Aqşin Yenisey - İndi ağrılar, ağlamaqlar irsən keçir
16.06.15

heç nəyi xatırlamaq üçün yaşamaq

heç tanımadığın birinin ölüm xəbərinə kədərlənməkdi,
səninlə heç bir xatirəsi olmayan özgə qadınını unutmaqdı
üçüncü minilliyin yalqızlığı.
ağrısı sənin olmayan bir cana acımaqdı ölmədiyinin sübutu.
amma ağrının ki yaddaşı yoxdu
yadında qalacaqmı suyun, sınması səhəngin?
tapacaqmı tarix,
qədim qalanın əngindən fatehin diş kimi vurub saldığı
indi hansı üç daşı yoxdu?
ağlınmı, hissinmi mirası kimi asıb intihar kabusu
şairin ev muzeyindən köhnə tüfəngi?
olmayan şeylərin şəklini çəkmək üçündü
göz yaşlarının rəngi.
otur, bir az bax mənə, şair...
bəzən insan, sadəcə, heç nəyi xatırlamaq üçün yaşayır özünə qalan ömrünü.

sadəcə, heç vaxt unutmamaq üçün sevir, nə vaxtsa həyatında olmuş qadınlardan birini,

necə ki, bədən ağrıdan yadigar kimi saxlayır, yaranın yerini.
sənə nə olub, şair?
otur, bir az bax mənə...
canlı var ki, qırx ayaqla da sürünür həyatda və bədəni döngəlidir.
çünki bütün yolların keçmişi qaranlıq,
gələcəyi şübhəlidir.
çünki indiki zaman yoxdu; həyatın yarısı keçmişin axırı,
yarısı gələcəyin əvvəlidir.
ayrılıq qəlb, kasıblıq cib xəstəliyidir.
otur, bir az bax mənə...
bu sözləri kimsə sənə deməlidir:
sevgi içindəki yalqızlığı üzə çıxarıb gedibsə,
sevdiyin qadın olub, şair, insan yox.
otur, bir az bax mənə... təsəlli üçün.
niyə belə tez?

 
keçmişin son günüydü,
Bakı küləyi qəzet satırdı heykəllərə
göyərçinlər söz və fikir azadlığı idi, daşa döndərilmiş insanların.

düşünmək ucadan susmaq idi masada
ucsuz-bucaqsız darıxmaq idi indiki zaman
qədim şüşənin dibində ah çəkirdi qoca şərab
alın tərini çoxdan tərgitmişdi ağ çörək.
boyat sözünə özgə köhnəsi kimi bürünən vicdan
içki düşkünüydü bir şairin küncündə
divarın köksündən kişi səsi gəlirdi;
bir qəhqəhə hönkürürdü, kefli və xəstə:
niyə belə tez öldünüz, ümidlərim?
arzularım, niyə belə tez qocaldınız?
söhbət səndən gedirdi heç kimin olmadığı yerdə.

qol saatlarını kiloyla satırdı qul bazarında çinli Xu
çin dilində bir boşqab yemək qiymətinəydi vaxtın kilosu.
qulların səhəri Çin vaxtıyla açılırdı paytaxtda.
sevgi yaşamaq, ayrılıq yadda saxlamaq üçün idi uzaqdakını.
yəni səni, yəni sənlərin çox olduğu Bakını.
necə ki, orda
xalqlar qələbələrini tarixə
məğlubiyyətlərini incəsənətə çevirirdi qədim kitablarda.
mədəniyyət ağrının tarixiydi operada.
on yeddinci əsrin ox yaralarıyla dönürdü evə
qoca ağrılar.
ulduzlar gözü arxada qalan yalqızların yürüşüydü gecəyarısı.
üzünü silirdi ay buludlara.
nəsə vardı göyərçinlərə aid heykəllərin düşüncələrində.
yoxsa daşlar da yalqızlıqdan ağrımağa başlayır,
insana bənzədilincə?
həyatın özü əsl teatr idi yerdə, sadəcə, səhnə mədəniyyəti çatışmırdı.
sonu alqışla bitməliydi hər şeyin;
çünki yalnız insan idi tamaşaçısı Tanrının, tarixin, taleyin...
söhbət səndən gedirdi.

işıqlar yuxu görürdü atasız evlərin qapısı ağzında
uşaqlar kağızdan kəsilmiş ürəkləri qucaqlayıb yatırdı.
evdəki kor güzgülərdə palçıqdan yaradılmış bir ümid darıxırdı.
güzgülərdəki əksim də atıb getmişdi məni.
diz çöküb dördkünc dolaba, yanaşı çəkdirdiyimiz şəkillərə baxırdım.
şəkillərdə də yox idin indi sən.
sənin olmadığın hər yerdən mən də yoxa çıxırdım.
əl yelləyərək göylərin hönkürtüsü olan dənizlərə,
yerlərin nəriltisi olan dağlara.
üzünü silirdi ay buludlara.
söhbət səndən gedirdi – mənim itkilərimin cəmindən.
gözlərin yuxuma girirdi gecələr və üzr istəyirdi:
“bağışla, biz kor idik, görə bilmirdik”.
ayrılıq qaldığın, sevgi getdiyin yerin adıydı indi.
indi mənim də gözlərim buz bağlamışdı.
bədənimin buzlaşma dövrü başlamışdı.
indi köhnə fotolarda
özüm kimi unudulmuş insanların dostuydum.
o insanların ki,
indi heç özüm də onları xatırlamırdım.
keçmişin son günüydü
evimdə, masamda, taleyimdə hər şeyin artıq çatmışdı axırı.
yatmış saatımı geri çəkirdim
səninlə olduğum günlərə doğru.

aldığın çit köynəkdə
əlimlə sığal çəkib qırışmış xatirələrini ütüləyirdim,
və mən indi bilirdim;
o vaxt mənim sevgimin köynəyi
sənin ürəyinin əyninə dar imiş.

…söhbət səndən gedirdi, həkimlərin otağında.


ruhun biopsiyası

o gün ki bədənlərdən əvvəl ruhlar öldü,
o gün tibb tanrısı Asklepiosun müqəddəs əsası badəyə
o əsaya sarılan ilanın zəhəri şəfaya çevirildi.

biz insanın ciyərindən yox,
ruhundan bir nümunə götürə biləydik kaş
tapardıq nə istəyir bədənimizdən utanan, kövrələn, darıxan yaddaş.

yaranın üstünü yox, sirrini açardı Nuru doktor,
görərdi ağrıların yaddaşın həyəcanı olduğunu.
nə üçün nə vaxtsa pak olan insan bədənində
indi göz yaşının yerini suyun, eşqin yerini sevginin,
sevginin yerini qadının tutduğunu.
tapardıq  ağlamağı insanın  nə vaxtsa kimdənsə öyrəndiyini

əylənmək üçün hiyləgərliyə əl atan müdrik ustadının adını
indi nə üçün unutduğunu.
 
əsası badəyə, ilanının zəhəri şəfaya çevrilən Asklepios,
bizi ölməyə qoymayan, amma sağalda da bilməyən ustad
özün hara yox oldun bəs?
indi ağrılar, ağlamaqlar irsən keçir keçmişdən gələcəyə.
indi insan özü ağlamaqlar, ayrılmaqlar öyrədir
özündən sonra gələnlərə, gedənlərə - tələsən ruhlara, yubanan bədənlərə.
nə vaxtsa bütün sözlər parol olub, bu yəqin!
gizlin olub, həyatın keşiyini çəkib.
o gün ki ilk düşünən canlını, günahsız dəliqanlını

həyatla ölümün sərhədində
parol sözü bilmədiyi üçün öldürüb gözəgörünməz səslər.
bax o gün hisslərə yenilib zəka, zəkaya düşmən kəsilib hisslər.
bax bizi də öldürürlər... hər gün... hər gün...
heç vaxt eşitmədiyimiz sözləri deyə bilmədiyimiz üçün.
bir azdan əbədi dinclik gətirəcək bu ağrı
bir azdan yaddaşın çığıran həyəcanı əbədi susacaq.
bir azdan yenidən qadının yerini sevgi, sevginin yerini eşq,
suyun yerini göz yaşı tutacaq
bir azdan bütün yaddaşımız bizi həmişəlik unudacaq.
 
həmişə tanımadığı bədənlərin qapısını döyən sevgi,
sənə “ehtirasın üzünə düş, arxasınca getmə” demişdilər.
ağlama, sürtmə sürtülmüş üzünü tarixin şəhərə vurduğu yaraların

ovulub tökülən qasnaqlarına.
sən heç vaxt bilməyəcəksən eşqin müqəddəs lənət,
əzabın müqəddəs həzz olduğunu.
 
hər yenilik bir ümidin ölümüdürsə,
öl ki, səni xilas edək, günahlarımızı yuyaq.
şeytan kimi qəlbindən çıxıb arxanca lənət ulayaq.
özümüz öz ayağımızla gedib Armageddona çıxaq.
öl ki, üzüqoylu yıxılıb sevmək üçün darıxaq.
sənə yazdığım sözlər, elə bil, başqalarının pıçıltılarıdır.

mif reallığa, qaranlıq işığa, Tanrı insana
əsalar badəyə, zəhərlər şəfaya, qadınlar əşyaya çoxdan çevrilib,
lap çoxdan.
biri cütlənmiş uşaq ayaqqabısıdır bu sonsuz otaqda.
biri başlanğıcın qurumuş qan ləkəsidir yataqda.
biri ünvansız məktub kimi itkin düşmək təhlükəsidir uzaqda.
ölüblərsə, deməli, nə vaxtsa gözəl olublar.
əbədidirlərsə, deməli, həmişə eybəcər qalacaqlar,

həqiqət kimi.

o gün ki bədənlərdən əvvəl ruhlar öldü,
o gün Asklepiosun əsası badəyə, mənim badəm  əsaya çevrildi.

/"Aydın yol" qəzeti/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.