“Şeiri-sənəti, geyimi və mətbəxi ilə Can Azərbaycan”
09.06.15

Müxtəlif türk ölkələri və topluluqlarından olan bir qrup yazar Azərbaycanın bir sıra tanınmış ziyalıları, ədəbi nümayəndələri ilə görüşüb. Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “Şeiri-sənəti, geyimi və mətbəxi ilə Can Azərbaycan” layihəsi çərçivəsində müxtəlif türk dövlət və topluluqlarından gəlmiş ölkəmizə gəlmiş yazarlar Azərbaycanın tarixi, ədəbiyyatı, mətbəx ənənələri ilə tanış olmuşlar.

Layihə çərçivəsində Aşıq Şəmşir Mədəniyyət Ocağında və Gəncliyə Yardım Fondunda düzənlənən silsilə konfrans görüşlərdə qonaqlara Azərbaycanın zəngin mədəni irsi, ədəbi ənənələri, keçmişi və bu günü ilə bağlı geniş məlumat verildi.

Tədbiri giriş sözü ilə açan DGTYB-nin idarə heyətinin üzvü, layihənin rəhbəri Əfsanə Ələsgərli deyib ki, qonaqların səfərinin əlamətdar hadisəyə- Bakının ev sahibliyi etdiyi I Avropa Oyunları ərəfəsinə təsadüf etməsi böyük hadisədir: “Artıq bir neçə gündür ki, qonaqlar Bakının müxtəlif muzeyləri ilə tanış olur, şəhərimizdə gedən hazırlıq prosesinin şahidi olurlar. Avropanın, eləcə də türk dünyasının parçası olan Azərbaycanın bu uğuruna özlərinin uğuru kimi sevinirlər. İnanıram ki, DGTYB-nin digər layihələri kimi bu dəfəki tədbirlər də qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar açacaq”.

Konfransda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya elmləri doktoru Almaz Ülvi, Güney Azərbaycan mətbuatı araşdırmaçısı filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov, "Ədəbiyyat" qəzetinin baş redaktor müavini Adil Cəmil, türk xalqları ədəbiyyatının bir sıra görkəmli nümayəndələrin əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdıran və türk ədəbiyyatının araşdırılması məşğul olan filologiya elmləri doktoru Ramiz Əskər və digərlərin məruzələri dinlənildi. Qonaqlara Azərbaycan ədəbiyyatı, mədəni irsi, ortaq türk dəyərləri barədə geniş məlumat verildi. Qeyd edildi ki, ortaq dəyərlərə, ənənələrə və zəngin irsə malik türk xalqları bu cür tədbirlər və qarşılıqlı səfərlər vasitəsi ilə bir-birlərinin mədəni irsini daha yaxşı öyrənir, eləcə də əməkdaşlıqlar üçün perspektivlər yaranır.

Qonaqlar adından danışan Makedoniya parlamentinin üzvü, millət vəkili Enes İbrahim DGTYB-nin həyata keçirdiyi bu cür tədbirlərin türk dünyasının ədəbiyyatı, mədəniyyətinin daha geniş tanıdılması üçün əhəmiyyətli olduğunu vurğuladı. Makedoniyada yaşayan türk əhalisinin həyat tərzi, milli-mədəni ənənələrini qoruması, bu yöndə görülən işlər barədə məlumat verən natiq gələcəkdə də əməkdaşlıqların vacib olduğunu vurğuladı. DGTYB-nin Təsisçilər Şurasının başqanı, yazıçı Əkbər Qoşalı təşkilatın yarandığı gündən hər zaman Azərbaycan ədəbiyyatı başda olmaqla, türk xalqlarının ədəbi-mədəni irsini araşdırmaq, görkəmli şəxsiyyətlərinin yaradıcılığını gənclərə tanıtmaq, elcə də istedadlı gənc yazarların ədəbi ictimaiyyətə tanıdılması baxımından bir sıra işlər görüldüyünü, kitabların nəşr edildiyini, görüş və müzakirələrin keçirildiyini vurğuladı.

O qeyd etdi ki, bu dəfəki səfər çərçivəsində Azərbaycanla daha yaxından tanışlıq qardaş türk xalqları və Azərbaycan arasında sıx dostluq tellərini daha da qüvvətləndirəcək.

Onun sözlərinə görə, bu gün Azərbaycanın haq səsinin ucaldılmasında, Qarabağ münaqişəsinin əsl tarixi kökləri və həqiqətlərinin türk dünyasında da duyurulmasında dəyərli ziyalılar, gənc yazarlar da fəallıq göstərirlər. Qeyd edək ki, layihə çərçivəsində ölkəmizə Türkiyə, Özbəkistan, Qırğızıstan, Tatarıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Makedoniya və s. ölkə və topluluqlardan tanınmış yazarlar gəliblər.

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.