"Qanun" nəşrlər evindən yeni kitablar
28.09.15

"Qanun" nəşrlər evindən yeni kitablar çap edib. "Avanqard.net" həmin kitablar haqqında məlumatları təqdim edir.

Aqata Kristi - ÜÇ PƏRDƏLİ FACİƏ

Faciə yaşlı keşiş Mister Bebbinqton və həkim ser Bartolomyu Strencin eyni formalı qətlin araşdırılmasından bəhs edir. Detektiv-yazıçı qatilin özünü məharətlə cinayətin araşdırılmasına cəlb edir... Bəs qatil kimdir?!

Dünyanın məşhur yazıçısı, 80-dən çox roman və məcmuə, onlarla səhnə əsərlərinin müəllifi Aqata Kristi qələmə aldığı “Üç pərdəli faciə”də də öz detektiv yazıçı missiyasını davam etdirib.

Bakı, Qanun Nəşriyyatı, 2015, 248 səhifə. 1000 tiraj, Tərcümə: Hökumə Həbibova






Şeril Sendberq, Nell Skovel - FƏALLIQDAN QORXMA

Biznes dünyası qadınlara indiyədək bilinməyən müəyyən qaydalar diktə edir. Zəka və iradə keyfiyyətlərini daha çox nümayiş etdirmək lazım deyildir. Karyera pilləkənində öz ambisiyalarını və irəli getmək cəhdlərini göstərməyə dəyməz. Bundan başqa, qadınları öz şəxsi, daxili maneələri ləngidir. Qadınların nə üçün karyeralarını buraxmalarının, doğrudan da, yüzlərlə ciddi səbəbləri vardır. Onlar özlərinə inamlarının kifayət qədər olmamasına, özlərinə həddən artıq diqqət yetirmələrini istəmədiklərinə görə irəli gedə bilmirlər. Nəticədə bu gün dünyanın aparıcı şirkətlərinin rəhbərlərindən yalnız 4 faizi qadınlardır.
Facebook-un əməliyyat direktoru Şeril Sendberq biznes dünyasında ən nüfuzlu simalardan biri kimi özünün professional yolunda nə kimi əngəllərlə rastlaşdığından danışır. Bu kitab qadının karyerada və biznesdə özünü göstərmək hüququnu nümayiş etdirənlərin hamısı üçün ruhlandırıcı manifest və mənbədir. Kitaba görə, ailədə münasibətlər bərabər tərəfdaşlıq əsasında qurulmalıdır. Əsər ailə ilə karyera arasında düzgün balans tapılması və qadınların irəli getməsinə mane olan qorxulara qarşı necə mübarizə aparılması haqqında əməli məsləhətlərlə doludur.
 
Bakı, Qanun Nəşriyyatı, 2015, 304 səhifə. 1000 tiraj, Tərcümə: Həmid Vəliyev





YU NESBÖ - QİSAS İLAHƏSİ

Bank kassirini güllələyən adam CCTV-də (nəzarət videomüşahidə sistemi) qeydə alınıb. Harri istintaqa başlayır, lakin köhnə tanışı olan qızla axşam yeməyindən sonra, ən azı son 12 saatı xatırlaya bilməyəcək vəziyyətdə yuxudan oyanır. Sonra qız yatağında ölü ölü olaraq tapılır. Harri hədələyici e-maillər almağa başlayır: doğrudanmı kimsə onu qızın ölümü ilə hədələməyə çalışır?













YU NESBÖ - QIZILGƏRDƏN

Osloda sammit zamanı güllə ilə vurulan amerikalı xüsusi agentlə bağlı qalmaqalı ört-basdır etmək üçün polis müstəntiqi Harri Holeni Təhlükəsizlik Xidmətinə keçirirlər. Hole orada gizli silah ticarətçiləri ilə neonasistlər qrupu arasında əlaqəni üzə çıxartmalıdır. Harri olduqca şübhəli bir əlaqənin izinə düşür: Osloda kimsə çox böyük pul ödəyərək xaricdən qaçaqmalçılıq yolu ilə optik nişangahlı killer tüfəngi almışdır. Fövqəladə intuisiyaya və məntiqə sahib olan Harrinin həmkarı Ellen Yeltenin cinayətin izinə düşməsi ona həyatı bahasına başa gəlir, lakin inspektor Harri Hole təhqiqatı davam etdirir.










YU NESBÖ ŞEYTANIN ULDUZU

Gənc qadın Oslodakı mənzilində qətlə yetirildikdə və onun göz qapaqları altında beş guşəli ulduz şəklində qırmızı brilyiant aşkar edildikdə, Harri köhnə düşməni Tom Völerlə birlikdə istintaqı aparmağa təyin olundu. Osloda seriya qətillər törədən qrup müəyyən olunduqda, Harri özünü əyyaş etinasızlığından qurtarmağa məcbur oldu.
Sakit və mürgülü Norveçdə seriya qatil mövzusunda material tapmaq demək olar ki, mümkün olmadığı halda, Yu Nesbö həyəcan və təşviş doğuran bir roman yaratmışdır. Detektivin üç baş qəhrəmanının qarşıdurması əla qurulub: öz şəxsi və psixoloji problemlərini anlamağa çalışan yüksək intellektual müstəntiq; Norveç polisinin fəxri olan polis inspektoru və hər beş gündən bir gözəl qadını qətl edən və “niyə” sualına heç bir cavab verməyən manyak. Süjetin sonu gedişatından da gözlənilməz olur və daha ciddi sirrləri ortaya qoyur.


Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.