"Həmişə ürəyinizə inanın…" - Rəhim Əliyev - MÜSAHİBƏ
07.10.15

Bu dəfəki müsahibimiz ədəbiyyatşünas Rəhim Əliyevdir.

- Rəhim müəllim, öncə bu sualıma cavab verin, mümkünsə. Ədəbiyyatda “ədəbi dil” termini var. Bu hansı dildir? Ədəbi nümunələrin yarandığı dil, yoxsa xalq dilinin müəyyən çərçivələrə, normalara, qəliblərə uyğunlaşdırılmış forması bu ifadəni bildirir?

–Ədəbi dil termini ədəbiyyata deyil, dilçilik elminə aiddir. Mənim müəllimim deyirdi ki, ədəbi dil normativ dildir. İndi görürəm ki, bu da düzgün deyil.Əslində dildən iki cür istifadə edirik. Birinci, dil vasitəsi ilə bir-birimizlə danışırıq. Bu dilin ünsiyyət funksiyasıdı. İkincisi dildə yazırıq. Bu isə informasiyanı maddi şəklə salıb qorumaqdı.

Toplumlar yazıdan istifadə edəndə özləri də bilmədən normalar və qaydalar yaradırlar. Bu qaydalar ədəbi dilə yox,yazıya aiddir. Bu qaydalar olmasa, yazını ancaq yazan özü başa düşər.Yəni,qaydalar yazıdan istifadəni asanlaşdırmaq üçündür.

Toplumlar yazıdan istifadə edəndə həyatın bütün sahələrinə tətbiq edirlər onu. Saraylarda, dində, iqtisadiyyatda, elmin sahələrində, hərbidə və s. Bu sahələləin hər birində yazılı dilin öz xüsusiyyərləri, hətta sözlərin yeni-yeni mənaları yaranır. Ona görə ingilis dili lüqətləri sahələr üzrə öyrənilir və öyrədilir.
Yazıdan müxtəlif sahələrdə istifadə nəticəsində yaranan dil xüsusiyyətləri üslub adlanır. Ədəbi dil temini bu üslubların hamısını nəzərdə tutur. Bədii dil də, yəni hekayə və şeir, yazdığımız yazı dili ədəbi dilin ancaq bir sahəsidir. Ədəbi dil terminindəki “ədəbi” sözü çaşqınlıq yaradır. Əslində yazılı dil olmalıdır.
Bizim məişətdə danışdığımız dil isə ümumxalq danışıq dili adlanır. Bu ədəbi dilin əks qütbüdür. Dilin ayrıca istifadə sahəsidir.

- Rəhim Əliyev özünü daha çox hansına aid edir, təfəkkürlə yazan, yoxsa hisslə yazan yazıçı?

Yazı yazmaq psixologiyada ən az öyrənilmiş sahədir. İnsan ağlının əhəmiyyətini şişirdəndə iddia edirlər ki, yazını ağılla, təfəkkür fəaliyyəti kimi yazırıq. Mən bunu qəbul etmirəm.

- Niyə?


Hər bir yazı əvvəl oxunan o biri yazıdan gəlir. Hər kitab əvvəlki kitabdan gəlir. Hər məktub əvvəl oxunmuş məktublara bənzətmədir, təqliddir. Hər təzə roman əvvəlki romanların, oxunanların bir variantıdır. Bunu da adamlar şüurlu etmir. İnsan yaddaşının təbiəti belədir. Hər bir yazı variantdır. Yəni əvvəl oxuduqlarımızdan yadaşımızda qalanların yeni düzümüdür. Buna variant da deyirlər.

-Yəni?

Demək istəyirəm ki, kim təfəkkürlə yazdığını güman edirsə, yanılır. Hər şey fərdi yaddaşın xüsusiyyətindən asılıdır. Bizim elə “xalq yazıçı”ları var ki, roman və hekayələri plagiat kimi ifşa olunur. Bunlar ən istedadsızlardır, çünki əvvəl oxuduqlarını özləri də hiss etmədən təkrar edirlər. Onların yaddaşı yaradıcılıq üçün yaramır. Amma pula görə soxulublar ədəbiyyata.

Elə adamlar da var ki, əvvəl oxuduqlarını istəsələr də təkrar edə bilmirlər. Belə yaddaşlar bədii yaradıcılıq üçün daha çox yarayır.
Elm də, bədii yaradıcılıq da həyat haqda bilikdir. O bilik və yazı ki, nəyisə dürüst və sübut olunmuş sayır, belə iddiadadır, buna elmi bilik deyirik. O bilik və yazı ki, sübut iddiasında deyil, o mifdir. Mif – sütut və düzlük iddiası olmayan bilikdir. Belə bilikdən istifadə adamlar üçün daha rahatdır. Bütün incəsənət bu cürdür.
Ədəbiyyat da mifin bir şəklidir.

Əslində bizim rəy və düşüncələrimizlə real həyat adasında dəhşətli uçurum var. Biz bunu hiss etmirik və bu, bizə rahat yaşamağa kömək edir.
Mən daxilən özüm üçün, içim üçün maraqlı olan adamlardan yazıram. Sayıram ki, burda təfəkkür yox, yaddaşım əsas rol oynayır. Öz yaddaşı yoxsul olan yazıçılar gec-tez plagiata və təqlidə uğrayırlar. Ədəbiyyatı isə insanşünaslıq adlandırırlar.

-Siz həm də tənqidi yazılarınızla tanınırsız. Maraqlıdır, məhz vicdanlı tənqidin yaranması üçün nə lazımdır?

–Müstəqil mətbuat orqanları. Tənqid mətbuatın bir janrıdır. Tənqidin sifarişçisi olmalıdır. Bizdə bu sifarişçi yoxdur. Çünki müstəqil mətbuat yoxdur. İkinci də, ictimai rəy yoxdur. Bir adamın mövqeyi varsa, fikri maraqlıdır toplum üçün. Yəni cəmiyyətə həqiqət maraqlı deyil, danışanın mövqeyi dediyi sözün məzmunundan mühüm sayılır. Qəzet və jurnal mətnlə doldurulub yapılır. Satılacaq yay ox, bunu düşünən yoxdur. Çünki mətbuat satışla, reklamla dolanmır.

- Bəs sizcə müstəqil mətbuat nə vaxt yaranacaq?

Yəqin heç vaxt. Ona görə ki, balaca ölkədə qəzet və jurnal özünü dolandıra bilmir. Satılan tirajlar balacadır.
Tənqid sovet vaxtı yarandı. Çünki dövlətə lazım idi və dövlət sifarişçi kimi bu peşəyə pul qoyurdu. Ona görə müstəqillik dövründə olan tənqid potensialının tamam sıradan çıxması prosesi gedir. Buna ən çox təkan verən “Yazıçılar İttifaqı”nın dəyərlərin ləğvinə yönəlmiş siyasətidir.

Tənqid ədəbiyyat yarada bilməz, bu öz yerində. Rəhim müəllim, bəs tərif necə, yarada bilərmi? 

– Tənqid ədəbiyyat haqda fikirdir. Ən azı ədəbi mühit yarada bilir. Mühit ədəbiyyatın yaranması üçün zəruri şərtdir. Boşluqda ədəbiyyat yaranmaz. Tərif hər yerdə var. Yaradıcı adamın xoş sözə ehtiyacı olur. Amma bu mətbuatı manapoloyaya almaq şəklini almamalıdır.

- Amma bizdə tərif çox eybəcər formadadır...

Mən bu barədə “Yazıçılar ittifaqı və sovet ədəbiyyatı” adlı məqaləmdə yazmışam, “Taleyin sözü” kitabında çıxıb. Bu məqaləyə görə Anar Rəsul Rza oğlu o zaman “Ədliyyə Naziri”nin müavini olan bibisi oğlunun köməyi ilə məni məhkəməyə vermişdi. Demək istəyirəm ki, Anarlar olan yerdə vicdanlı tənqid yarana və başlıcası, yaşaya bilməz. Balaca vəzifəsi olanlar belə, bizdə ədəbiyyatı şəxsi reklama çevirirlər. Bəzi məmur, lakin ciddi yazıçılar da hər yerdə “Mən ayrı-seçgiliyin əleyhinəyəm” deyib bu mühiti üstüörtülü müdafiə edirlər.

- Hekayələrinizdə Azərbaycan qadınının təsvirinə daha çox yer verirsiz. Bu nə ilə əlaqədardır?

–Həyatda qadından başqa nə var ki, yazasan? Onlar həm də dünyanı idarə edirlər, bu isə həmişə görünmür. Həm də Azərbaycan qadınları dünyada olanların ən yaxşısıdır.
Bir də Azərbaycn ədəbiyaytı hələ Azərbaycan qadınını kəşf eləyə bilməyib. Sayıram ki, qadın haqqında yaza bilməyən, uzun romanda bir qadın obrazı ortaya qoymayan uğurlu yazıçı sayıla bilməz. Qadını bilməyən həyatı bilmir. İnsanların həyatı yalnız qadınların pəncərəsindən tam görünür.

-Ümumən sizcə, qadın azadlığının bir sərhəddi var, yoxsa bu azadlıq sonsuzdur?

–Sərhəd və normalar balaca adamları, qara camaatı idarə etmək üçündür. Böyüklər isə ona görə böyükdür ki, norma və sərhədləri anlamırlar və qəbul etmirlər. Sərhəd məsələsi – yalnız və yalnız şəxsi seçimdir. Hər kəs necə seçim edir? Bu anadangəlmə bir proqramdır hər kəsin içində. 
Bir də hər kəs öz yerinə ölür. Mən öz azadlığımdan istifadə edirəm. Bunsuz yazıçı olmaq da olmaz. Doğulmaq bir şans verir. Seçim etmək asan deyil. hamı bu barədə düşünür, inanın. Amma az adam bunu edir, daha doğrusu edə bilir. Ona görə şəxsiyyətin gücü, miqyası seçimlərində görünür. 
Amma həmişə ürəyinizə inanın. Min fikir bir borcu ödəməz.

- Necə düşünürsüz, sizə görə, yazıçının iqtidarı, müxalifəti olmalıdırmı?

–Hər yerdə dövlət də, partiyalar da yazıçılardan istifadə etməyə çalışır. Çünki yaradıcı adamların nüfuzu siyasətçilərdən üstündür. Yazıçılar siyasətdən uduzurlar, amma tək-tək istisnalar da tapmaq olar. Siyasətə qoşulmaq bəlkə də yaradıcılıq böhranıdır. Yaxşı yazıçı bizim kimi balaca ölkədə bir partiyadan da güclü ola bilər. Belələri var da.
Bir də nəzərə alaq ki, siyasətə qoşulmaq bütün hallarda biznes layihəsidir. Bütün layihələr şansdır. Ona görə siyasətə göz yummaq həmişə müdriklik deyil. Diribaş yazıçılar hökumtdən də, müxalifətdən də istifadə edir. Sovet vaxtı da beləydi. “Dissidentlik” iddiasında olanlar maddi cəhətdən hamıdan yaxşı yaşayırdılar.

- Bir vaxtlar siz “Ədəbiyyat qəzeti”ndə də işləmisiz. Bəs “Ədəbiyyat qəzeti”nin bu günkü vəziyyətini necə qiymətləndirirsiz? Ədəbiyyata nə dərəcədə xidmət edə bilir?

Bizim rəyimizdən asılı olmayaraq bu qəzet ədəbi fikrin əsas xronikası olaraq qalır. Qəzeti də adamlar çıxarır. Müxtəlif tendensiyalar olub və var. Qəzet müəyyən mənada ədəbi fikrin səviyyəsini əks edir. Bu fikir aşağı səviyyədədir və enməkdə davam edir. Görünür, ağıl və sağlam düşüncə cəmiyyətə dəyər kimi gərək deyil.
–Qəzetin redaktorunu Yazıçılar İttifaqı təyin edir. Nəticədə qəzetin yarıdan çoxu saxta avtoritetlərin reklamına gedir. Bu sovet vaxtı da vardı, amma indi həddini aşıb. 
Qəzet də həmişə İttifaqın istədiyi kimi çıxır. Mən işləyəndə də belə idi. Mətbuat orqanlarını yazıçılar İttifaqından ayırmaq lazımdır. Axı bu orqanlar büdcə puluna çıxır. Nə üçün üç-dörd adam xalqın pulunu öz şəxsi reklamı ələtinə çevirə bilməlidir?! Bu, yolverilməzdir.

-Rəhim müəllim, bəs “Yazıçılar Birliyi” necə, ədəbi prosesə müsbət təsir edə bilirmi?

–Sovet vaxtı “Yazıçılar İttifaqı” dar bir qapı idi. Ədəbiyyata ancaq bu qapıdan gəlmək olardı. Bu dəhşətli ədalətsizlik idi. İndi bu monopoliya sınıb. Amma indiki AYB rəhbərliyi bunu saxlamağa çalışır. Yəni azad və müstəqil Azərbaycan ədəbiyyatının yaranmasına qarşı işləyir. Özünüz nəticə çıxarın.

Yazılarınızda və çıxışlarınızda məmur yazıçı və şairlərə qarşı aqressiyanız hiss olunur... Bu nə ilə əlaqədardır? 

–Yuxarı cavabda dediyim balaca qapı bilirsiz nə üçün idi? Məmurlar sinfi yazıçı adını da özlərinə götürmək istəyirdilər və götürdülər. Ədəbiyyata xalq adamları üçün yolu bağladılar. Sovet ədəbiyyatı əsasən məmur ədəbiyyatı oldu. Faciə ondadır ki, müstəqilliyimizdən 25 il sonra da ədəbiyatımız əsasən məmur ədəbiyyatı kimi yaşamaqda davam edir. Sayıram ki, bu ədalətsizlik aqressiyaya layiqdir. Çünki bu məmur yazıçılar ölən kimi adları heç it dəftərində də qalmır.

Yenililklər
24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.