“Oda” Teatrında premyera – “MimOda 18+”
24.07.15

Uzun müddətdir ki, hazırlanan və müxtəlif səbəblərdən nümayişi gecikən müstəqil “Oda” Teatrının 18+ tamaşasının premyerası olacaq. Teatrın yaydığı məlumata görə premyera 25 və 26 iyul saat 19:00-da baş tutacaq.

“Sergey Moqlivetsin “Lütlər” pyesini səhnələşdirirdik. Aktrisalar razı olub məşqlərə başlayırdı, lakin onların ailələri sonradan buna mane olurdu. Beləliklə tamaşa bir il yubandı. Nəhayət qərara aldıq ki, bu tamaşada xarici aktrisadan istifadə edək. Belə də oldu. Tamaşanı fransız aktrisa ilə oynayacağıq. Lakin “Lütlər” əsərini yox, pantomim janrında yeni bir tamaşa hazırladıq. Çünki aktrisa Azərbaycan dilində danışmaqda çətinlik çəkir. Lakin tamaşanın hazırlanması üçün həmin əsərdən də bəhrələnmişik. Sujet “Oda” teatrına məxsusdur. Artıq nümayşə də hazırıq.

Ətraflı məlumatlar rəsmi səhifəmizdə (fb.com/teatroda) yayımlanacaq. Həmçinin mütəmadi materiallar teatrın informasiya dəstəkçisi olan Fraqment.Az mədəniyyət portalında dərc olunacaq” – deyə teatrın məlumatında qeyd olunub.

Teatrdan o da bildirilib ki, yerlər məhdud olduğundan premyera üçün ümumilikdə 80 bilet satışa çıxarılıb. 25 iyul üçün 40 bilet, 26 iyul üçün 40 bilet satılacaq. Biletlər “face control” ilə veriləcək. Azərbaycanda ilk dəfə belə bir tamaşa olduğu üçün teatr biletlərin sayına məhdudiyyət tətbiq edib. Biletlərin qiyməti 10 AZN-dir.

Tamaşadakı rolları fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlov canlandıracaq. Tamaşanın rejissoru isə İmam Həsənovdur.

“MimOda 18+” tragikomediyası ilə teatr ölkə mədəniyyətində yeni xətt yaratmaq istəyir.

Teatrın ünvanı: Dilarə Əliyeva 141
Əlaqə: 050 394 48 64 və ya 070 219 83 33
Rəsmi səhifə: fb.com/teatroda
E-mail: [email protected]

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.