Dəyişilməsi çətin olan fəsadların baiskarı - Freyd
10.06.15

1856-ci ildə Pribor şəhərində tacir İosifin 2-ci evliliyindən dünyanı dəyişəcək yəhudi doğuldu. Ziqmund Freyd həmin yəhudidir ki, anası Amalya ərinin 1-ci evliliyindən olan oğlu Flippin məşuqəsiydi. Həyat yoldaşından dəfələrlə kiçik olan bu qadın bir evdə ata və oğlu ilə sevgi münasibətləri yaşayırdı. Məhz bu mühit tədqiqatların əsası oldu.

Tibb aləmində mülayim baba ləqəbiylə tanınan Freyd öz nəzəriyyələri ilə dünya mühərrikini dəyişərək, əvəzinə intim yerləşdirdi, amma bu yenilik bizlərə, elə özünə də baha başa gəldi. Onun uşaqlığı yaşıdlarından fərqli oldu, hətta evdəki qardaş və bacılarından daha artıq qayğıyla böyüdü. Həmişə əzizləndi, maddi-mənəvi hər şeylə təmin olundu. Hətta bacısının piano dərsləri dayandırıldi, çunki onun ifaları balaca Freydciki yorurdu. Ərköyün oğlanın bir kəlməsi ailəsinə qanun idi. O zamanlar Balzakın kitabıları hər kəs tərəfdən oxunduğu halda, bacısına o kitabı oxumağı qadağan etmişdi.

Səbəb kimi yazıçının sevgi səhnələri təsvir etməyi idi. Qadağalar sahibi bu qısqanc sonralar həyatı boyu sevgidən, intim azadlıqdan danışdi, cinsəlliyi qabartdi. O dönəm yəhudilərin Avstiriyada sıxışdırıldığı vaxtda ya tacir, ya da həkim olmağı şərt qoyan ailəsi Freydin hərbçi olmaq istəyini içində boğmaqla ilk dəfə ona qarşı çıxdılar.

1873-cü ildə Vyanada həkimlik oxumağa başladı. Təhsilini fərqlənməyilə bitirdi, lakin işlədiyi yerdə məvacib aşağı olduğundan ən məşhur nevropatloq Meynerin yanında asitatanlıq etdi. 1885-ci ildə dosent oldu və kokain üzrə araşdırmalarna start verdi. Freyd kokainlə araşdırmaları başlatmaqla, öz həyatını bitirdi. Müalicələrdə xəstələrinə dərman əvəzinə kokain verirdi, həyat yoldaşına belə göndərir və yazıların büyük hissəsini elə vəziyətdə yazırdı. Artıq alüdəçiyə çevrilir, gün ərzinde ən azı 20 siqaret çəkir, Bethovenin “Ay” sonatasını dinləyirdi. Narkotik qəbuledicisi, nevroz, öz qorxularını dəf edə bilməyən həkimin yanına yüzlərlə qadınlar gəlir, özlərini Freydin uydurduğu saxta bir xəstəliyin daşıyıcısı hesab ediridilər. Lakin gəldiyi həkimlərin özünün belə, onu sağaldacaq bir qüvvəyə ehtiyacı vardı. O, 6 və 2 rəqəmlərindən qorxar, bu rəqəmli evlərdə yaşamazdı. Xüsusi ilə sə fevralın 6-sı evdən çıxmazdı. Qatara minməkdən çəkinərdi.

Bu şəxsi pisixoanaltikanın atası hesab edirlər. O, yeni elm kəşf etmirdi, sadəcə bəzi qaranlıqlara aydınlıq gətirirdi. Yenicə işinə başlayan həkim enerjiylə müalicənin nəticəsiz olduğunu gördükdə, hətta intiharı belə düsünürdü. Sonra pisixologiyanın əsas nümayəndələrndən olan Breyerin Hipnoz (müvəqqəti ölüm) üsulundan istifadə edərək, xəstələri danışdıraraq hadisə vaxtına geri qayıdırdı. Bəlkə də Freyd o gündən Freyd oldu...

Həkim otağından əsər-əlamət olmayan bu məkanda xəstələr terapiyaya gəlmələrini unudurdular. Ağ xalatını belə geyməyən Freyd, heç vaxt qarşı tərəfin gözünün içinə baxmazdi. Onlar uzanar, o isə başı üstündə dayanıb dinləyərdi. Xəstələrdən qorxularını vərəqlərə çəkməklərini istəyərdi.

Psixologiyada Edip kompleksini irəli sürən Ziqmund hər oğlanın anasına sevgi hislərini atasına qarşı ədavəti olduğunu qeyd etmişdi. Bəlkə bu qardaşı Flipin atasına qarsı hissidir? Bu fikrdən sonra Freydin ən yaxınları ondan üz çevirdilər və dediyinə görə, o yaxşı mənada izloyasiya dövrunu yaşayırdı.

O, Allahı illustrasiya kimi görürdu və bu Darvinin nəzəriyəsindən də ağır idi. Bir sözlə, Freyd ailədaxili nigahın tərəfdarıydı, daha doğrusu yaradıcısı idi. O, dünyanın məhvinə gətirəcək şeyləri üzə çıxarırdı. İlk dəfə eyni cinslə ailə qurmaq, ailədaxili nigah və sairlər.

Freyd bildirirdi ki, məsələn, qardaş bacısı ilə, ata qızı ilə izdivaca girə bilərdi. Freydin doğmaca qızı Anna atasına qarşı başqa hisslər bəsləyirdi. Psixoanalitik bunlar üzərində uşaq pisxologiyasını araşdırırdı. Onun bütün gizli yazıları ancaq Anna Freyddə idi və o da bu yazıları ABŞ dövlətinə təqdim etmişdi. Niyə məhz ABŞ, müəmmalıydı?

Adolf Hitlerin qoşunu Vyanaya yeridiləndə oradan son çıxan Feryd və ailəsi oldu. Gestaponun yanında sorğulanmağa aparılan Freyd 15 dəqiqədən sonra çıxdı və sonra belə bir yazı yazdı: “Mənim heç bir etirazım yoxdu və hər kəsə belə tövsiyyə edirəm.”

“Öldürmədiyim hər yəhudiyə görə məni qınayacaqsız”, - deyən Hitlerin Freydlə arasında gizli bir bağ olduğu da deyilir. Hətta Freydin otağında da sentimental bir şəkil tapılmış və arxasında “1919-cu il, Hitlerin hədiyyəsi” yazılıbmış.

Ruzvelt, Stalin, Mussolini Freydə milyonlar verməyə hazır idi. Hitlərin əlindən Freydi Napeleon Bonapartın bacısı qızı xilas etdi. O, babasının mülkuni sataraq Freydi Frasaya gətirdi, Napelonun şəxsən gəzdiyi qırmızı xalçada yeridi. Yoxsul oğlan hardan haralara geldiyini düşünərək göz yaşı tökdü.

Freyd, qadınları ikinci növ adlandırır, bacarıqsız agılsız, lazımsız kimi baxırdı.

Freyd dostu filiosof Yunqla bütün dünyanı gəzirdi. Amerikaya çatdıqda isə ondan qalmasını istədilər. Bu gun Amerika bütün məhsullarını Freydin sturkturu üzərində qurur. Sekual ünsürlu cizgilərin, reklamların hesabına dünyanın hegemonuna çevrilib. Vəsiyyətə görə, onun gizli yazıları 2012-ci ildə ictimailəşdirilməliydi. Amma onun vəsiyyəti 6 uşaq, 17 nəvədə deyil, ABŞ Konqresində saxlanılır və artıq sırf Amerikanın maddi maraqlarıdır.

Onda pula düşkünlüyün ali dərəcəsi var idi. Xəstələrinin birini də pulsuz qəbul etməzdi. Bir dəfə buna cəhd etmiş, amma nail ola bilməmişdi.

O, elə bir brendə çevrilmişdi ki, Hollivud baronları sıfırları göz qamaşdıracaq rəqəmlər təklif ediridi ki, adı layihələrdə yazılsın. Amma o, imtina edirdi. Lakin birdən birə milyonçu oldu.

Freyd ilk dəfə uşaqların seksual tərbiyə mərkəzi (labarotoriya) açdı. Mərkəzin əsas şərtləri uşaqlara tam azadlq vermək, onları tərifləmək və danlamamaq idi. Stalın Freydi Sovetin ən başlıca düşməni adlandırsa da, öz oğlu Vasilini freydistlərin yaratdığı məktəbə qoymuşdu, Lenin də Freydin bütün kitablarını ruscaya çevirməyi əmr etmişdi. SSRİ rəhbərləri Freydin tövsiyələrindən sonra gerblərində və rəmzlərində dəyişilik etdilər. Tədqiqatlarda onun SSRİ tərəfindən maliyyələşdirildiyi yazılır. Bu isə onun Stalinin dediyinin əksinə olaraq, düşməndən çox dost olduğunu göstərirdi. Yəni milyonların mənbəsi böyük imperiya imiş.

Və ona 62 yaşında həkimlər tərəfindən ağız xərçəng diaqnozu qoyulur. İlk gizlin yazısını o gün yazır. Günü gündən şiddətllənən ağrılar, yuxusuzluq onu ölümə aparır. Ömrünün sonlarında ən sevimli iti belə ona yaxınlaşmırdı. Ağızı pis qoxuyan Freyd hər kəsdən və hər şeydən uzaqlaşmışdı. “İnsanın özünü öldürmə haqqı var”, - deyən şəxs bunu ilk dəfə öz üzərində tətbiq elədi.

Sentyabr, Marsel Qarden küçəsi 20-də gecə saat 3-də həkiminə son sözünü və xahişini etdi: “Həkim, sən mənə kömək edəcəyinə söz vermişdin. Artıq vaxtdır.”

Xahişi qəbul olndu və o məhlul bədəninə yerildikdə. gözlərini yumdu.

Özündən sonra 40 elmi əsər, 4000 məktub və illərlə dəyişilməsi çox çətin olan fəsadlar qoyub getdi. Anasına, qızına, xanımının bacısına və əksər xəstələriylə sevgi münasibətləri yaşayan Freyd sevgisiz öldü.

Məhbubə Uğursoy, Faktxeber.com

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.