. Lakin həcm önəmli deyil, bir müəllifin yazı və düşüncə tərzini, ədəbi bacarığını və potensialını görmək, dəyərləndirmək üçün cildlər vərəqləmək zəruri deyil, bir neçə hekayə də yetərlidir.
 
Kitabda toplanmış yazılar son illərin məhsuludur və buna görə də artıq bəlli bir təcrübəsi olan müəllifin ədəbi xarakterini, kimliyini göstərir.
 
Təəssüf ki, Qan Turalı yaşda olan və onların ardınca gələn gənc yazarlarla oturub-durmaq və ya onların bütün yazdıqlarını ardıcıl izləmək imkanımız yoxdur; ədəbiyyatımızın müxtəlif nəsillərini bir araya gətirən, onları bir- birinə tanıdan, doğmalaşdıran ədəbi məclislərimiz, görüş yerlərimiz də arzu olaraq qalır. Halbuki belə imkanlarımız olmalıdır və yalnız ədəbiyyat adamlarımız yox, yaradıcılıq aləminin müxtəlif qollarını təmsil edən bəstəkarlar, rəssamlar, kinematoqrafiya işçiləri, ifaçılar, aktyor və rejissorlar, mədəniyyət xadimləri tez-tez bir araya gəlib milli mədəniyyətimizin sorunlarını və gələcək yollarını bir yerdə müzakirə etməli, bir-birlərini yaxşı tanımalı, dost və əməkdaş olmalıdırlar. Mədəniyyətimizin inkişafı üçün bu çox vacib bir işdir və bizim gənclik illərimizdə Zaqatalada, Zuğulbada belə görüşlər keçirilirdi. O vaxt təməli qoyulan münasibətlər bu günədək davam edir və bəhrə verir. Bu da idman qədər mühüm bir işdir və Gənclər və İdman Nazirliyimizi düşündürməlidir. İndiki halda bizim özümüzdən sonra gələnlərlə ünsiyyətimiz epizodik və təsadüfi xarakter daşıyır.
 
Qan Turalı mənim tanıdığım gənc yazarlar arasında ədəbi, mədəni və intellekt səviyyəsinə görə seçilənlərdəndir. Populyarlaşmaq xətrinə ədəbiyyata və milli ənənələrimizə yad olan yollar axtarmır, ədəbiyyatın ciddiyyətini başa düşür. Bədii və publisistik yazılarında görünən budur.
 
Qan Turalı bu günün yazıçısıdır; bu günün adamlarının taleyini yaşayır, bu günün ruhunu və reallıqlarını duyur, bu günün dili və üslubuyla yazır. O öz hekayə estetikasını qəhrəmanlarından birinin dili ilə belə ifadə edir: “Vonnehut deyir ki, hekayədəki hər cümlə ya bilinməyən bir şeyi bildirməlidir, ya da süjeti davam etdirməlidir”.
 
Sözçülükdən, gərəksiz təfərrüatdan qaçmaq, kino nəsri kimi detaldan detala, ovqatdan ovqata adlamaq Qan Turalının hekayələrinin ilk baxışdan görünən cəhətlərindəndir. Dünya təcrübəsindən öyrənmək öz yerində, ancaq bu dinamik düşünsə axarı həm də öz xalq ədəbiyyatımızdan, deyək ki, dastanlarımızın döşəmə yazı üslubundan gəlir.
 

 
Belə ifadə tərzi Dədə Qorqud boylarına yüz illərlə yaddaşlarda yaşamaq gücü vermiş və Mirzə Cəlilin, Haqverdiyevin bir sıra hekayələrində davam etdirilmışdir. Qan Turalıda da, bu baxımdan, türk təhkiyə tərzinin ənənələrinə bağlılıq müşahidə olunur: sadə, yığcam, artıq təfərrüatçılığa varmayan, mahiyyəti az sözlə açan, ciddi saydığı ictimai mətləbləri zahiri bəsitlik və sadəlövhlük görüntüsündə “gizlədən”. Cəmiyyətdəki ciddi sorunlar elə sadə bir şəkildə, daha doğrusu, xalq psixologiyasına uyğun, xalq düşüncə və ifadə müstəvisində deyilir ki, etiraza və don geyindirməyə yer qalmır. Hər biri cəmi bir neçə səhifəlik yığcam hekayələr bütövlükdə darıxan, sıxıntı içində olan adamların, vətəndaşı yarıtmayan ictimai gedişatın hekayələridir; xırda, ötəri, adi görünən yaşantıların arxasında həyatın əzabları və faciələri dayanır. Sevgi və ayrılıq, uğur və uğursuzluq, xoşbəxtlik və gözlənilməz ölüm iç-içə, yan-yanadır, çox asanca biri digərinə çevrilə bilir. İnsanlar qılıncın ağzıyla yeriyirlər sanki, bu günün kəndçi qızı sabah Moskva universitetində tələbə, sonrakı gündə geriyə sürgün edilmiş ana, daha sonrakı epizodda qısqanclığın qurbanı... Bir neçə səhifədə bir roman mövzusu, həyatın alışdığımız, bəzən də ədəbiyyatın diqqətinə layiq görülməyən reallıqlarından biri... (“Şaxta babanın qətli”).
 
“Doqquz hekayə”ni müəllif başqa bir adla “şəhər əfsanələri” adlandırır. Məncə, bunun əsas səbəbi bəzi hekayələrdə qəhrəmanların öz həyatlarını qura bilməmələri, havadan asılı bir vəziyyətdə, zaman və məkan qeyri-müəyyənliyi və xaosunda, ən başlıcası hissiyyatlarının, münasibətlərinin mifik bir yozum çoxvariantlılığı içində olmasıdır. Bu çıxılmazlıqları cəmiyyət, içində olduğumuz çətinliklər yaradır və buna görə “Bir-birini sevməkdən qorxan iki adamın hekayəti”, “Kafka”, “Cılğınlar” hekayələri qəhrəmanlarının xarakteriylə yanaşı, insan-cəmiyyət münasibətlərinə işıq tutur. Əslində, “Füzulinin qayıdışı” da yaşadığımız zamanın və cəmiyyətin mənəvi kamillik və milli dəyərlər baxımından üzləşdiyi problemləri göstərmək məqsədi daşıyır.
 
Yeri gəlmişkən deyim ki, kitabdakı hekayələrdən və povestdən fərqli olaraq, “Füzulinin qayıdışı”nda maraqlı mövzuya müəllif səthi yanaşıb. Xüsusən, şairlərin bir yerə toplaşdığı səhnədəki danışıqlar bəzi hallarda bayağıdır və xarakterlərə uyğun deyil. Füzulinin Səməd Vurğunun leksikonuyla düşünməsi (bu dünya “sirrini sirdaşa da vermirmiş”; Füzuli: “Dur, gedək Makdonaldın tualetinə”. Nizami: “Ora niyə?” Füzuli: “Ora 24 saat işləyir”; Füzuli: “Bir dövrdəyəm ki, nəzm xar olub”; Cəfər Cabbarlı: “Bir dəqiqə e... Füzuli Nizami (?) ondan sonra yaşayıb axı”) və s. Bu misalların sayını artıra da bilərdim. Böyüklərimizi əsərdəki polislər səviyyəsində, küçə jarqonlarıyla danışdırmaq olmaz. Ən azı ona görə ki, onlar bu cür düşünüb, bu cür danışmayıblar. Məncə, müəllif bu pyesi yenidən işləməli və adı çəkilən böyüklərimizi bu günlə birləşdirən və ayıran motivlərlə zənginləşdirməli, dramaturgiyanı dərinləşdirməlidir.
 
“Doqquz hekayə” kitabındakı ən uğurlu əsər, mənim fikrimcə, “Prokurorun üç günü” povestidir. Detektiv əsərlər ədəbiyyatın özəl bir növüdür və xüsusi bir qabiliyyət istəyir. Bu qabiliyyət Qan Turalıda var. Bu povestin bir dəyəri də janrın verdiyi imkanlarla ədəbiyyat tariximiz üzərində oynanılmış oyunlara diqqət çəkmək və bu yolla ümumi tariximizin saxtalaşdırıldığını, soyqırıma məruz qaldığını xatırlatmaqdır; repressiyanın əsas hədəfi milləti millət eləyən dəyərlər, ilk növbədə, ədəbiyyatımız idi, ayrı-ayrı şəxsiyyətlərlə yanaşı bütov ədəbiyyat tariximiz idi və Qan Turalı bu faktı məharətlə bu günün detektiv mövzusuna çevirə bilmişdir. Gərgin dramaturji xətt oxucunu inandırır və ardınca aparır. Güman edirəm, Qan Turalı detektıv yazı imkanlarını dəyərləndirərək gələcəkdə bu janrda yeni əsərlər yazacaqdır.
 
Bəzi nəşriyyatlarda korrektor ştatlarının ixtisara salınması dil və orfoqrafiya səhvləriylə dolu kitabların çıxmasına səbəb olur. Bu, nəşriyyatların müəllifə və oxucuya hörmətsizliyidir. Belə səhvlər “Doqquz hekayə” kitabında da var: (“Bu, (?) Əli Kərim adlı bir şair varmış”; “icazəni almaq qeyri- mümkünsüzdür (?)”; “mənə çox qəribə şəkildə ilham edildi (?)”; “tamamilə spontan yazdığım”; “prokror heç cür özünü ala bilmirdi” və s.) Birbaşa bilgisayarda yazmağın belə xətaları olur, mətndən sözlər və durğu işarələri düşür, ancaq gərək bunlar redaktorun, korrektorun gözündən yayınmasın...
 
Öz siması olan gənc ədəbiyyatımız maraqlı bir axtarış və inkişaf yolundadır. Qan Turalının da daxil olduğu ədəbi nəsil artıq otuz yaşı arxada qoyub, hərəsinin bir neçə kitabı çap olunub, yetkinləşiblər. Onlar müasir həyatımızın bütün uğur və uğursuzluqlarını, ağrı-acılarını öz talelərində yaşayan nəsildir və bu günün ən canlı və çağdaş təsvirini də, yəqin ki, onların əsərlərində görəcəyik.
 
“Doqquz hekayə” bu inami möhkəmləndirir. /axar.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.