Müəllimlər İnstitutunda Rəşad Məcidin tələbələrlə görüşü keçirib
16.10.15

Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcidlə tələbələrin görüşü olub.

Görüş Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun informasiya təminatı sektorunun layihəsi çərçivəsində təşkil edilib. Layihənin koordinatorları Xatirə Hüseynli və Ramilə Qurbanlıdır.

Tədbiri AMİ-nin prorektoru Razim Məmmədov açaraq Rəşad Məcidi hazırkı ədəbi-ictimai mühitdə seçilən insan, dəyərli şair, publisist kimi səciyyələndirib. Prorektor  R. Məcidin gənc yazarlara qayğısından söz açıb və bildirib ki, o, müasir Azərbaycan ədəbiyyatının bədii və ictimai fikir tarixində görkəmli nümayəndəsi kimi öz əməyi, aktuallığı ilə seçilən və orijinal əsərlərlə oxucuları heyrətləndirən qələm sahibidir:

"Rəşad Məcid istedadlı yazıçı, publisist olmaqla bərabər, həm də iti müşahidə qabiliyyətinə və tükənməz yaradıcılıq enerjisinə malikdir. Müasir dövrə aid elə bir mövzu yoxdur ki, Rəşad müəllim ona müraciət etməmiş olsun. Bu mənada da Rəşad müəllimdən öyrənməli çox şey var".

Bilik Fondunun məsləhətçisi Ramilə Qurbanlı çıxış edərək AMİ-nin rəhbərliyinə minnətdarlığını bildirib və təmsil olunduğu fondun "İlboyu bilik" proqramı çərçivəsində "İmzalı görüş" layihəsi haqqında məlumat verib:

"Bu, artıq sayca ikinci görüşdür. Birinci görüş yazıçı Aqil Abbasla təşkil edilmişdi. Düşünürük ki, belə görüşlər tələbələrə çağdaş Azərbaycan ədiblərini tanıtmaq baxımından çox əhəmiyyətlidir".

Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova qeyd edib ki, görüş məhz tələbələrin israrlı xahişləri ilə reallaşıb:
 
"Bu layihənin mahiyyətində də gənclərdən gələn təşəbbüs, gənclərdən gələn sifariş durur. Gənclər bizə oxumaq istədikləri müasir yazıçı və şairlərin adlarını deyirlər. Sonra biz onlara arzuladıqları ədibin kitablarını təqdim edirik, daha sonra həmin əsərlərin müzakirəsi təşkil olunur". 

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu ədəbiyyatın tərbiyəedici rolundan danışaraq  Rəşad Məcidin bədii, publisistik yaradıcılığının məziyyətlərindən söz açıb.   Tənqidçi Nərgiz Cabbarlı Rəşad Məcidin yaradıcılığından, xüsusilə poeziyasından bəhs edib:
 
"Rəşad Məcidin çox güclü müşahidə qabiliyyəti var. Bəzi yazılarında təqdim etdiyi xarici ölkələrin mətbuatı ilə bağlı maraqlı nüansları yaddaşımdadır.  Amma Rəşad Məcidi şair kimi, demək olar ki, yeni kəşf eləmişəm. Son bir neçə ildə onun şairlik yaradıcılığında bir sıçrayış baş verdi. Mənim üçün Rəşad Məcidin şeirləri oxuyub təəssüratında qaldığım, ruha yaxın olan şeirlərdəndir. Bəlkə misrası yadda qalmaya bilər, misrası ruhu tərpətməyə bilər, amma ümumilikdə o şeirlərin  təsiri, bəxş etdiyi ovqat o qədər davamlıdır ki, insan özü buna heyrət edə bilər. Səbəb ondadır ki, bu şeirlərdə çox güclü bir məhəbbətin ifadəsi var.

Sevgi bütün çalarları, bütün incəlikləri  ilə necə duyulub, necə yaşanıbsa, bütün mərtəbəsi ilə bu şeirlərdə öz əksini tapıb. Burada sevgi ilə bağlı hər bir pillə təsvir edilir. Rəşad Məcidin şeirlərində mənim üçün ən əhəmiyyətli məqam qadına bəslənən və onun ayağını yerdən üzən ilahi münasibətdir. Çağdaş Azərbaycan poeziyasında qadına bu cür ilahi varlıq kimi yanaşma tendensiyasına, demək olar ki, rast gəlməmişəm. Bu amil Rəşad Məcidin poeziyasını sevdirən başlıca məziyyətdir".  

Sonda Rəşad Məcid tələbələrin suallarını cavablandırıb.

S.ABDULLAYEVA, 525-ci qəzet

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.