Fransua Moriak -  Ən baha başa gələn qadın
16.07.15

Avanqard.net Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1952), fransız yazıçısı Fransua Moriakın aforizm və sitatlarını təqdim edir.
 

Sevdiyin vaxtları yada salanda sənə elə gəlir ki, o vaxtdan sonra həyatında heç nə baş verməyib.
* * *
Məhəbbət iki zəif insanın görüş anıdı.
* * *
Kişi qadını nə qədər çox tanıdıqca, onun barəsində təsəvvürü daha da bəsitləşir.
* * *
Paris insanların məskunlaşdığı səhradı: əyalət şəhəri, dörd bir yanı qələbəlik olan tənhalıq.
* * *
Sirk əsl incəsənətin son sığınacağıdı.
* * *
Diktaturanın yeganə ləyaqətli işi səni seçkilərin nəticələrini bilmək üçün saatlarla radioqəbuledici qarşısında oturmaq əzabından xilas etməkdi.
* * *
Ən baha başa gələn qadın özünü satmayan qadındı.
* * *
Narkomanlıq uzun müddətli ölüm həzzi yaşamaqdı.
* * *
Sevmək başqaları üçün görünməz olan möcüzəni görməkdi.
* * *
Hansısa inanc naminə ibadət etmək lazım deyil, ibadət et ki, inanasan.
* * *
Bəzi insanlar Tanrıya bütün ağır işləri onların əvəzinə görəcək bir xidmətçi kimi baxırlar.

***
Xristian Dostoyevskinin əsərləri Prustun əsərlərindən daha yüksəkdə dayanır. Çünki Dostoyevski öz cinayətkar və fahişə qadınlarını alçaltsa da, onları artıq öz günahını yumuş məxluq kimi görürdü.

* * *
...Yeri gəlmişkəın, heyrətamiz bir məsələ var: biz Floberi və Stendalı nə qədər sevsək də (Tanrı özü bilir ki, mən onları nə qədər sevirəm) hiss edirik ki,Tolstoy və Dostoyevski onlardan daha dərindi. Çünki hər iki rus yazıçı başqalarının bilmədiyi, ya da artıq bilmədiyi sirri bilir.

* * *

Məni Berdyaevdə heyrətləndirən bu inqilabçının mahiyyət etibarilə Tolstoyun, xüsusən Dostoyevskinin, müəyyən qədər də İbsen və Nitşenin təsiri altında olmasıdı. Materialist rasionalizm onun üçün qəbulolunmazdı, o, bunu alınmamış cəhd hesab edir. Hələ marksist olduğu dönəmlərdə o, mənim inandıqlarıma inanırdı. O, Məsihlə idi. O, hesab edirdi ki, Oktyabr inqilabı «rus mədəniyyətinin yüksək dəyərlərinə qarşı əsl qətliam» həyata keçirib. O, hətta cürət edib belə yazmışdı: «Lenin fəlsəfi və mənəvi baxımdan reaksioner, dəhşətli dərəcədə geridə qalmış adam idi». /Xəzər jurnalı/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.